Ən axmaq müharibə səbəbləri

Ən axmaq müharibə səbəbləriMüharibə bəşər tarixinin ayrılmaz elementidir.

Tarix boyu dövlətlər ərazisini genişləndirmək, nüfuzunu möhkəmləndirmək, qənimət əldə etmək və digər səbəblərdən qanlı müharibələr aparıblar. Lakin dünya tarixinə geniş nəzər saldıqda bəzi müharibələrin çox xırda məsələlərə görə bir sözlə, axmaq səbəblərdən başlandığını görə bilərik.
Dünya tarixinin ən axmaq səbəblərdən baş verən müharibələrini təqdim edirik.

Vedrə müharibəsi

1325-ci ildə İtaliyanın Bolonya və Modena şəhərləri arasında müharibə baş verir. Onun səbəbi adi verdə olur. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçır. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri istəyirlər. Çünki həmin verdə Boloniya şəhərinin mülkiyyəti idi. Amma modenalılar bu təklifə rədd cavabı verirlər. Nəticədə 22 il davam edən Boloniya-Modena müharibəsi baş verir. Minlərlə insanın həlak olduğu müharibənin sonunda Boloniya arzuolunan verdəni geri qaytara bilmir. Çünki onlar müharibəni uduzurlar.

Saqqal müharibəsi

1500-cü ildə Osmanlı imperiyası və Venesiya dövləti arasında saqqal üstündə müharibə başlayıb. Ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələn venesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar. Bəyazid Venesiyanın doğrudan da Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdən saqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmşiə saqqallarını qırxdıqlarını bildirirlər. Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün sakinləri meymuna bənzəyir", - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən Venesiya dərhal Osmanlıya müharibə elan edir. Lakin sultan onlardan üzr istəmir, çünki türklər Venesiya ordusu və donanmasını darmadağın edirlər.

Dənizçi qulağına görə müharibə

XVIII əsrin əvvəllərində Karib dənizi hövzəsində mübarizəyə başlayan Britaniya və İspaniya imperiyaları müharibə üçün səbəb axtarırdılar. Bunu üçün uyğun səbəb də tapılır: 1738-ci ildə ingilis matrosu Bob Cenkins hansısa səhvinə görə ispaniyalı kapitanın onun qulağını kəsməsindən parlamentə şikayətlənir. İspan gəmisindəki xidmətindən sonra 7 il ərzində qulağını qoruyub saxlayan ingilis dənizçi onun nə vaxtsa, yerinə tikiləcəyinə ümid bəsləyirdi. Sonda parlament ingilis təbəəsinin 7 il əvvəl kəsilən qulağına görə İspaniyaya müharibə elan edir. 1739-1742-ci illər Britaniya-İspaniya müharibəsi buna görə tarixə "Cenkinsin qulağına görə müharibə" adı ilə daxil olur. Lakin 3 illik qanlı müharibədə qalib olmur və tərəflər əvvəllki mövqelərində qalır.

Şapalağa görə müharibə

1827-ci ildə fransalı səfir Əlcəzair hökmdarından alınan borcları və borc faizini ödəməyi tələb edir. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr edir, buna etirazını bildirirdi. Sonda hisslərini cilovlaya bilməyən əlcəzairli monarx səfirin alnından yavaşca şapalaq vurur. Təhqir olunan səfir buna baxmayaraq heç bir reaksiya vermir. Yalnız 3 il sonra – 1830-cu ildə Əlcəzairi işğal etməyi planlaşdıran Fransa bəhanə kimi 3 il əvvəlki şapalağı bəhanə göstərir.

Futbol müharibəsi

1969-cu ildə Honduras yığması salvadorlu rəqiblərini məğlub olur. Bu səbəbdən Honduras qonşusu ilə diplomatik münasibətləri kəsir və səfərbərlik elan edir. Salvador qonşusunu qabaqlayaraq müharibəyə birinci başlayır. 6 günlük müharibə zamanı bir neçə min insan həlak olur. Honduras-Salvador müharibəsi yalnız BMT-nin vasitəçiliyi ilə başa çatır.

Google Maps-a görə müharibə

Nikaraqua və Kosta-Rika arasında uzun illər idi ki, ensiz sərhəd zolağı uğrunda mübahisələr var idi. 100 ildən artıq davam edən mübahisə 2008-ci ildə silahlı toqquşma müstəvisinə keçdi. Həmin il Google Maps öz xəritəsində mübahisəli ərazini Nikaraquanın tərkibində göstərdi. Dərhal nikaraqualılar əraziyə silahlı dəstələr göndərərək ərazini nəzarətə götürürlər. Cavab olaraq kosta-rikalılar da əraziyə hərbi dəstələr yerləşdirirlər. Sonda Google rəsmisi şirkətin xəritəçəkənlərinin 2,7 kilometr ərazini səhv göstərdiklərini bildirirlər. Nikaraqualılar şirkətin üzrünü qəbul etsələr də, qoşunlarını ərazidən çıxartmaqdan imtina edirlər. Nəticədə bu gün də Nikaraqua mübahisəli əraziyə nəzarət edir.

publika


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4138   Tarix: 13 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı

ABŞ-ın Florida ştatında qadını qaçırmaqda ittiham olunaraq həbs olunan şəxs sərbəst buraxılıb və iki ay sonra yenidən eyni qadını qaçırıb. xarici KİV-ə istinadla bildirir ki, 53 yaşlı Ceffri Holley 11 ittihamla yenidən həbsxanaya qayıdır. Holley 2022-ci ilin avqustunda qadını oğurlamaqda təqsirləndirilərə

04.05.2024 333
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 811
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 366
.

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, siyənək balığı Norveç qızılbalığı üçün yem kimi istifadə olunur və kütləvi şəkildə tutulur. Dünya qızılbalığının yarıdan çoxunu təmin edən Norveç isə ötə

19:40 139
.

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - TƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır. -ın məlumatına görə, usta İsa Yusibov deyi

23:10 27
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 288
.

Sizin haqqınızda bütün həqiqəti söyləyəcək qəribə TEST

Testlər bütün suallara cavab vermir, lakin onlar şübhəsiz ki, özünüzü daha yaxşı və güclü və zəif tərəflərinizi başa düşməyə kömək edir. Təqdim olunan şəkillərə baxmaq kifayətdir və ilk olaraq diqqətinizi çəkənləri vurğulayın. xarici mediaya istinadən bildirir ki, əgər hazırsansa, ilk sınağa başlayın!

22:10 195
.

Paltaryuyan maşın gün ərzində neçə dəfə istifadə edilə bilər?

Paltaryuyan maşında yuyulmalar arasında fasilə verilməsə, cihazın ömrü xeyli azalacaq. xəbər verir ki, bununla bağlı hər kəs ehtiyatlı olmalıdır. Paltaryuyan maşın nə qədər tez-tez işlədə bilər?. Birincisi, yuyulmalar arasında fasilə lazımdır. Paltaryuyan maşın ən azı 30 dəqiqə, əsasən isə iki-üç saa

14:50 518
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 474