Xocalı ilə bağlı dəhşətli faktlar açıqlandı

Xocalı ilə bağlı dəhşətli faktlar açıqlandıQarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqda "Xocalı faciəsi şahidlərin gözü ilə" adında sənəd hazırlayıb. Təşkilatın mətbuat xidmətindən verilən xəbərə görə, bu sənəddə dəhşətli faktlar yer alıb və şahidlərin öz dilindən səsləndirilən fikirlər olduğu üçün dəqiqliyinə heç bir şübhə qalmır. Sənəddə Xocalı faciəsini yaşamış Xocalı sakinlərinin və xarici jurnalistlərin öz gözləri ilə gördükləri faktlar əks olunur.

Sənəd BMT Təhlükəsizlik Şurasına, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına göndərilmiş və bu cinayətləri törətmiş Ermənistanın həmin beynəlxalq təşkilatlardan çıxarılması xahiş edilib. Təşkilatdan bildirilib ki, bu sənəd xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, həmçinin KİV-lərə göndərilərək, həmin materialların qəzet, jurnal səhifələrində verilməsini, telekanallarda və radiolarda səsləndirilməsini, internet saytlarında yerləşdirilməsini, sosial şəbəkələrdə, müxtəlif tədbirlərdə yayılmasını, beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə çatdırılmasını, müxtəlif xarici dillərə tərcümə olunmasını xahiş ediblər.

Həmin faktların yer aldığı sənədi təqdim edirik:

İngiltərənin "Frant line news" telekompaniyasının əməkdaşı Rori Patriks: "Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi".

Rus hərbçisi, mayor Leonid Kravets: "Bizi atəşə tutana qədər götürdüyümüz başqa bir oğlan uşağının başı yox idi. Mən hər yerdə xüsusi qəddarlıqla öldürülmüş və eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm".

Fransanın "Valer aktyuel" jurnalı 14 mart 1992: "Ermənilər müsəlman kəndlərində qırğın törətməklə Qarabağ azərbaycanlılarını qırmışlar".

Fransanın "Le Mond" qəzeti (14 mart 1992): "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır".

İngiltərənin "Times" qəzeti (4 mart 1992): "Çoxları eybəcər hala salınmışdı, balaca bir qızın isə yalnız başı qalmışdı".

Rusiyanın "Moskovski komsomolets" qəzeti (29 yanvar 1994): "Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın-buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar... Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı".

Xocalı sakini Cəmil Məmmədov: "Bizi Dəhraz kəndinin fermasına doldurdular. Hər gün döyürdülər... Əsgəranın yanğından mühafizə xidmətinin rəisi Karo mənim qızıl dişlərimi kəlbətinlə çıxardı, ağzım qanla doldu".

Xocalı sakini Etibar Nəcəfov: "Təpiklə vurub atamın çənəsini sındırdılar, mənim isə yoğun armaturla vurub qıçımı sındırdılar. Məhsəti türkü Əhmədin əl-qolunu bağladılar, üstündə xəncəri var idi, həmin xəncərlə onun başını kəsdilər. Baş bədəndən ayrılandan sonra da qışqırırdı".

Xocalı sakini Cəlil Hümbətov: "Mənim gözümün qabağında bir gəlinin qucağındakı körpəyə beş avtomat gülləsi vurub parça-parça etdilər. Həmin gəlini isə sinəsindən güllə ilə vurub öldürdülər. Mənim oğlumu, hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında qızımı gözlərimin qarşısında, Xocalının içində öldürdülər. Bir mesxeti türkünü 11 nəfər ailəsi ilə birlikdə evdən çıxmağa qoymadılar, benzin töküb od vurdular, hamısı yandı. Ermənilərin yaşadığı Mehdikənddə 100 nəfərin başını kəsib qanlarını çaya axıtdılar, çayın rəngi qıpqırmızı idi... Ensiz taxtalardı, üzərinə mismarlar vurmuşdular. Qollarıma və əllərimə qoyub çıxdılar üztünə. Təpiklədikcə mismarlar girdi əlimə-qoluma... Mən 48 gün əsirlikdə qaldım, qayıdanda çəkim 72 kq-dan 28 kiloqrama enmişdi".

