Azərbaycanda gələn həftədən etibarən konturlar ləğv olunur

Azərbaycanda gələn həftədən etibarən konturlar ləğv olunurGələn həftədən etibarən konturlar ləğv olunur

Ölkə daxilində mobil operatorların göstərdiyi xidmətlərə görə tətbiq edilən qiymətlər reallığa uyğun deyil. Operatorlardan yalnız birinin tarifləri regionda orta qiymətdən aşağıdır. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, digər 2 operatorda qiymətlərdə 3-4 dəfə fərq var. Məsələn, ölkə daxilində eyni istiqamətdə danışığın bir dəqiqəsi bir operatorda 8-10 qəpikdirsə, digərində bu məbləğ hətta 30 qəpiyə çatır. İltimas Məmmədov danışığın konturla deyil, dəqiqə ilə göstərilməsini vacib sayır. Artıq bununla bağlı nazirlik operatorlara xəbərdarlıq da edib.

"5 manata konturlar göstərilir. Konturun ləğvi məsələsi qaldırılıb və operatorlara xəbərdarlıq edilib. Vətəndaşların əksəriyyəti bilmir ki, operatorda konturun qiyməti digərindən fərqlidir. Xəbərdarlıq etmişik ki, martın sonundan etibarən şəbəkələrində kontur məsələsini dayandırıb, yalnız manat və qəpiklə xidmət göstərsinlər",- deyə İltimas Məmmədov bildirib.

Hələlik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi gələn həftədən operatorlara saytlarda tarifləri aydın şəkildə əks etdirmək barədə tapşırıq verib.

Qurum rouminq qiymətlərinin təhlilini də aparıb. Məlum olub ki, burada da vəziyyət ürəkaçan deyil. 400-dən artıq xarici operatorun olduğunu xatırladan İ.Məmmədov qiymətləri endirmək üçün onlarla danışıq aparmağın vacib olduğunu söyləyir. Turizm mövsümünə qədər məsələnin həll olunacağına ümid edən İltimas Məmmədov hesab edir ki, rouminq qiymətlərinin aşağı düşməsi vətəndaşların vəsaitlərdən səmərəli istifadə etməsinə və turizm sektorunun inkişafına imkan verəcək.

Mobil operatorlardan biri onların göstərdiyi xidmətlərə görə tətbiq olunan tarifin digər operatorlarla müqayisdə çox aşağı olduğunu deyir. Beynəlxalq danışıqlara gəldikdə isə burada da sadə tarif sistemi tətbiq olunduğu bildirilir. Digər iki şirkətdən verilən məlumata görə, rouminq tariflərinin endirilməsi təkcə onlardan asılı deyil. Buna baxmayaraq, hazırda xarici operatorlarla rouminq qiymətlərinin endirilməsi istiqamətində intensiv danışıqlar aparılır. Ölkə daxilində qiymətlərin aşağı salınmasına gəlincə, mobil rabitə operatorları müştəriləri razı salmaq üçün müxtəlif güzəşt və kampaniyalar keçirildiyini bəyan edir. Danışığın müddətinin konturla deyil, vaxtla, yəni dəqiqəylə göstərilməsinə gəlincə, bununla da bağlı iş aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13721   Tarix: 24 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 774
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1842
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 264
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 317
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 811
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 391
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 750
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 247
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1834