Sizə sevgili lazımdır? 160 dollara göndərərik!

Sizə sevgili lazımdır? 160 dollara göndərərik!Son səkkiz il ərzində Yaponiyada saxta dost, qohum, hətta sevgili xidmətləri təklif edən firmaların sayı xeyli artıb. Bunun başlıca səbəbi — bənzər xidmətlərə müştəri marağının, tələbatının günbəgün artmasıdır. Hazırda ölkədə bu cür xidmətlər göstərən 10 firma mövcuddur.

Firma əməkdaşları müştərilərin toy, yas, ad günü, uşaqlar üçün keçirilən əyləncəli gecə və sair tədbirlərinə qatılır, oradakı digər dəvətlilərə özlərini tədbir səbəbkarının dostu, qohumu və ya iş yoldaşı kimi tanıdırlar. Bundan əsas məqsəd — həmin məclis sahibinin dost-yoldaşsız, tənha və özünə qapanmış (introvert) biri olduğunu gizlətmək, ört-basdır etməkdir.

Məsələn, sözügedən firmanın kişi əməkdaşı ad günü keçirilən uşağın müəlliməsinə özünü doğma əmi kimi təqdim edə bilər. Özünün bu məclisə hazırlıq ərəfəsində işdən çıxarıldığını açıb-ağartmaqdan çəkinən ev sahibi firma əməkdaşını məclisdəkilərə öz şirkətinin şefi kimi tanıdır. Məclisin təşkilatçısı başına topladığı dost-tanışın onun şəxsi həyatındakı uğursuzluqlarına acımasını istəmirsə, onda firmadan gələn cavan və yaraşıqlı qız onun sevgilisi rolunu görünməmiş səmimiyyətlə oynamağa çalışır.

Üç il yarım bundan əvvəl yaradılan belə firmalardan biri də "Xaqemasi Tay"dır. Onu ixtisasca vəkil olan Ryuiti İtinokava yaradıb. Şirkətdə müxtəlif yaş kateqoriyalarını təmsil edən 30 qadın və kişi çalışır. Bu əməkdaşların Yaponiyanın ən müxtəlif şəhərlərində yaşaması firmanın öz müştərilərinə ölkə miqyasında xidmət göstərməsinə şərait yaradır.

Firmasının göstərdiyi xidmət növlərinin qiymətləri barədə söz düşəndə R.İtinokava jurnalistlərə bildirib ki, saxta dostun məclisdə iştirakı üçün müştəri 160 dollarından keçməlidir. Əgər "yaxından tanıdığı" məclis sahibi barədə təmtəraqlı sağlıq və xoş sözlər söyləməsi ondan tələb olunarsa, onda məbləğ bir qədər şişir.

Firma rəhbəri etiraf edib ki, fəaliyyət göstərdikləri üç il yarım ərzində onun əməkdaşları saxtakarlıq üstə bir dəfə də yaxalanmayıblar. Bundan ötrü firma əməkdaşları xüsusi və ciddi hazırlıq keçirlər, bir aktyor kimi oynayacaqları rolla bağlı önəmli məlumatları əzbərləyirlər ki, müştərinin paxırının üstü açılmasın. İtinokava bu sahədəki fəaliyyətini ailəsinə və dostlarına da indiyədək açıb söyləməyib. Hətta onun həyat yoldaşı son vaxtlar xəbər tutubmuş ki, əri bənzər xidmətlər göstərən firmanın rəhbəridir.

Hər şeyə rəğmən, İtinokava etiraf edir ki, saxta dost-qohum biznesinə tələbat yüksəkdir və müştərilərinin sayı durmadan artır. O isə gördüyü işdən yerdən-göyəcən razıdır, çünki insanların üzünü güldürmək, onları pəncəsində çapaladıqları tənhalıq, kimsəsizlik duyğusundan, bənzər sıxıntılardan qurtarmaq yetərincə nəcib işdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2091   Tarix: 05 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741