Xocalı sakini Əntiqə Qəhrəmanova: Əsgəran tərəfdən bir tank, bir BTR gəldi, yoldakı və yolun kənarındakı adamları qırdılar. Meyitləri cərgə ilə düzdülər, adamların qulaqlarını kəsir, qadınların döşünü kəsirdilər, kiminin gözlərini çıxarır, ya da yandırırdılar. Bir neçə hamilə qadının qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün qulağını kəsib ayağına bir güllə vurdu, sonra onu ağaca bağladılar. Ondan tələb etdilər ki, "de, yer erməninindir". Təvəkkül də dedi ki, "adam ölümdən ötəri yerini, Vətənini satmaz!". Sonra ayaqlarına benzin atıb od vurdular, xeyli yanandan sonra təkrar dedilər ki, "de, yer erməninindi". Təvəkkül eyni cavabı verəndən sonra başından benzini töküb, diri-diri yandırdılar.

Xocalı sakini Rahilə Hacıyeva: "Alxanın başını divara vururdular, qanı axdıqca arvadına deyirdilər "sil", sonra yenə vururdular. Sonra başını kəsdilər... Ərim Mustafayev Vidadinin başını erməni zabiti öz qardaşının qəbri üstündə kəsdi. Həmin erməni qardaşının qəbri üstündə 4 nəfərin başını kəsmişdi və demişdi ki, qardaşımın 20 yaşı var idi, ona görə də 20 nəfərin başını kəsəcəyəm".

Xocalı sakini Vəliyəddin Quliyev: "Bir hərbçi paltarında meyit var idi, başı yox idi. Əksər meyitlərin başının dərisini soymuşdular. Qız meyiti var idi, döşlərini kəsmişdilər".

Xüsusi qəddarlıqla öldürülənlər: Telman Orucov, 1956-cı il təvəllüdlü, başının dərisi soyulub; Yelmar Əbdülov, 1949-cu il təvəllüdlü, başının dərisi soyulub; Fitat Həsənova, əlləri kəsilib; Bahadur Səlimov, 1928-ci il, cəsədi yandırılmış; İqbal Aslanov, 1970-ci il, yandırılıb, cinsiyyət üzvü kəsilib; Dilarə Nurəliyeva, gözləri çıxarılıb, döşləri kəsilib; Firəngiz Kərimova, 1935-ci il, bədəni tam doğranıb, gözləri çıxarılıb, döşləri kəsilib; Firuz Kərimov, 1960-cı il, diri-diri yandırılıb; Allahverdi Hüseynov, 88 yaşında, diri-diri yandırılıb; Ağayar İmani, 1989-cu il, diri-diri yandırılıb; Cəbrayıl Rəcəbov, 1961-ci il, gözləri çıxarılıb, qulaqları kəsilib; Canan Fərzəliyev, diri-diri yandırılıb; Ənahət Hümbətova, 1976-cı il, gözləri çıxarılıb, döşləri kəsilib; Hafiz Nuriyev, başı kəsilib; Hidayət Eyvazov, 1964-cü il, başı kəsilib; Vidadi Mustafayev, 1961-ci il, ermənini qəbri üstündə başı diri-diri kəsilib; Təvəkkül Əmirov, 1955-ci il, diri-diri yandırılıb; Əhməd İsayev, 1968-ci il xəncərlə başı kəsilib...
Xocalı ilə bağlı dəhşətli faktlar açıqlandıXocalı ilə bağlı dəhşətli faktlar açıqlandı

Xocalı ilə bağlı dəhşətli faktlar açıqlandıXocalı ilə bağlı dəhşətli faktlar açıqlandıXocalı ilə bağlı dəhşətli faktlar açıqlandıP.S. AZƏRBYCAN,bu şəkillərdən sonra hələdə sülh istəyirsən?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9044   Tarix: 26 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 284
.

Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?

İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə

19:00 94
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 206
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 254
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 167
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

TOP MP3