Heykəli ucaldılan ilk cizgi film qəhrəmanı və ispanaq

Heykəli ucaldılan ilk cizgi film qəhrəmanı və ispanaq85 il bundan əvvəl çəkilən "Təməl Rəis" cizgi filminə baxmayan və sevməyən yəqin ki, yoxdur. Xüsusilə, uşaqlığı 90-cı illərə təsadüf edən indiki gəncliyin ən sevimli cizgi filmlərindən biri də ispanaq yeyib güclənən qəhrəman idi.

Hazırda 85 yaşı olan Elzi Krisler Seqar tərəfindən yaradılan bu cizgi film haqqında bilmədiyimiz hələ çox şey var.

BiG.AZ "Təməl Rəis" haqqında bir neçə maraqlı faktı oxuculara təqdim edir.

Təməl Rəis və Səfinaz həqiqətən real həyatda var olublar

Bəli, hekayə xəyali qəhrəmanlara əsaslanmır. Yazar Təməl Rəis qəhrəmanını yaradarkən məhəllələrindəki dənizçi Frank Rokkidən ilham alıb. Frank da çox davakar və tənbəki düşkünü idi. Eynən Təməl Rəis kimi. 1947-ci ildə dünyasını dəyişən Frankın məzar daşına "Təməl Rəisə ilham vermişdir" sözləri yazılıb.

Səfinaz obrazı isə yazarın digər bir qonşusu olan Dora Pasqalın təsviridir. İncə, uzun saçları olan və həmişə hörük hörən Dora, digər baş qəhrəmana çevrilib.

Göyərtini uşaqlara sevdirən cizgi filmi

Təməl Rəis sevənlərin hamısı bilir ki, o, başına bir iş gəldiyi zaman bir konserv qutusu ispanaq yeyərdi və qollarındakı əzələləri güc ilə dolardı. Həmin dövr ABŞ-da "Böyük Böhran" illəri idi və ispanaq istehsalındakı xeyli artım qeydə alınmışdı. Yazar böhranı bu tərəvəz məhsuluna olan tələbatı artırmaqla önləmək istəyirdi. O dövrdə uşaqlar arasında aparılmış bir anket sorğuda ən çox sevdikləri yemək arasında hinduşka və dondurmadan sonra ispanaq dururdu.

İspanaq gücləndirir?

Uşaqlar ispanağı daha çox onun anidən güc verdiyinə görə sevirdilər. Bəs doğurdanmı ispanaq əzələlərə təsir edir və gücləndirir?

Cizgi filmində ispanağın anidən gücləndirən bir qida olması tamamilə elmi yanlışlıqla əlaqədardır. Belə ki, 1870 - ci ildə ispanaq haqqında bir məqalə çap olunur. Məqalədə sadəcə bir vergülün yanlış qoyulması nəticəsində fikir tamam fərli formada anlaşılır. Bir vergül ispanağın tərkibində olduğundan on qat artıq dəmirin olduğu yanlışlığını yaradır.

Heykəli ucaldılan ilk cizgi film qəhrəmanı

Təməl Rəisin heykəli 1937-ci ildə Texasın Kristal Siti şəhərində ucaldılır. Məqsəd artmaqda olan ispanaq istehsalını qeyd etmək idi.
Həmin ilin may ayında "Qumarxanalar kralı" ləqəbi ilə məşhur olan milyarder Stiv Vin Cef Kunsun memarı olduğu digər bir Təməl Rəis heykəlinə nə az nə çox 28 milyon dollar pul ödəyir.

Güc mənbəyi: İspanaq və sığal

Təməl Rəis gücünü artırmaq üçün heç də hər zaman ispanaq yeməyib. Yazarın ilk karikaturalarında Təməl Rəis, "Vifil Hen" adlanan qeyri-adi bir məxluqun başını sığallamaqla fövqəl gücə sahib olurdu. Cizgi filmdə adı Bernays olan bu məxluq tüklərini sığallayan hər kəsə xüsusi şans və güc bəxş edirdi. Məsələn, ilk hekayələrin birində Təməl Rəis qumarxanada döyülür və gücünü yenidən qazanmaq üçün Bernaysın tüklərini sığallamaqdan istifadə edir.

Köməkçi Təməl Rəis

Təməl Rəis ilk dəfə 1929-cu ildə satirik jurnal olan "Timbl Teatr" da nəşr olunarkən baş qəhraman yox, köməkçi süjet kimi qələmə alınıb. Cizgi yazıçısı Elzinin hekayələri Səfinaz və onun ailəsindən bəhs edirdi. Lakin Təməl Rəis xalq tərəfindən sevilib məşhur olduqdan sonra cizgi yazarı onu hekayənin mərkəzinə gətirib baş qəhramana çevirdi.

Nyu Yorkun ən hündür binası ispanağa büründü

2004-cü ildə "Təməl Rəis" cizgi filminin yetmiş beş (75) illik yubileyi qeyd edilir. Bununla əlaqədar Nyu Yorkdakı "Empayə steyts" binası ispağı təsvirən simvolik olaraq yaşıl rəngə boyanmışdı.

Təməl Rəisin səsi Səfinazın səsi ilə evlənib

İlk dəfə 1933-cü ildə ekrana çıxan "Təməl Rəis" cizgi filmini 1935-ci ildən etibarən qırx il ərzində Cek Merker səsləndirib. Səlfinazın səsini isə Marji Hins səsləndirirdi. Bu münasibət 1938-ci ildə onların evlənməsi ilə nəticələnir. 1944-ci ilə qədər birlikdə yaşayan cütlük sonradan yollarını ayırır.

"Təməl Rəis"in əsl adına park

1980-cı ildə "Təməl Rəis"cizgi filmindən ilhamlanaraq film çəkirlər. Film Maltada çəkilir. Filmin lentə alındığı bölgə çəkilişlər bitdikdən sonra "Popi Villic" adı altında turizm mərkəzinə çevrilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1515   Tarix: 28 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018