Ədalət Şükürov: Şalvar geyinmək kişilik göstəricisi deyil

Ədalət Şükürov: Şalvar geyinmək kişilik göstəricisi deyilBiG.AZ saytı, Ədalət Şükürovun müsahibəsini təqdim edir

- İllər öncə meyxanaçı Vüqar Əbdulovla "Bağlanıb eşqin qapısı üzümüzə" adlı duetiniz oldu. Həyatınızda eşqin qapısının üzünüzə bağlandığı vaxt olubmu?

- Bağlanıb da,açılıb da. (Gülür...) Təbii ki hər bir yaşın öz sevgisi var. Mən artıq 20 ildən çoxdur ki, evliyəm. Həmin mahnının həyatımla heç bir əlaqəsi yoxdur, sadəcə yaxşı bir mahnı kimi repertuarımda qaldı.

- Yəni oxuduğunuz mahnıların heç birini yaşamırsınız?

- Xeyir, siz gənclər dinlədiyiniz hər bir mahnıda sevgilinizi axtarırsınız. (gülür). Biz sadəcə camaatın ürək sözlərini oxuyuruq.

- Ədalət bəy mahnıların birində belə deyilir:

"Qəbahətim böyükdür, ay ellər, obalar,

Büllur kimi bir ürək, bir könül sındırmışam.

Siz necə olubmu ki, könül sındırmısınız?

- Mən orduya nələr qoyub getmişdim,

Könül alıb, könül qırıb getmişdim.

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox.

İnsan könül alar da, qırar da. İnsan var ömrünün sonuna qədər hörməti saxlamağı bacarır. İnsan da var ki, bir saniyədə həmin istəyi, hörməti alt-üst edir.

- Şou-biznesdə qalmaqallardan uzaq birisiniz. Qalmaqalla yadda qalan insanlara necə baxırsınız?

- Mən hesab edirəm ki, incəsənət adamının həyatında qətiyyən belə hallar olmamalıdır. Məncə, bəziləri qalmaqalları bilərəkdən yaradır. Hərdən də elə olur ki, insanı vadar edirlər qalmaqala. Nadir Qafarzadə çox emosional insandır, hamıya cavab verir. Dedim ay qardaş, bəsdir, əhəmiyyət vermə. Axı nəyinə lazımdır kiməsə baş qoşmaq, sadəcə fikir vermə. Sənət adamları haqqında müxtəlif fikirlər deyirlər, bu da, normaldır.

- Bu yaxınlarda həmkarınız Elçin Hüseynov belə bir fikir səsləndirdi ki, şou-biznesdə barmaqla sayılacaq on kişi müğənni yoxdur. Buna münasibətiniz maraqlıdır...

- Elçin yəqin bu mənada deyib ki, əgər sən şalvar geyinirsənsə, bu o demək deyil sən kişisən. Kişi verdiyi sözə əməl etmədisə, artıq o, kişi sözünə ləkə gətirir. Bir çox kişilər özünü ona görə kişi adlandırırlar ki, sadəcə qadın deyillər. Məntiq də odur ki, qadın deyilsənsə, demək ki kişisən. Kişinin sözü, əməli bir olmalıdır. Sırğa taxıb, saç uzatmaq o demək deyil ki, o, insan kişi deyil. Qətiyyən razılaşmıram.

- Gənclərin döymə etməsinə münasibətiniz necədir? Qolunuzdakı döymə diqqətimi cəlb etdi. Döymənizin mənası nədir?

- İndiki gənclər hara gəldi, nə gəldi döymə yazdırırlar. Amma bu, yaxşı hal deyil. Hər bir döymənin sizin həyatınıza çox böyük təsiri ola bilər. Elə bir lazımsız söz yazdırarsınız ki, həyatınız tamamilə dəyişər. Yəni bütün döymələrin həyata təsiri var. Mənim qolumda ki, döymənin mənası "Mənim uğurlarım Allahdandır" deməkdir. Bu döymə üçün gözəl rəssamımız Fəxrəddin Miralaya müraciət etdim və nəticə göz önündədir.

- Artıq neçə ildir bu döymə qolunuzdadır?

- 20 ildir ki, bu döymə mənim qolumdadır.

- Sizi dinləyənlər üçün hansı yenilikləriniz var?

- Yay gəldi,mən bağda oluram. Amma "İsti yay" adlı bir mahnı ifa edəcəyəm. Zəlimxan Yaqubun sözlərinə yazılmış "Bu yaşıl ağacın altı bizimdir" aşıq mahnısını yeni üslubda ifa edəcəyəm. Bununla yanaşı rus dilində də iki yeni mahnı yazdırmışam. Sentyabr ayında Mahaçqalada və Dərbənddə konsert proqramı ilə çıxış edəcəyəm.

- Azərbaycanda konsert proqramı ilə niyə çıxış etmirsiniz?

- Azərbaycanda konsert ona görə vermirəm ki, təşkilatçısı yoxdur. Mən dəfələrlə demişəm ki, müğənni özünə konsert təşkil etməməlidir. Dünyanın heç bir yerində müğənni özünə konsert etmir. Hər bir konsertin təşkilatçısı olur. Bizim müğənnilər özləri özlərinə konsert verirlər. Olmaz! Konsertin təşkilatçısı mütləq olmalıdır və müğənni gəlib oxuyub öz qonorarını alıb, getməlidir. Mən Dərbənddə konsert verəcəyəm, özüm təkşil etməyəcəm ki?! Konsertin təşkilatçısı var, Ədalət Şükürov da konsert proqramı ilə çıxış edib, qonorarını alıb gələcək. Yəni bu, belə olmalıdır!

- Ədalət bəy bir müddət xəbər yayıldı ki, Aydan yer almısınız. Bu xəbər nə dərəcədə doğrudur?

- Bəli, doğrudur. Məndən başqa, Azərbaycandan 25 mindən çox insan Aydan yer alıb. Artıq Aya kosmik gəmi hazırlanır və bu, çox bahalıdır. Kimlərəsə gülməli gəlir, amma olanda görəcək hamı.

- Bahalı dediniz, mümkünsə qiymətini deyərdiniz..

- 27 milyona gəlir çıxır....


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 905   Tarix: 19 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 404
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2739
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

10:36 721
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 682
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1261
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1092
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 519
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 454
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 671