Həm bərəkətli , həm şəfalı

Həm bərəkətli , həm şəfalıPərpətöyünün (pərpərən) tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.

BiG.AZ xəbər verir ki , Qədim Misirdə pərpətöyünün yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə edirdilər. Ərəblər də orta əsrlərdə pərpətöyünü yüksək qiymətləndirərək onu "bəzəkli tərəvəz" adlandırırdılar. Qədim Yunanıstanda isə bu bitki daha çox dərman bitkisi kimi tanınırdı ki, bu faktı Hipokratın əsərləri də təsdiqləyir. Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur" hesab etmişdi. Məhşur ərəb təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Qafqazda, Hindistanda, Fransa və Aralıq dənizi ölkələrində fəal yetişdirilir.

Gövdəsinin uzunluğu 10-52 sm olan, torpaq üzərində yayılan və yaxud dik qalxan, çılpaq, ətirli, əsas hissəsindən budaqlarla birlikdə ot bitkisidir. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları növbəli, yuxardakılar isə qarşı-qarşıya düzülür. Çiçəkləri xırda sarı, qırmızı rəngdə olub, tək-tək və ya topa halda gövdə yarpaqlarının qoltuğunda yerləşir. Toxumları tünd-bozumtul və yaxud qara rəngdədir. İyun ayında gül açan pərpətöyün sentyabr ayına kimi çiçəkləyir.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir.

Zərərləri

Başqa yeməli və müalicə effektli bitkilər kimi pərpərəni də miqdarında (gün ərzində 100-150 q) istifadə etmək lazımdır. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər pərpərəndən istifadədə ehtiyatlı olmalıdırlar.

Pərpərənin daha bir əks göstərişi hamiləlikdir. Bu bitki uşaqlığın tonusunu artırır ki, bu da hamilə qadınlar üçün zərərlidir.

Mətbəxdə tətbiqi

Qida vasitəsi kimi gənc zoğlarından və yarpaqlarından istifadə olunur. Pərpərən mülayim yandırıcı və turşməzə dada malikdir. Daha yetkin köklərini marinə edirlər. Qayğanağa və digər tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir.

Müalicəvi xüsusiyyətləri

Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, turşular, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Müasir tibbdə pərpətöyündən qara ciyər xəstəliklərində (iltihabında), ödlə bağlı olan qusmalar zamanı istifadə edirlər. Dərman vasitəsi kimi təzə otları və toxumları faydalıdır. Pərpətöyünün tərkibində hormonabənzər maddə - noradrenalin var ki, bu maddə mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəliklərində isə sidikqovucu kimi istifadə olunur. Pərpətöyünün cövhəri ilə ağız yaxalamaq damaq iltihabına səmərəlidir. Bir çox ölkələrdə pərpətöyündən parazit əleyhinə vasitə kimi istifadə edirlər. Pərpətöyünün ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriya törədici mikroblara qarşı antibakterial təsiridir.

İrinli yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni kompres şəklində yaranın üzərinə qoymaq lazımdır. Onun bu xüsusiyyəti tibb məntəqələrindən uzaqda olan turistlər üçün xüsusilə qiymətlidir.

Pərpətöyündən gözəllik üçün də istifadə olunur. Ondan hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7404   Tarix: 29 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

TOP MP3