Azərbaycan Rusiyaya ət məhsulları ixrac edəcək?

Azərbaycan Rusiyaya ət məhsulları ixrac edəcək?"Biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik".

Kənd Təsərrüfatı Nazirliyi ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir.

Nazirliyin açıqlamasına görə ətin diri çəkidə maya dəyəri yerli təsərrüfatlarda 1 kq üçün 5 manat 20 qəpikdən o tərəfə keçmir, üstəlik mal-qaranın baş hesabı ilə sayı, həm də istehsalın həcmi artır və s. Bu minvalla, Azərbaycanda ətin qiyməti 6-7 manat olmalıdır. Lakin paytaxtda bu gün mal ətinin qiyməti 10-12 manat arasındadır.

Qeyd edək ki, Azərbaycan Qərbin sanksiyalarına cavab olaraq xaricdən ərzaq məhsulları almağı dayandırmış Rusiya ilə bu ölkəyə ət və quş əti məhsulları ixrac etmək barədə razılaşma əldə edib. Ona görə də Azərbaycanda meyvə-tərəvəzin dalınca ət və ət məhsullarının da qiymətinin sıçrayışlı şəkildə artacağı gözlənilir. Belə bir fikir də söylənilir ki, Moskva meri Sergey Sobyaninin Bakıya bu günlərdə reallaşan səfəri Azərbaycanın ət məhsulları bazarına təsir edərək qiymətləri artıracaq. S.Sobyanin Bakıdan getməzdən əvvəl bəyan edib ki, Azərbaycandan meyvə-tərəvəzlə yanaşı ət və ət məhsulları idxal etmək barədə də müsbət danışıqlar aparıb.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, Azərbaycanın Rusiyaya ət idxal etməsi mümkün deyil. Ekspert Azərbaycanda istehsal olunan ətin maya dəyərinin yüksək olmasının buna imkan vermədiyini qeyd edir:

"Bizdən fərqli olaraq Rusiyada əhalinin istifadə etdiyi toyuq əti alıcılara aşağı qiymətə təklif olunur. Onların istehsal etdiyi məhsulun maya dəyəri aşağı olduğu üçün bu qiymətə də təklif olunur. Azərbaycanda isə bu gün ət istehsalında istifadə edilən yemin maya dəyəri yüksəkdir və nəticədə mal, qoyun və toyuq əti baha başa gəlir. Azərbaycanda bu sahədə istehsal olduqca zəifdir. Eləcə də idxal vasitəsilə bu ehtiyac qarşılanır. Biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik. Bu göstərici olduqca aşağıdır. Rusiya isə bizdən fərqli olaraq iki dəfə artıq quş əti istehsal və istehlak edir. Eləcə də mal və qoyun ətini bizdən çox istehsal edirlər. Bu baxımdan Azərbaycan Rusiya bazarı üçün çətin ki, ət və ət məhsulları idxal etsin".

oxu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2502   Tarix: 30 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 203
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 215
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 176
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 184
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 245
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 183
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 758
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 247
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 180