Qızcığaz qardaşını ölümdən necə xilas etdi?

Qızcığaz qardaşını ölümdən necə xilas etdi?Tessi – heyrətamiz 9 yaşlı bir qızcığazdır. Bir dəfə o valideynlərinin kiçik qardaşı Ted haqqında olan söhbətini eşidir. O bilirdi ki, qardaşı ağır xəstədir və valideynlərinin demək olar ki, pulu heç yoxdur. Tessi atasının ağlayan anasını sakitləşdirmək üçün dediyi bu çarəsiz sözləri eşitdi: İndi Tedi yalnız möcüzə xilas edə bilər.

Bu sözləri eşidən Tessi öz otağına qaçır və içərisinə xırda pul yığdığı şüşə mürəbbə bankasını götürür. O bütün xırda pulları yerə tökür, səliqəli şəkildə sayır və yenidən hamısını şüşəyə yığaraq aptekə doğru qaçır.

O sakit şəkildə əczaçının ona diqqət yetirməsini gözləyirdi. O isə digər müştərilərlə məşğul idi. Tessi əczaçının diqqətini çəkmək üçün ayağını yerə döyməyə başlayır. Yenə reaksiya yoxdur. Belə olduqda o bərkdən öskürməyə başlayır. Yenə bir nəticə yoxdur. Nəhayət o bir qəpik götürür və onunla şüşəyə vurmağa başlayır.

Nə istəyirsiniz, — deyə əczaçı əsəbi halda soruşur. – Görürsünüz ki, mən Çikaqodan gəlmiş və uzun illərdir görmədiyim qardaşım ilə danışıram.

Başa düşürəm, lakin mən sizə öz qardaşım barədə demək istəyirdim. O çox xəstədir və mən onun üçün möcüzə almaq istəyirdim.

Bağışlayın, nə?

Onun adı Teddir və onun başında nə isə pis bir xəstəlik var. Atam dedi ki, indi onu yalnızca möcüzə xilas edə bilər. Bəs bu möcüzə neçəyədir?

Qızcığaz biz burada möcüzə satmırıq. Bağışla amma mən sənə kömək edə bilməyəcəm – deyə əczaçı cavab verir.

Qulaq asın, mənim pulum var və haqqını ödəyə bilərəm. Əgər bu pul bəs etmirsə mən yenə gətirə bilərəm. Sadəcə deyin, bunun qiyməti nə qədərdir?

Əczaçının qəşəng şəkildə geyinmiş qardaşı vitrinin arxasından əyilərək kiçik qıza baxaraq onu yanına çağırır.

Qardaşına necə bir möcüzə lazımdır?

Bilmirəm, — deyə Tessi köksünü ötürür. —Mən sadəcə bilirəm ki, o çox xəstədir və anam deyir ki, ona əməliyyat lazımdır. Atam isə əməliyyatın pulunu ödəyə bilmir, buna görə də, öz pullarımdan istifadə etmək qərarına gəldim.

Bəs sənin nə qədər pulun var? — deyə Çikaqodan gələn şəxs soruşdu.

1 dollar və 11 sent, — Tessi kəkələməyə başladı — və mənim olan pulum budur. Lakin yenə lazımdırsa tapa bilərəm.

Təsadüfə bax sən, — deyə kişi təbəssüm etdi. — 1 dollar və 11 sent. O pulları bir müddət ovcunda sıxdı, qızı qucağına aldı və evlərinə aparmasını xahiş etdi.

Sənin qardaşına baxmaq və valideynlərinlə tanış olmaq istəyirəm. Görək sizə necə bir möcüzə lazımdır.

Bu Çikaqodan gəlmiş şəxs həkim Karlton Armstronq imiş. Qeyd edək ki, o neyro-cərrahiyyə sahəsi üzrə ixtisaslaşmış məşhur cərrahdır. O əməliyyatı pulsuz şəkildə həyata keçirir və Ted çox tez bir zamanda öz evinə çox sağlam şəkildə geri dönür. Uşaqların valideynləri baş verənlərdən sonra çox xoşbəxt idilər. Ana Tessiyə pışıldadı: Bu həkim – elə əsl möcüzə idi. Maraqlıdır, görəsən bunun dəyəri nə qədər olardı? Tessi gülümsəyir. Axı o möcüzənin dəyərinin nə qədər olduğunu dəqiq bilirdi: 1 dollar və 11 sent, üstəgəl kiçik qızcığazın əsl inamı.

banker.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2919   Tarix: 28 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356