Fransız futbolunun ulduzu Qarabağa gəlir?

Fransız futbolunun ulduzu Qarabağa gəlir?Ağdamın "Qarabağ"ı Avropa Liqası qrup mərhələsindən öncə heyəti möhkəmləndirməyi planlayır.

Dünən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bəyan edib ki, klubun rəhbərliyi baş məşqçi Qurban Qurbanovun seçdiyi legionerləri alacaq.

Ağdam klubuna təklif edilmiş futbolçulardan birinin adı bəlli olub. Bu, fransız futbolçusu Floran Maludadır.

Bu yaxınlarda baş məşqçi ilə dalaşan 34 yaşlı yarımmüdafiəçi "Trabzonspor"dan qovulub.

Maluda türk klubu ilə avqustun 31-də müqaviləni pozub, bu səbəbdən də yeni kluba keçməyə tam ixtiyarı var.

Yeri gəlmişkən, Maludanın namizədliyi Qurban Qurbanovu qane etmədi. Fransanın sabiq oyunçusu artıq bacardığını edib, xasiyyəti də bal deyil. Həm də "Qarabağ" tanınmış oyunçunun məvacibinə ödəyə bilməz.

"Trabzonspor"da Maluda ilə 2 milyon avro alırdı, "Qarabağ"da isə oyunçunun illik məvacibi 400 000 avroya belə çatmır. Eləcə də "Qarabağ" diqqətini hücum mərkəzində oynaya biləcək oyunçu axtarışına cəmləyib, Maluda isə tipik sol yarımmüdafiəçidir.

Bu səbəbdən də Maluda "Qarabağ"da olmayacaq, amma başqa tanınmış oyunçu Qurban Qurbanovun sərəncamında ola bilər. Bir müddət öncə "Qarabağ"ın məşqçisi Vladimir Dvalişvilinin namizədliyinə qayıdıb. Gürcüstan yığmasının hücumçusu "Legiya"dan Danimarkanın "Odense"sinə keçib.

oxu


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2060   Tarix: 04 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 372
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 159
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 492
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 432
.

Azərbaycanlı cüdoçu: Avropa çempionu olmaq xəyalım idi

Avropa çempionu olmaq xəyallarımdan biri idi. "Report"un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: "Arenay

28.04.2024 259
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 252
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 648
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

04.05.2024 156