Uşağınızın ruhi yaşını öyrənin

Uşağınızın ruhi yaşını öyrəninUşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyaların qabarıq bildirir, içini çəkə-çəkə ağlayır ya da durmadan yüksək səslə gülərək tullanır.

Ürəyinizdə düşünürsünüz 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, elə situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmişdir. Xeyr! Şübhələriniz yalnışdır. Bu nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.

Bu sadəcə uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az yaşa sahib olmasıdır. Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!

Ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olan da isə ruh yaşı aşağı olur. Statistika göstərir ki, bu problem hərbiçi, dənizçi, polis, bir sözlə sistem işində çalışan və natamam ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə zamanı az keçirməsi, onlarla zamanı gəldiyində xüsusən oğulları ilə şəxsi söhbətlər aparmaması onlarda ata obrazının zəifləməsinə gətirib çıxarır.

Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ- emosional yaşının IQ- intelekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən uşağın EQ və IQ yaşları bir- birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafdan- sinif müəlliməsi, yaşıdları, qohumları tərəfindən diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda fəsadlar özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyillilik daha çox müşahidə olunur.

Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə onlarda emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur, bu da onlarda təhsilə qarşı marağın azalaraq, özündən böyüklərlə ünsiyyətə qarşı meyli artırır.

Sonda isə onu qeyd etmək istəyirəm ki, atalar, uşağın tərbiyəsini əsasən analar öz çiyinləri üzərinə alsalar da davranışlarını tənzimləyən ruh yaşı yalnız sizdən asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır işlər formasını dəyişir və sizin övladınız böyüyür. Zamanınızı doğru bölün, özünüz- ailəniz üçün çalışdığınızı unutmayın! Analarımız, siz isə öz növbənizdə həyat yoldaşınızın evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olun.

Həyat yoldaşınızın övladlarınıza münasibəti sizin şəxsi münasibətlərə görə tənzimlənir. Çalışın mükəmməlliyyətçi rəftarınızı kənara qoyub yükünüzü həyat yoldaşınızla paylaşın. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarır.

ailem


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1682   Tarix: 09 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1006
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 190
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 266
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 364
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 262
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 257
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 508
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 319
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 419