Heydər Əliyevin xilas etdiyi gəncəli balası tarixə necə düşdü? – FOTO

O, əslən gəncəli idi. Həm də bakılı… Futbolun sirlərini Gəncədə öyrənib, peşəkar karyerasına isə "Neftçi"də başlayıb.

1966-cı ildə "Neftçi"nin heyətində SSRİ birinciliyinin bürünc mükafatını qazanıb. 1976 və 1982-ci illəri çıxmaqla 1984-cü ilə qədər bu komandanın qapısını qoruyub.

"Publika.az II taym" layihəsi çərçivəsində Azərbaycan futbolunun əfasnələrindən sayılan Sergey Kramarenko haqqında məlumat verəcək.

O, öz dövrünün ən məşhur qapıçıları - Yaşin, Rudakov, Romenski, Dasayevlə birgə sovet futbolunda ad qoyub.
Kramarenko özünə inamı, topa mükəmməl reaksiyası, müdafiəçilərə rəhbərlik etmək bacarığı, çalışqanlığı və tələbkarlığı, bir də çılğınlığı ilə ad qazanıb.
O, "Neftçi"nin heyətində 372 oyuna çıxıb. Bununla da klubun tarixinə düşməyi bacarıb.

Gəncəli balası Kramarenko

Kramarenko 1946-cı il mayın 27-də Gəncədə yoxsul ailədə dünyaya gəlib. Uşaqlığı küçədə top qovmaqla keçib. Məşqçi Yaqub İsmayılov da onu küçədə görüb "Toxucu"ya gətirib.

1959-cu ildə "B" divizionunun nəzdində açılmış hazırlıq qrupunda komanda ilə birlikdə məşqlərə başlayanda, ölkə yığmasının seleksiyaçılarının diqqətini çəkib, SSRİ yeniyetmələr yığmasına çağırılıb.
Daha sonra Gəncənin "Dinamo" klubuna dəvət alıb. Yalnız bundan sonra 16 yaşlı Kramarenko "Neftçi" skautlarının diqqətini cəlb edib. 1962-ci ildən onun şöhrət yolu başlayır. Ancaq əvvəlcə Bakıda qərar tuta bilməyib və yenidən doğma şəhərinə üz tutub.

2 il sonra yenidən paytaxtda

2 il sonra yenidən paytaxta gəlir. O vaxt onu Kiyev "Dinamo"su da istəyirdi. Ancaq Azərbaycandan çıxmasına razılıq verilmir.
"Neftçi"yə ikinci gəlişi 6 qapıçı ilə rəqabətlə başlamışdı və bir ildən sonra o, əsas qapıçıya çevrilməklə, 20 il (1976-cı ildə Odessa "Çernomorets"ində oynamasını və 1981-82-ci illərdə Lənkəran "Xəzər"inə göndərilməsini çıxılmaqla) "Neftçi"nin şərəfini qoruyub.

İlk həyəcan, böyük addım

Sergey Kramarenko ilk dəfə Moldovada minlərlə azarkeş qarşısında meydana çıxıb. Özü müsahibəsində meydana ilk dəfə çıxdığı zaman həyəcan keçirdiyini dilə gətirib.
Matçın ikinci hissəsində əsas qapıçı Şexovu əvəz etməli olub. 20 dəqiqə qapını qoruyub. Oyun məğlubiyyətlə başa çatsa da, bu matç Kramarenkonun karyerasında dönüş edib. Həmin oyundan sonra komandanın əsas heyətində yer alıb.

Uzaqlaşdırıldı

1971-ci ildə Rostov OİK-i ilə səfər görüşündə hakimi vurduğuna görə il yarım futboldan uzaqlaşdırılmışdı. O vaxt sovet futbolunun başbilənləri onu futboldan ümumiyyətlə ömürlük uzaqlaşdırmaq istəyiblər. Amma məsələyə ümummilli lider Heydər Əliyev müdaxilə edib və buna imkan verməyib.

"Uşaqlar, narahat olmayın"

Kazbek Tuayev 1983-cü ildə Lənkəran "Xəzər"indən "Neftçi"yə keçib Əhməd Ələsgərovu əvəzləyəndə, Kramarenkonu da özü ilə gətirdi. O, komandanın gənc qapıçılarının yetişməsinə kömək edəcəkdi. Öndə gələnlər Tişin və Camaləddin Əliyev idi. Lakin 2 il ərzində Kramarenko ən məsul oyunlarda meydana çıxıb, "Neftçi"nin xilaskarına çevrilib. Elə o vaxt hamını düşündürən bir məsələ var idi: "Kramarenkonu əvəz edən olacaqmı?"
Bu sual onun özünə verildiyi zaman təvazökarlığını qoruyaraq cavab verib: "Uşaqlar, narahat olmayın, həmişə belə görünür. Hər şey yaxşı olacaq. "Neftçi"də yaxşı qapıçılar həmişə olacaq.

