Aytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTO

Sosial şəbəkələrin meqastarı Maral Tahirqızı ANS-in qonağı olub. Son günlərin ən populyar müğənnisi Aytən Səfərovanın aparıcısı olduğu "Salam, Azərbaycan" proqramında efirə çıxıb.

Maral Tahirqızı ilə söhbətləşən Aytən Səfərova, Natiq Nailəoğlu, Xəyal Azəroğlu, İsa Şükürovun və Samir ona bütün sosial şəbəkə istifadəçilərini maraqlandıran və düşündürən sualları ona ünvanladırdılar.

İnternetlə necə tanış olmasını anladan Maral Tahırqızının cavabı çox maraqlı oldu: "Keçən il interneti aldım, məqsədim internet vasitəsilə tanınmaq idi. İnterneti bilmirdim, qardaşım oğlu öyrətdi məni. Səhifəmdəki bütün mahnıları "qoqle"dən (google) özüm yükləmişəm."

Facebook vasitəsilə qısa müddətdə populyarlaşan Maral bütün sosial şəbəkələrdə qeydiyyatdan keçdiyini bildirdi: "Bütün sosial şəbəkələrdə varam, amma daha çox Facebook-da aktivəm. Facebook səhifəmi təzə açanda ilk dostluq göndərən Mehmet adlı bir türk oldu. Ondan sonra 6-7 ay ancaq türklərlə dostluq etdim. Sonra yavaş-yavaş özüm tanıdığım azərbaycanlı musiqiçilərə dostluq göndərdim. Müəllimim Qəzənfər Abbasova da dostlu göndərdim, nədənsə dostluğumu qəbul etmədi".

Maral Tahirqızı Qızıl Fondda səs yazısının olduğunu bildirdi: "Qızıl Fondda səs yazmalarım var, amma deyə bilmərəm ki, AzTV-nin solistiyəm. Orada 3 mahnı oxumuşam, qanarımı (qonarar) almışam."

Həddindən artıq güclü səsə malik olduğunu deyən Facebook ulduzu, səsinin 6 oktavadan da çox olduğunu dedi: "Səsimi yoxlayıblar, amma bilməyiblər ki, səsim hara gedir çıxır".

Maral xanım maraqlı açıqlamalarından biri də tarın altından keçməsi ilə bağlı oldu: "Ağadadaş adlı tanış bir tarzən var, mənə dedi ki, mənim tarımın altından çox müğənnilər keçib, amma sənin kimisi olmayıb".

Aytən Səfərova onun bu sözlərindən sonra "Ağadadaş müəllim, tarınızı özünüzə saxlayın, Maral xanım bizim tarımızın altından keçəcək" deyib ayağa qalxdı və Maral Tahirqızını əlində tutduğu tarın altından keçirtdi.

anspress

Aytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTOAytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTOAytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTOAytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTOAytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTOAytən Səfərova Maral Tahirqızını tarının altından keçirdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8187   Tarix: 17 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mahsun Kırmızıgül Bakıda anasından danışıb kövrəldi

Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı konsertinin ilk günü baş tutub. Axşam.az xəbər verir ki, bir neçə gündür Bakıda olan sənətçi sevənləri ilə Bakı Konqres Mərkəzində görüşüb. Gecə boyunca tamaşaçılarla maraqlı söhbətlər edən Kırmızıgül səhnəyə çıxanlarla fotolar çəkdirib. "Annem" mahnısın

18.05.2024 407
.

Murat Boz və Tuba Büyüküstün sevgilidir?

Türkiyəli müğənni Murat Boz aktrisa Tuba Büyüküstün ilə sevgili olduğu barədə yayılan iddiaları cavablayıb. xəbər verir ki, Murat Boz bu iddiaları təkzib edib və sadəcə dost olduqlarını deyib. "Heç vaxt sevgili olmamışıq. Tuba ilə çox yaxşı dostuq, hətta sirdaşıq. Bizim əsla sevgi münasibətimi

18.05.2024 675
.

"Onları əlil arabasında gətirib, cibinə milyonlar qoyurlar"

Aparıcı Zaur Baxşəliyev türkiyəli ifaçıların Bakıya gətirilib konsertinin təşkil olunmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu haqda o, "Zaurla Günaydın proqramında danışıb. Türkiyəli ifaçı Sərdar Ortaçın Bakıya əlil arabasında gətirilməsini xatırlayan Zaur bunları deyib:. "Camaatı əli

18.05.2024 792
.

7 ildən sonra ayrıldılar

Türkiyəli aktyor Ümid Erdim 7 ildir evli olduğu həyat yoldaşı Səda Çınardan rəsmi şəkildə ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, 2017-ci ildə ailə quran cütlük qarşılıqlı razılıq əsasında boşanıblar. Qeyd edək ki, onların Ses və Ela adl

18.05.2024 422
.

Günel türk mediasına yeni biznesini açıqlayıb

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib. Axşam.az xəbər verir ki, ifaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığını, qaş və kirpiklərə qulluq serumu etdiyini deyən Zeynalova hazırda bununla bağlı daha peşəkar addımlar atdığını bildirib. Bir ildi

11:40 310
.

Şəbnəm Tovuzlunun dar səhnə geyimi GÜNDƏM OLDU: QINANDI - VİDEO

Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm olub. xəbər verir ki, müğənninin konsert zamanı geyindiyi geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi geyimin ona yaraşmadığını bildiriblər. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik

18.05.2024 1408
.

"Bəlkə də Yaşar Nuri məni həqiqətən sevirdi"

"Elə bilirlər paxıllıqdan deyirəm, amma Azərbaycan serialına baxmıram. Türk seriallarına baxıram. Türkiyədə qayda var ki, bir serialda oynayan aktyor ikinciyə gedə bilməz. Bizdə isə açırsan ki, indi buradadı, sonra başqasında. Deyirəm, başımı niyə yoruram". Axşam.az xəbər verir ki, bu sözlər

18.05.2024 1041
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16.05.2024 1480
.

"Avroviziya"dan kənarlaşdırılan iştirakçı hakim qarşısına çıxacaq

"Avroviziya" mahnı müsabiqəsində Niderlandı təmsil edən Yost Klyain yarışdan bir ay sonra İsveçdə hakim qarşısına çıxacaq. Müsabiqənin təşkilatçıları operatora qarşı etdiyi hədələyici hərəkət səbəbindən Klyaini yarışda iştirakdan uzaqlaşdırıb. Belə ki, operatorlar səhnəyə çıxmazdan öncə sənətçin

18.05.2024 310