Xocalı faciəsinin qarşısını almaq mümkün idi?

Xocalı faciəsinin qarşısını almaq mümkün idi?

1992-ci ilin fevralında baş verənlərə nəzər saldıqda, aydın olur ki, Xocalı soyqırımı insanlığa qarşı əvvəlcədən planlaşdırılmış bir cinayətdir. Çünki 366-cı motoatıcı alayın şəxsi heyəti və texnikası məhz bu qırğın üçün Xankəndində saxlanılırdı. 1992-cu ilin fevralın 23-ü istirahət gününə düşdüyündən həmin gün qəzet çıxmayıb. Amma Xocalı faciəsindən əvvəl çap olunmuş qəzetlərdə ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımı törətmək cəhdlərini seçmək mümkündür.

Xocalı faciəsinə 3 gün qalmış ölkədə vəziyyət necə idi? Bu ərəfədə çap edilmiş mətbuat orqanlarında əsas yeri qaynar nöqtələrdən xəbərlər başlığı altında Qarabağdakı vəziyyətlə əlaqədar məlumatlar tuturdu. Məlumatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanla sərhəd rayonları atəşə tutması və Dağlıq Qarabağda azərbaycanlıları qətlə yetirməsi ilə bağlı informasiyalar həddən artıq çox idi. Xocalı faciəsi ərəfəsində çap olunmuş qəzetlərə nəzər salanda, ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırım ehtimalından narahatlığı aydın görmək olur. Məsələn, "Baku" qəzetində Rusiya Daxili İşlər Nazirliyinə məxsus ordunun Dağlıq Qarabağdan çıxarılmasına baxmayaraq, 366-cı motoatıcı alayın Xankəndində qalmasından narahatlıq açıq-aydın ifadə olunur. Qəzetin fevralın 18-də nəşr olunmuş 34-cü nömrəsində "Baş tutmayan müsahibə" başlıqlı xəbərdə "Azərinform"un müxbirinin 4-cü ordunun komandiri, general-mayor Nikolay Popovdan 366-cı alayın hələ də Xankəndindən çıxarılmamasının səbəbləri ilə bağlı müsahibə almaq istəyinin baş tutmaması əks olunub.

Qəzetdə yazılır: "Fevralın 6-da "Azərinform"un müxbiri 4-cü ordunun komandiri, general-mayor Nikolay Qleboviç Popovdan bir neçə suala cavab almaq üçün müraciət edib. Bəs hansı suallar olacaq?- deyə general narazı halda soruşub. Biz sualları ona söylədik. General-mayor isə sualları yazılı olaraq ona göndərilməsini və bundan sonra zəngləşə biləcəyini deyir. Bir neçə gün sonra eyni sualla Popova müraciət edilsə də, o müsahibə verməkdən yayınır".

Maraqlıdır ki, "Azərinform"un suallarının cavabını bir neçə gün sonra İTAR-TASS agentliyi yayır. "Baku" qəzeti agentliyin məlumatına istinadən yazır: "Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyəti və texnikaları Dağlıq Qarabağdakı toqquşmalarda iştirak etmir və tam neytral mövqe əks etdirir. Əgər Xankəndindəki 366-cı alay həqiqətən də döyüşlərdə iştirak etmirsə, onda kim və haradan Şuşa, Xocalı, Malıbəyli və digər yerlərdə azərbaycanlıları ağır artileriya və mina atanlardan atəşə tutur. Görəsən, bu alay Xankənindən nə vaxt çıxarılacaq?".

Tarix sübut etdi ki, məqalədə ifadə olunan təşviş əbəs yerə deyilmiş. Hadisələrin sonrakı inkişafı, yəni müxibirin müraciətindən 20-gün, məlumatın nəşr edildiyi tarixdən cəmi 8 gün sonra 366-cı alayın Xocalı soyqırımında fəal iştirak etməsi sübut olundu.
Daha bir fakt "Xalq" qəzetinin 19 fevral 35 nömrəli buraxılışında yazılır: "Qarabağın Dağlıq hissəsində və sərhəd rayonlarında vəziyyət gərgin olaraq qalır. Fevralın 18-nə keçən gecə erməni silahlı qüvvələri əsas qüvvəni yenə Şuşa və Xocalı şəhərlərinə, Sırxavənd, Umudlu, Kosalar kəndlərinə yönəldib, atəşə tutublar. Yaralananlar var ,evlər yandırılıb".

Növbəti bir fakt: "Fevralın 22-də, yəni Xocalı soyqırımından 3 gün əvvəl "Bakinskiy Raboçiy" qəzetində nəşr olunmuş "Xocalıya hər gün atəş açılır" başlıqlı məqalədə yazılır:

"Ötən gün fevralın 20-i gecədən başlayaraq 21-nə keçən gücə və bu gün səhər erməni silahlı qüvvələri zirehli texnikadan Xocalı şəhərini atəşə tutub. Şəhərin prokuroru Atakişi Atakişiyev məlumat verir ki, onların hücumu günü-gündən güclənir. Xocalının müdafiəsi isə çətinləşir".

Qəzetlərdə Xocalıdakı ağır vəziyyətlə bağlı həyəcanlı xəbərlərin yayıldığı bir vaxtda xalq vəziyyətdən çıxış yolu axtarır. Həmin vaxtda isə əhali yardım üçün Heydər Əliyevə səslənir.
Tarix göstərdi ki, azərbaycanlılara qarşı növbəti soyqırım təhlükəsiylə bağlı narahatlıq olsa da, bu faciənin qarşısını almaq mümkün olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6471   Tarix: 25 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 145
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

05.05.2024 1163
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 910
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 150
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 146
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 148
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 123
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 214
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 193