Məşqçilik

Kramarenko karyerasını bitirəndən sonra məşqçi kimi fəaliyyətə başlayıb. Onun məşqçi kimi ilk iş yeri Lənkəran "Xəzər"i (1989-cu il) olub. Daha sonra Qazaxın "Göyəzən" klubunda (1990-cı il), 1993-cü ildən isə "Neftçi"də çalışıb.

"Utanıram, belə işləməyə dəyməz"

Müstəqil Azərbaycanın ilk çempionatı "Neftçi"nin qələbəsi ilə başa çatıb. Əhməd Ələsgərovun rəhbərlik etdiyi məşqçilər korpusunda o da yer almışdı. Növbəti il sükan arxasında ustadı əvəzləməli olub. 1993-cü il fevralın 21-də komanda ölkə superkubokunu qazanıb. Bu mükafat onun baş məşqçi kimi qazandığı ilk və son böyük uğur olub.

Futbol rəhbərliyinin ədalətsizliyinə, haqsızlığına dözməyərək əvvəlcə futbolu, sonra vətəni tərk edib. Həmin vaxt "Sergey, sən, o, o biri getsə, bu futbol kiminlə yaşayacaq" sualına belə cavab verib:

"Daha dözmək olmur, səriştəsizlərlə işləyə bilmirəm. Uşaqlar, siz narahat olmayın. Nə qədər ki bu ölkədə azarkeş var, futbol da olacaq. Əslində futbolu, bizi siz yaşadırsınız. Sizin üçün faydalı iş görmürəmsə, utanıram, belə işləməyə dəyməz. Bizimlə, ya bizsiz, amma bir gün hər şey dəyişəcək - siz dəyişəcəksiniz".
Bir günün içində evini də satıb, vətənindən – Azərbaycandan getdi.

Kiçik kafedə Bakı mühiti

Məşqçi Kramarenkonun fəaliyyəti belə başa çatdı. Amma qayıdacağına inanırdı.
Bakıdan küsüb "Dinamo"ya gedir. Amma Moskvanın "Dinamo" klubuna yox. Moskva metropolitenin "Dinamo" stansiyası yaxınlığında kiçik bir kafe işlədirdi.
Qonaqları da yad deyildi. Özü kimi taleyin Moskvaya atdığı köhnə bakılılar idi. Hamısı da Sergey Kramarenkonun başına yığışırdı. Kramarenko bu kiçik kafedə bir Bakı mühiti yaratmışdı.

8 illik ayrılığa son

2003-cü ildə, 8-illik ayrılıqdan sonra Azərbaycana qayıdıb. Amma qonaq kimi.
"8 ildir gəlmirdim. Təyyarədən düşəndə dərin həsrət yeli ürəyimi titrətdi. Kino lenti kimi illərim anbaan gözüm önündən keçdi. Düzdür, şəhər dəyişib, amma isti, mehriban, doğma və müqəddəs nəfəsini qoruyub saxlayıb. İlk növbədə Respublika stadionuna baş çəkdim. Yenidənqurma işləri, oturacaqların qurulması, ot örtüyü xoşuma gəldi. Nəsə dəyişməyə başlayıb. Yəqin, bundan sonra çox şey dəyişəcək".

Əfsanənin ölümü – Yolunun davamçısı

Sergey Kramarenko 2008-ci il martın 25-də Moskvada vəfat edib. Onun ölümünə səbəb ürək xəstəliyi olub. Sergey Kramarenkonun oğlu Dmitriy Kramarenko da qapıçı olub. Uzun müddət Azərbaycan yığmasının şərəfini qorumuş oğul Kramarenko hazırda"Qəbələ"nin qapıçılarla işləyən məşqçisi kimi fəaliyyət göstərir.

Publika.az

Heydər Əliyevin xilas etdiyi gəncəli balası tarixə necə düşdü? – FOTOHeydər Əliyevin xilas etdiyi gəncəli balası tarixə necə düşdü? – FOTOHeydər Əliyevin xilas etdiyi gəncəli balası tarixə necə düşdü? – FOTOHeydər Əliyevin xilas etdiyi gəncəli balası tarixə necə düşdü? – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4098   Tarix: 05 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704