Bolqarıstana qarşı tam fərqli oynayacağıq - Vüqar Nadirov

Bolqarıstana qarşı tam fərqli oynayacağıq - Vüqar Nadirov"Rusiya ilə oyunda nəticə qazanmaq vacib idi. Biz ora uduzmağa getməmişdik. Ancaq heyətimizdə müəyyən dəyişiklik var idi ki, bu da istədiyimiz oyunu nümayiş etdirməyə imkan vermədi".

Açıqlamasında bu sözləri milli komandamızın üzvü Vüqar Nadirov yığmamızın Rusiya ilə keçirdiyi yoldaşlıq oyunu (0:4) haqda danışarkən deyib.

"Qarabağ" klubunun hücumçusu acınacaqlı məğlubiyyəti heyətdə olan dəyişikliklərlə bağlayıb: "Baş məşqçimiz əsas heyət üzvlərini qorudu. Onların zədələnməsini istəmədi. İstər-istəməz yoldaşlıq oyununda motivasiya da kifayət qədər olmur. Məncə, baş məşqçimiz Bolqarıstanla oyunu daha çox düşündüyü üçün müəyyən üstün cəhətlərimizdən istifadə etmədi".

Nadirov sentyabrın 9-da millimizin "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Bakıda Bolqarıstan yığması ilə qarşılaşacağı oyun haqda da danışıb. O qeyd edib ki, Rusiyaya məğlubiyyət Bolqarıstanla oyunöncəsi komandamızda heç bir psixoloji gərginlik yaratmayıb: "Bu, seçmə mərhələdə ilk oyunumuz olacaq. Əvvəldən necə başlasaq, elə də davam edəcəyik. Çalışacağıq ki, qələbə qazanıb, xalqımızı sevindirək. İndi bizi tənqid edirlər. Bolqarıstana qalib gəlsək, həm azarkeşlərin, həm də mətbuatın bizə münasibəti başqa cür olacaq. Hər kəs millimizə inanmalıdır. Əminəm ki, Bolqarıstana qarşı tam fərqli oyun nümayiş etdirəcəyik".

Nadirov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib: "Rəqiblərimizin üçü də hər kəsə yaxşı məlumdur. İtaliya "İnter"i dünyada tanınan güclü komandadır. "Sent Etyen" və "Dnepr" isə hər zaman öz çempionatlarında sözünü deyən, səviyyəli klublardır. Qrup mərhələsinə çıxan komandaların hamısı yüksək səviyyəli olur. Biz də qrupdayıqsa, rəqiblərimizlə mübarizə aparmaq üçün kifayət qədər gücümüz var. Heç kimdən çəkinmirik. Bizim də öz futbol fəlsəfəmiz var".

modern


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 924   Tarix: 08 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 504
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 353
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 789
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 310
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 328
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 520
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 219
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 616
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 570