Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTO

Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTOBiG.AZ publika.az-a əsasən bildirir ki, vücudumuzdakı sirlər heç də fəza sehirlərindən geri qalmır.

Bir çoxu üçün saçım niyə ağarır- sualı gərdişi dövran,dəyişən zamanla bağlı məsələlərdən daha maraqlıdır.

Nə üçün şəkillərdə özümüzü tanımırıq?

Bəzən şəkillərimizə baxıb orada başqa adam görürmüşük kimi soruşuruq: "Bu, mənəm?" Bəli, o, sizin hər gün güzgüdə gördüyünüz adam deyil. Şəkillərdə fərqli görünməyin çoxsaylı səbəblərindən biri də vərdişdir. Ağlınıza da gəlməyib,düzdür?

Biz güzgüdə görmək istədiyimiz obrazı seyr edir və ona vərdiş edirik. Qəfil şəklimizi görəndə isə bizə elə gəlir ki, üzümüz dəyişib.
İnsan gözü ilə fotokameranın obyektivi fərqlidir. Məsələn, telefonun kamerası obyektlə fotoqraf arasında məsafəni dəyişir. Bu, əşyalarda özünü büruzə verməsə də canlılarda əksinə olur. Telefonun linzası burundan qulağa qədər məsafəni qısaltdığı üçün üzün proporsiyaları dəyişir. Burda əlbəttə ki,işıqlandırma da rol oynayır.

Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTOSəs yazılarımız bizi məyus edir

Texnologiya əsri sakinləri olduğumuz üçün telefonla danışarkən belə səsimizi yazmaq mümkündür. Özümzü dinləyəndə isə avaz, tembr bizi qane etmir. Unutmayın, yazıdakı əsl səsimizdir. Dinlədiyimiz isə o səsin beynimizdəki "əhval-ruhiyyəsidir". Demək, daxilimizdə gizli bir gərginlik hökm sürür ki, onu ancaq səsimiz duyur.

Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTOBarmaqlarımız su altında niyə belə olur

Dərinin su altında qırışması bizə nəm əşyaları bərk tutmaqda kömək edir. Yəqin fikir vermisiniz ki, barmaqların ucunda yaranan qırışlar rezin şinləri, yaxud da yüksək sürtünmə keyfiyyətli materialı xatırladır. Müasir dövrdə bu qırışlar bizə sabunu tutmaqda kömək edir.Əks təqdirdə sulu əllər sürüşkən sabunu tuta bilməz. Amma qədim dövrlərdə mağaralarda yaşayan babalarımıza bu qırışlar yırtıcılardan qorunmaq üçün nizə və digər silahları tutmağa yardım edirdi.

Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTOSoyuq hava böyrəkləri "işə" salır

İsti günlərdə kondisioner olan otağa girən kimi adam ayaqyoluna getmək istəyir. Bu hal "soyuq Diurez" adlanır. Temperaturun düşməsi eksponensial asılılıqla bağlıdır. Soyuq artdıqca adama elə gəlir ki, sidik kisəsi ağırlaşır. Səbəbi tam məlum olmasa da versiyalardan birinə görə, bu, qan damarları ilə bağlıdır.Onlar soyuqda sıxılır. Sıxılmış damarlarda qan tədricən daxili orqanlara ötürülür. "Soyumaq istəməyən" qan bu işi daxili orqanların öhdəsinə buraxır. Qanın belə "geriçəkilmə" taktikası ilə damarlarda təzyiq artır və böyrəklərə əziyyət verir. Böyrək də öz canını qurtarmaq üçün suyu süzmək məcburiyyətində qalır.

Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTOSpirtli içki qəbul edən gecə yuxunuz ərşə çəkilir?

Toy və ziyafətlərdən yeyib-içib qayıdandan sonra ən böyük arzunuz yerinizə girib yatmaq olur. Əgər bu, şənbə və ya bazar gününə təsadüf edibsə, düşünürsünüz ki, sabah 12-dək yatacağam. Amma təəssüf ki, gecəyarı oyanırsınız.Yorğunluq keçməyib, amma gümrah olduğunuzu hiss edirsiniz. Səbəb isə çox sadədir. İçki sizə gümrahlıq verəcək hormonları fəallaşdırır . Siz şərab nuş edərkən orqanizm də ona süzülən zəhəri mənimsəməklə məşğul olur. Hətta vücudun xeyli vaxtını da alır. Siz "ömürdən oğurlanmış günü" şirin yuxu ilə çarpayıda bitirmək istəyəndə, üzü qarə ciyəriniz təmizləmə rejimində çalışmağa başlayır.Bu da yuxunuzu ərşə çəkir.

Yuxunuzu ərşə çəkən üzüqarə ciyəriniz- FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1756   Tarix: 31 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 271
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 337
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 187
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 372
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 178
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 910
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 416
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 266
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 204