Amerikada yaşayan müğənni Azərbaycanda konsert verdi

Amerikada yaşayan müğənni Azərbaycanda konsert verdiO, hazırda Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan Musiqisi zalında Cəmilə Cavadova-Spitsberqin konserti olub.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək ifaçı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirən ifaçı bir çox nüfuzlu müsabiqələrə qatılıb. Sonralar Hollandiyada təhsil alan Cəmilə Cavadova-Spitsberq keçmiş SSRİ məkanında, Avropada, o cümlədən Hollandiya, Almaniya, İngiltərədə, həmçinin ABŞ-da konsert proqramları ilə çıxış edib və bu ölkələrdə tanınmış ifaçıdır. Konsertdə bir çox tanınmış şəxslərlə yanaşı Eldar Qasımov da qonaq qismində iştirak edib.

Sonra söz musiqiyə verilib. Cəmilə Cavadova-Spitsberq anası Gülşən Cavadovanın xatirəsinə həsr etdiyi konsertdə tamaşaçıların qarşısına dəyərli həmkarları Oya Ergün (vokal) Rasimə Babayeva (orqan), Şirzad Fətəliyev (tütək), dünyaca məşhur Emil Əfrasiyab (piano) və Malik Mansurov (tar) ilə bərabər çıxıb.

Türkiyənin çox önəmli opera ifaçısı Oya Ergün bildirib ki, Cəmilə ilə bir səhnəni bölüşmək onun üçün çox xoşdur.

Qeyd edək ki, Oya Ergün və Cəmilə Cavadova konservatoriyanı Hollandiyada birlikdə oxuyublar.

Onu da deyək ki, Cəmilə Cavadova ilə konsert verən dostları ayrı-ayrılıqda dünyanın müxtəlif ölkələrində konsertlər veriblər.

Proqramda xarici bəstəkarlardan Yucin Jiqu, Nikolas Bruns, V.A.Motsart, Culio Kaççini, Kristof V.Qlük, İ.S.Bax, Nikolas de Qrinyi və D.Şostakoviçin, Azərbaycan bəstəkarlarından isə Qara Qarayev və Vasif Adıgözəlovun əsərləri səsləndirilib.

Vurğulanıb ki, Cəmilə Cavadova-Spitsberq Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqanistdir.

Qeyd edilib ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1623   Tarix: 06 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724