Dünyada kompüterlərin satışı iki ildə ilk dəfə artıb

Dünyada kompüterlərin satışı iki ildə ilk dəfə artıb2014-cü ilin ikinci rübündə dünyada fərdi kompüterlərin tədarük həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 75,8 milyon ədəd təşkil edib. Bu barədə "Gartner" analitik şirkətinin hesabatında deyilir.

Son iki ildə dünyada fərdi kompüterlərin satışı daima azalaraq cari ilin ikinci rübündə ilk dəfə cüzi artım nümayiş etdirib.

Şirkət analitiklərinin fikrincə, fərdi kompüterlərin satışının aşağı düşməsi bilavasitə planşet və smartfonların artan populyarlığı ilə əlaqədardır, çünki alıcıya bu qurğuların alışı fərdi kompüterin alışından ucuz başa gəlir.

Lakin ekspertlər qeyd edirlər ki, ikinci rübdə bazarda vəziyyət dünya əhalisi arasında bahalı planşetlərə tələbatın azalması səbəbindən tədricən düzəlib. Bu onu deməyə əsas verir ki, fərdi kompüterlərin satışında zəif olsa da, artım müşahidə olunacaq.

İkinci rübdə fərdi kompüterlər bazarında lider istehsalçılar beşliyində birinci yeri satış həcmi 14,5 milyon ədəd təşkil edən, bazar payı 19,2 faizədək artan Çinin "Lenovo" şirkəti tutub. İkinci yerdə 17,7 faiz bazar payı və 13,4 milyon ədəd satışla "HP" şirkəti qərarlaşıb. "Dell", "Acer" və "Asus" şirkətləri müvafiq olaraq üçüncü, dördüncü və beşinci yeri tutub. "Dell"in il ərzində satış həcmi 12,5 faiz – 10 milyon ədədədək artıb, "Acer"in satışları 7 faiz azalıb. Digər istehsalçıların satışları ikinci rübdə 26,5 milyon qurğu təşkil edib.

Hesabat dövründə ABŞ bazarında fərdi kompüterlərin satışı 15,9 milyon ədəd təşkil etməklə il ərzində 7,4 faiz artıb. "EMEA" regionunda qurğuların satışı ötən ilin ikinci rübü ilə müqayisədə 8,6 faiz artaraq 22,5 milyon ədədə bərabər olub. Asiya-Sakit okean regionunda fərdi kompüterlərin satışı 24,6 milyon ədəd təşkil etməklə il ərzində 9,5 faiz aşağı düşüb, - "Lenta" yazır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 721   Tarix: 14 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 512
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 294
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 427
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 238
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 251
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 719
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 300
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 285
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 400