"Bakcell INQUTU" sayəsində ünsiyyət daha rahat olacaq

"Bakcell INQUTU" sayəsində ünsiyyət daha rahat olacaqAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni "Bakcell

INQUTU" mobil xidmətini istifadəyə verir. "Bakcell INQUTU" abunəçiyə bütün onlayn ünsiyyət

kanallarını, həmçinin təqvim və müxtəlif mənbələrdən olan əlaqələrini bir yerdə saxlamağa imkan

verən vahid intuitiv interfeysdir.

"Digital Innovation Technology Systems" şirkəti ilə birlikdə işlənib hazırlanan bu xidmət sayəsində

Bakcell abunəçiləri istənilən vaxt, istənilən yerdə və istənilən mobil cihazda elektron məktub və

sosial şəbəkələrin imkanlarından istifadə edərək dostları və yaxınları ilə daha rahat ünsiyyət yarada

bilərlər.

Bakcell abunəçiləri 12.09.2014- cü il tarixindən etibarən bu xidmətdən istifadə edə bilərlər.

"Bakcell INQUTU" elektron məktubların göndərilməsi və qəbul edilməsinə, "Facebook", "Twitter"

və "LinkedIn" kimi sosial şəbəkələrdən istifadə olunmasına, müxtəlif fayllarla işləməyə, yeni

əlaqələr yaratmaq və onları sinxronlaşdırmağa, təqvimdəki hadisələri "Google" xidmətləri vasitəsilə

sinxronlaşdırmağa və digər əməliyyatları həyata keçirməyə imkan verir.

Bundan əlavə, "Bakcell INQUTU" istifadəçini daxil olan məktublar, eyni zamanda sosial şəbəkələrdə

və təqvimdə baş verənlərlə bağlı pulsuz SMS vasitəsilə məlumatlandırır.

"Bakcell şirkəti öz abunəçilərinə təqdim etdiyi mobil xidmətlərin inkişafı və genişləndirilməsi

istiqamətində daim çalışır. Bunun üçün biz mütəmadi olaraq ünsiyyəti daha asan edən yeni

xidmətlər istifadəyə veririk. Abunəçilərə təqdim etdiyimiz yeni "Bakcell INQUTU" xidməti ünsiyyətin

yalnız bir interfeys üzərindən idarə olunmasını mümkün edən xüsusiləşdirilmiş bir alətdir", deyə

Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

"Bakcell INQUTU" xidmətindən istifadə etmək üçün «F» hərfi yazıb 6655 qısa nömrəsinə

göndərmək lazımdır. Bundan sonra abunəçi SMS vasitəsilə şifrə alacaq və xidmətdən istifadə etmək

imkanı qazanacaq.

Xidmətlə tanışlıq üçün ilk 30 gün müddətində Bakcell abunəçiləri ondan pulsuz yararlana biləcəklər.

Sınaq müddəti bitdikdən sonra isə abunə haqqı gündəlik 0,06AZN təşkil edəcək.

"Biz əminik ki, "Bakcell INQUTU" Bakcell abunəçilərinin ünsiyyəti üçün rahat bir alət olacaq. Belə

ki, "Facebook", "Twitter" və "LinkedIn", həmçinin elektron poçt, təqvimlər və əlaqələri idarə etmək

bir interfeys üzərindən və istənilən mobil cihazdan asan, sadə və sürətli olacaq. Biz Azərbaycanda

mobil rabitə sahəsində liderlik edən Bakcell şirkəti ilə əməkdaşlığımızdan məmnunuq və əminik ki,

əlaqələrimiz gələcəkdədə daha aktiv şəkildə inkişaf edəcək", deyə "DIT Systems" şirkətinin baş

direktoru Vyaçeslav Ostrovskiy qeyd edib.

"Bakcell INQUTU" internet brauzeri olan istənilən mobil cihazda işləyir və bunun üçün əlavə

proqram təminatı yükləməyə ehtiyac yoxdur.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil

kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı

altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

***

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə

xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam

edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə

edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə

Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur

beynəlxalq "The Business Year" nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi" elan edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -

ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış

nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən

üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş

edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq

üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil

olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat

əldə edə bilərlər.

Digital Innovation Technology Systems (ISTD) Ltd. Şirkəti haqqında

DIT Systems dünya üzrə istifadəçilər və mobil operatorlar üçün əlavə dəyər xidmətlərini və ixtisaslaşdırılmış

telekommunikasiya həllərini hazırlayan şirkətdir. Şirkətin həlləri optimallaşdırma və müxtəlif informasiya və

data axınının aqreqasiyasında istifadə edilir. DIT System şirkətinin məhsulları məlumatların ötürülməsi və

sinxronlaşdırılmasının rahatlığını və etibarlılığını təmin edir.

Öz qərarları əsasında, DIT Systems həmdə müxtəlif əməliyyat sistemlərində çalışan mobil cihaz və planşetlər

üçün proqramlar hazırlayır.

Şirkətin baş ofisi Kiyev, Ukraynada yerləşir.

DITSystems məhsulları və xidmətləri haqqında daha ərtaflı məlumat almaq üçün, zəhmət olmasa:

www.dit-systems.com ziyarət edin və ya növbəti elektron ünvana müraciət edin [email protected].


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1243   Tarix: 12 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

29.04.2024 847
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 172
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 183
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

29.04.2024 336
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 661
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 291
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 600
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 634
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 120