Uşaq və pul

Uşaq və pulYəqin bu sərlövhəni oxuyan bəzi valideyinlər deyəcəklər ki,bu nə sözdür,uşaq nədir,pul nədir,uşağın pulla nə işi var?

Başqaları isə əlavə edəcəklər:"Əlbəttə,uşaq nə qədər pula gec öyrənsə,pulla nə qədər gec maraqlansa,bir o qədər yaxşıdır".

Ancaq çox zaman həyatda belə olmur, lap belə düşünən ailələrin özündə də uşaq pulla təmasda olur,müəyyən şeyləri almaq üçün mağazaya gedir,pulun qalığını hesablayır,ona verilən cib xərcliyindən məktəb bufetində istifadə edir,avtobusa,metroya minir.Uşaq böyüyüb yeniyetməyə çevrildikcə,onun pula olan maraq və ehtiyacı da artır.

Demək,uşağın pulla əlaqəsin kəsmək nəinki mümkün deyildir,bəlkə də zərərlidir,nə onun,nə də tərbiyə işimizin xeyrinə deyildir.Söhbət də bu əlaqəni tamamilə üzməkdən,uşağın pula düzgün münasibət tərbiyə etməkdən,pulun insan həyatındakı əhəmiyyətini uşağa başa salmaqdan gedir.Söhbət ondan gedir ki,uşağı pulgir böyütmək,onu erkən yaşlarından pulla oynatmaq zərərli haldır, lakin uşağa pulun qədrini bildirmək,onu qənaətcil olmağa öyrətmək faydalıdır,bəlkə də zəruridir.

Bu, hər şeydən əvvəl,atadan,anadan asılıdır.Ailə var ki,burada valideyinlər pulu hər vəchlə uşaqdan gizlətməyə, onu qətiyyən pula yaxın qoymamağa çalışırlar. "Sənin pulla işin olmasın,o,sən qanan şey deyil".Bu zaman uşaqda pula qarşı gizli, qeyri-sağlam bir maraq oyanır.Uşaq nə yolla olursa- olsun əlinə pul keçirməyə,onun dadını bilməyə çalışır ki,bu da sonralar bir sıra peşmançılıqların baş verməsinə səbəb olur.

Yaxşı olmazmı ki,pulu uşaqdan gizlətməkdənsə,uşağa çox ehtiyatla hiss etdirilsin ki,ailənin maddi əsası olan pul ata və ana tərəfindən zəhmətlə, namusla qazanılır,onların faydalı əməyinin dəyəri kimi meydana gəlir,ailə üzvlərinin dolanışığının əsasını təşkil edir.Uşaq da bilsin ki,ailənin ehtiyacında bu pulun hər qəpiyinin öz yeri , sərf edilməsi yolları var.

Yaxşı olmazmı ki,ailənin büdcəsi onun bütün üzvlərinin, o cümlədən, uşaqların da iştirakı ilə tərtib olunsun,heç kəsdən heç nə gizlədilməsin, pul hamının bələd olduğu yerə qoyulsun və hər kəs oradan nə üçün,nə qədər götürəcəyini bilsin. Bizim belə ailələrimiz çoxdur.

Təəssüf ki,həmişə belə olmur. Bir ailə tanıyıram,ərin də əli pulla oynayır,arvadın da, ikisi də məvacibindən başqa evə xeyli pul gətirir. Elə ona görə də bu ailədə ər-arvad nəinki ciblərini ,hətta uşaqları da bölüblər. Qız anaya düşüb,oğul ataya.

Ana lap körpə vaxtından qızını bəzəyib düzəndirir, ata isə oğlunun cibini pulla doldurur. Yadımdadı bir dəfə bu ailədə qonaq idik. Qız kuklanı oynatmaqdan yorulub onu döyməyə, saçını, paltarını cırmağa başladı. Ata kuklanı qızın əlindən almaq istəyəndə oğlan dedi: "Dəymə ata, qoy cırsın,onsuzda sən almamısan ki, anam alıb".

İndi bu qız da, oğlan da ,böyüyüblər. Qız oxumaqdan çox bəzənib-düzənməyin fikrini çəkir,anasına elə qiymətli paltarlar aldırır ki, arvadın əlavə gəliri də davam gətirə bilmir. Əlborcu üçün ərinə müraciət edəndə o,deyir:

"Sən pul istəməkdənsə, qızının ipini çəksən yaxşıdır. On beş yaşı var,bütün şəhəri ələk-vələk eləyir". Arvad ərinin tənəsinə tənə ilə cavab verərək deyir: "Sən öz oğlunun dərdini çək,bir qarış vaxtından əyləşdirmisən xarici avtamobilə şəhəri baş-ayaq ölçür. Çantasında da kitabdan başqa hər nə desən var".

Təəssüf ki, uşaqların pula dadandırılması hallarına biz yalnız əyri yollarla pul əldə edən, rüşvətxorluq və saxtakarlıqla dolanan ailələrdə rast gəlmirik. Lap halal zəhmətlə dolanan, sağlam əhvali-ruhiyyənin hökm sürdüyü sadə,səmimi ailələrdə də bəzən uşaqlar pulgir böyüyür, valideyinlər uşaqla pul arasındakı münasibəti tənzim etməkdə acizlik çəkir,iradəsizlik göstərirlər.

Bu ailələrin başçıları,istər ata olsun,istərsə də ana,uşağa bəslədikləri kor-koranə məhəbbətdə o yerə çatırlar ki,özlərinin keçdikləri həyat məktəbinin ibrətamiz dərslərini də unudurlar.

Onlar özləri zəhmətlə, əməklə böyüdükləri halda,övladlarını zəhmətə alışdıra bilmirlər, özləri ərköyünlüyün nə olduğunu bilmədikləri halda, uşaqlarını ərköyün böyüdürlər,özləri hər manatı zəhmətlə,fədakar əməklə qazandıqları halda,uşaqlarının cibini pulla doldurur,sonra da bu səhf tərbiyə üsulunun altını çəkir,acı bəhrəsini dadmağa məcbur olurlar.

Sonluq üçünsə demək istərdim: "Bütün valideyinlər öz ailəsində tərbiyə işini elə qurmalıdırlar ki,uşaqlar tərəfindən pul namuslu, fədakar əməyin meyarı kimi qəbul edilsin və qiymətləndirilsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1498   Tarix: 30 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024