Məktəblərimiz yeni dərs ilinə hazırdırmı?

Məktəblərimiz yeni dərs ilinə hazırdırmı?Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tətil zamanı ölkənin bir sıra bölgələrində istifadəyə yararsız olan orta məktəblər və digər təhsil müəssisələri təmirə bağlansa da onların bəzilərində görülən işlər hələ də başa çatmayıb.

Nümunə üçün qeyd edək ki, Sumqayıt şəhərindəki 18 və 11 nömrəli orta məktəblərdə təmir işləri yekunlaşmayıb. Çox güman ki, ilk dərs gününə kimi məktəblərin istifadəyə verilməsi mümkün olmayacaq. Bu səbəbdən adlarını qeyd etdiyimiz məktəblərin şagirləri böyük ehtimalla müvəqqəti başda təhsil müəssisələrində yerləşdiriləcəklər. Bu kimi problemlər ölkənin digər rayon və şəhərlərində də mövcuddur.

Mətbuatda yer alan digr məlumata görə, Mingəçevir şəhərindəki 4 saylı orta məktəbdə təmirin başa çatdırılmaması sakinlərinə narazılığına səbəb olub.

Nazirlikdən bildirilib ki, Təhsil Nazirliyinin sifarişi ilə təmir olunan və tikilən məktəblər istifadəyə verilib:

"2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə Bakı şəhərində 1 məktəbin, 2 rayonda isə 3 məktəbin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Məktəblərin texniki vəziyyəti ilə əlaqədar Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır və tikintisinə və əsaslı təmirə ehtiyacı olan məktəblər Dövlət Proqramına salınır".

Nazirlikdən həmçinin qeyd edilib ki, bəzi məktəblərin təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti və Rayon İcra Hakimiyyətlərinin sifarişləri ilə aparıldığından hal-hazırda neçə məktəbin tikilməsi və ya əsaslı təmir olunmasını müəyyənləşdirmək üçün həmin orqanlara müraciət olunmalıdır.

Təmir işləri ilə yanaşı məktəblərin dərsliklərlə təmin edilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. Ötən illərdə də bəzi məktəblərdə dərsliklərin çatışmazlığı problemi yaşanırdı.

Nazirlik bu məsələyə də münasibət açıqlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, dərsliklərin böyuk bir qismi artıq rayon və şəhər təhsil şöbələrinə çatdırılıb: "Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən dərsliklərin böyuk bir qismi artıq rayon və şəhər təhsil şöbələrinə çatdırılmışdır, qalan dərsliklərin çatdırılması isə 10 sentyabr tarixinədək yekunlaşacaq".

Qeyd edək ki, Azərbaycan təhsil müəssisələri sentyabrın 15-dən fəaliyyətə başlayacaq.

azvision


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1064   Tarix: 05 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

15:20 183
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

13:00 208
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

17:10 146
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 166
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

22:02 122
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 301
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

16:30 158
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

14:30 155
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

12:00 146