Azərbaycan İŞİD-lə mübarizəyə qoşulacaqmı?

Azərbaycan İŞİD-lə mübarizəyə qoşulacaqmı?Dünyada İŞİD təhlükəsi davam edir. ABŞ-ın bu terror təşkilatına qarşı başlatdığı koalisiyaya artıq dünyanın 40-dan çox ölkəsi qatılıb.

Cənubi Qafqaz ölkələrindən Ermənistan birbaşa koalisiyaya qoşulmasa da İraqda yaşayan yezidi kürdlərə maliyyə yardımı edir, Gürcüstan isə İŞİD-ə qarşı koalisiyaya simvolik şəkildə qoşulub. Azərbaycanın digər qonşusu Türkiyə də nəhayət İŞİD-lə bağlı qərarını bəyan edib. Türkiyə parlamentinin qərarına görə, ordu 1 il ərzində ölkə xaricində hərbi əməliyyatlar keçirə bilər. Burada hədəf birbaşa İŞİD-dir.

Maraqlıdır ki, Azərbaycan İŞİD məsələsində hansı mövqedən çıxış edəcək. Ölkəmiz ABŞ-ın yaratdığı koalisiyaya qoşula bilərmi?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bu suala cavab tapmağa çalışıb.

Azərbaycanın İŞİD-ə qarşı yaradılan koalisiyaya qoşulması məsələsini şərh edən deputat bunun heç də asan qərar olmadığını qeyd edib:

"İŞİD müxtəlif ölkələrdə yaşayan müsəlmanların mövqeyinin əleyhinə işləyir. Ona görə də həmin terror təşkilatının arxasında dayanan qüvvələr haqqında çeşidli informasiyalar yayılır. Lakin bunu qiymətləndirmirik. İŞİD kimin çubuğu ilə və hansı maraqlar kontetksində hərəkət etdiyini təyin etmək indiki halda nəyisə dəyişmir. Düşünürəm ki, dünyada ayrı-ayrı ölkələrdə, hətta gənclərin kampaniya şəklində baş qaldıran "biz sizdən deyilik" kimi addımları yerindədir, Azərbaycan cəmiyyətinin də buna qoşulmağını arzulayıram".

Azərbaycanın bu koalisiyaya qoşulub-qoşulmayacağına da münasibət bildirən Zahid Oruc qeyd edib ki, bu barədə qərar qəbul edərkən bir neçə amili nəzərə almaq lazımdır.

"İŞİD əleyhinə koalisiyada yenə geopolitik və siyasi maraqlar var. Bir tərəfdən ona görə ki, bu, avtomatik olaraq həm də Suriyanın ərazi bütövlüyünə qarşı addımlar və Bəşər Əsədin hakimiyyətdən devrilməsi kampaniyasının tərkib hissəsinə döndü. O cümlədən İran bura cəlb edilmədi, amma əvəzində Devid Kameron BMT-nin 69-cu sessiyasında onunla görüşdü və bu, məlum inqilabdan sonra ilk hadisə idi. Hesab edirəm ki, bu bəyanat da dövlətlər arasında bir parçalanmaya səbəb oldu.

Üçüncüsü isə Azərbaycan bu yöndə hava məkanını vermək və digər maliyyə yardımı kimi işlərlə yanaşı öz qüvvələrini göndərmiş olsa, halbuki ABŞ yalnız hava məkanını vurmaq öhdəliyini öz üzərinə götürüb, Almaniya sadəcə İraqda kürdlərin, peşmərglərin silahlandırılması və təlimlərin keçirilməsi məsələsində addımlar atır".

Millət vəkili bildirib ki, Azərbaycan tərəfindən Kosovada, İraqda, Əfqanıstandakı kimi İŞİD əleyhinə də 90-100 nəfərlik tabor göndərilə bilər. Amma bunun da səbəb olacağı nəticələri hesablamaq lazımdır:

"Bizim hər hansı jurnalistimiz, mülki vətəndaşımız İŞİD terrorçularının əli ilə dövlətə qarşı şantajda rol oynaya bilər. Bu qruplarda müxtəlif əməkdaşlığa cəlb olunmuş muzdluların Azərbaycan əleyhinə ölkə içində də əməlləri baş qaldıra bilər. Biz nə qədər idda etsək də ki, radikalizm bizim ölkədə yoxdur, bu, bizi səhv nəzərlərə çıxara bilər. MTN-nin keçirdiyi əməliyyat sübut etdi ki, 26 nəfərdən çox adam potensial qüvvə kimi burada olub. Azərbaycanın sabahlı qərarı buradakı insanları hərəkətə gətirə bilər.

ABŞ-ın, Britaniyanın, Almaniyanın başı kəsilən jurnalistləri o ölkəyə bir mesajdır. Biz bir insanımızın belə bu cür qəddarlığın qurbanı olmağını istəmirik. Ona görə də bu barədə parlamentin və dövlət başçısının məsələləri ətraflı müzakirə etməsindən sonra qərar verilə bilər".

Z.Oruc onu da vurğulayıb ki, əgər terror dünyəvi şərdisə, o, harada olur-olsun ona amansız zərbə vurmaq lazımdır: "Necə olur ki, İraqda olan hər hansısa terror təşkilatına qarşı birləşib mübarizə aparılır, amma Azərbaycan və Türkiyənin əleyhinə fəaliyyət göstərən qruplaşmalara heç bir reaksiya olmasın. Bunun özü sübut edir ki, anti-terror mübarizəsi geopolitik maraqların reallaşdırılması savaşından başqa bir şey deyil".

azvision


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2060   Tarix: 05 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 562
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 231
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 819
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 345
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 117