Daşkənddə tarix yazanlar vətənə qayıtdı
Daşkənddə keçirilən böyüklər arasında dünya çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıblar.
Çempionatda bir qızıl, bir gümüş medal qazanan güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, Azərbaycan Güləş Federasiyasının nümayəndələri və jurnalistlər qarşılayıblar.
Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın yarışlardakı çıxışını yüksək qiymətləndirib. Umudov Hacı Əliyevin gələcəkdə Olimpiya Oyunlarında da qızıl medal qazanmağa qadir olduğunu bildirib:
"Xetaq Qazyumov da finala qədər yaxşı irəlilədi. Yekunda gümüş medalla kifayətlənməli oldu. Hacı Əliyev isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu, həqiqətən də möhtəşəm uğurdur. Bu qələbə münasibətilə başda ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev olmaqla, bütün xalqımıza həsr edirik.
Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar. Bu qələbədə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əməyi böyükdür, gələcəkdə də federasiya rəhbəriyinin etimadını doğrultmağa çalışacağıq".
Qeyd edək ki, Hacı Əliyev 61 kq çəki dərəcəsində qızıl, Xetaq Qazyumov isə 97 kq-da gümüş medala sahib çıxıb.
publika
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1615 Tarix: 12 sentyabr 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi
05.05.2024 161 Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm
05.05.2024 224 Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"
Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili
05.05.2024 11295 ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill
04.05.2024 230 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:
05.05.2024 112 Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı
Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə
05.05.2024 193 KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı
05.05.2024 142 İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi
İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam
05.05.2024 145 Bərdədə yanğın: Üçotaqlı ev külə döndü
Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz
05.05.2024 167