Səfəvilər dövləti

Səfəvilər dövlətiSəfəvi süSəfəvi
Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Sünnilərin şiələri təqib etdiyi üçün təqiyyə etdi və sünni kimi tanındı. Şeyx Əli dövründə təqiyyə aradan götürüldü. Daha sonra Şeyx Cüneyd dövründə Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başladılar. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə şəhid oldu. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mubarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana hücumlar etdi. Sonunca səfərdə Şeyx Heydər şəhid edildi və Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət Şeyx İsmayıl tərəfindən davam etdirildi.

Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına
1499-cu ildə Şeyx İsmayıl öz tərəfdarlarını toplamaq üçün hərəkətə başladı. 1499-cu ildə Ərçivanda, daha sonra isə Çuxursəəddə məskən salaraq öz tərəfdarlarını topladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, İraq və Suriyada olan tərəfdarları da ona qoşulduqdan sonra 1500-cü ildə 7 minlik orduyla Şirvana daxil oldu. Həmin il Cabanı adlı yerdə Şirvanlıları məğlub etdi və Şirvanşah öldürüldü. 1500-cü ildə Bakını tabe etdi və Gülüstan qalasını mühasirəyə aldı, ancaq Azərbaycan sultanı Əlvəndin yaxınlaşmasını eşidib mühasirəni dayandırdı və Sultan Əlvəndə qarşı hərəkətə başladı. 1501-ci ildə Şərur yaxınlığında Sultanın 30 minlik ordusunu dağıtdı. Sultan Diyarbəkirə qaçdı. Şeyx İsmayıl və tərəfdarları Təbizə daxil oldular. 1501-ci ildə İsmayıl Azərbaycan şahı elan edildi və beləliklə Azərbaycanda hakimiyyət Səfəvi sülaləsinə keçdi.

İran, İraq və Şərqi Anadolunun tabe edilməsi
1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv yaxinlığında Məhəmməd xanı məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.

Səfəvilərin I Şah İsmayıl dövründəki bayrağı
Səfəvilər dövlətiSəfəvilərin I Şah Təhmasib dövründəki bayrağı
Səfəvilər dövlətiSəfəvilərin II Şah Səfi dövründəki bayrağı
Səfəvilər dövləti


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 14455   Tarix: 08 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur bloqer evində güllələndi

Braziliyalı məşhur bloqer Alzira Mariya Teodoro Luis güllələnərək öldürülüb. xarici mediaya istinadla xəbər verir ki, kənd təsərrüfatı mövzusunda səhifəsi olan 43 yaşlı qadının meyiti evində aşkarlanıb. Onun baş nahiyəsindən güllə yarası aldığı müəyyən edilib. Polisin ilkin versiyasına görə, bloqer so

18:30 226
.

"Rigs" otelində 2000 manatlıq oğurluq

Bakıda fəaliyyət göstərərn "Rigs" otelində oğurluq hadisəsi baş verib. Oteldə gecələyən turistlərdən birinin 200 manatı oğurlanıb. Zərəçəkmişin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəs

17:10 207
.

Yayda çoxları bu səhvi edir: kondisioneriniz daha çox enerji "yeyir"

Yay mövsümünün yenidən rekord istilərlə yadda qalacağı gözlənilir. Bu səbəbdən bir çox evdə kondisionerlər demək olar ki, fasiləsiz işləyəcək. Elektrik xərclərini azaltmaq istəyən insanlar isə tez-tez istifadə olunmayan otaqlardakı hava çıxışlarını bağlamağa çalışırlar. Lakin mütəxəssislər xəbərdarlı

19:30 181
.

Məhkəmə şikayətə baxdı: "Dünyagöz"ün baş həkiminə cinayət işi açıla bilər

Məhkəmə "Dünyagöz" xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" məhkəmə nəzarəti qaydasında şikayətə baxıb. Qaynarinfo-nun məlumatına görə, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatında

17:15 301
.

İnsanların 5 ən qəribə fobiyası: TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Hörümçəklərdən və ya hündürlükdən qorxmaq artıq adi hal sayılır. Lakin elə fobiyalar var ki, insanı həqiqətən təəccübləndirə bilər. Məsələn, hipopotomonstroseskippedalofobiya - uzun sözlərdən qorxmaq; bu, tamamilə real diaqnozdur. xarici mediaya istinadən tibbi ədəbiyyatda qeydə alınmış ən qeyri-ad

19:00 184
.

Süd Yolu qalaktikası ilə bağlı YENİ FƏRZİYYƏ

Hamburq Universitetinin tədqiqatçıları ehtimal edirlər ki, Süd Yolu qalaktikasının "çatışmayan" adi maddəsinin böyük bir hissəsi 3I/ATLAS kometinə bənzər ulduzlararası obyektlər şəklində ola bilər. Müəlliflərin hesablamalarına görə, belə obyektlər əvvəllər qaranlıq maddəyə aid edilən kütləni

22:15 106
.

Bu ölkə prezidentini qaçıracağıq - Heqset

ABŞ-ın müharibə naziri Pit Heqset Vaşinqtonun Kuba Prezidenti Miguel Díaz-Canel ilə bağlı mümkün addımları istisna etmədiyini bildirib. Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, jurnalistlər Pentaqon rəhbərindən ABŞ-ın Kuba liderinin oğurlanması ehtimalını nəzərdən keçirib-keçirmədiyin

21:45 119
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.81% azalaraq 4.100 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.16% ucuzlaşaraq 63.99 ABŞ dolları təşkil edib

21:30 110
.

Bu ölkə adını dəyişir

Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru müstəmləkə dövründən qalan izlərdən uzaqlaşmaq və milli kimliyini gücləndirmək məqsədilə rəsmi adını dəyişdirməyə hazırlaşır. "Qafqazinfo" xəbər verir ki, ölkə rəhbərliyi dövlətin bundan sonra yerli dildəki adı ola

23:45 1
.

TOP MP3