Leyla Əliyevaya təbriklər

Leyla Əliyevaya təbriklərRusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunan Heydər Əliyev adına məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günü münasibəti ilə təbrik edib.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, direktor təbrik məktubunda məktəbin müəllim kollektivi, öyrənciləri və onların valideynləri adından doğum günü münasibəti ilə təbrik edib: "Sizə uzun illər boyu bu qədər füsünkar, müdrik və enerjili olmanızı arzulayırıq. Qoy Sizin xeyirxah işlərinizdə hər zaman uğurlar qismətiniz olsun və hər zaman etibarlı dostlarınız yanınzda olsun. Biz hər zaman Sizi öz məktəbimizdə görməkdən çox şad olarıq".

Qeyd edək ki, Rusiya Federasiyasının Həştərxan vilayətində Heydər Əliyev Fondu davamlı olaraq iri layihələr həyata keçirir və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti ilə Həştarxan şəhəri arasında geniş iqtisadi və sosial əlaqələr mövcuddur.

Həmçinin, Ümumrusiya Azərbaycanlılarının Konqresinin Həştərxan regional təşkilatı və AMOR-un regional təşkilatı adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da təbrik məktubu ünvanlanıb. Məktubda qeyd olunub:

"Ümumrusiya Azərbaycanlılarının Konqresinin regional təşkilatı və AMOR-un regional təşkilatı Sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir! Bizim hər birimiz kimi bütün həştərxanlılar Sizə dərin hörmətlə yanaşır və Heydər Əliyev Fondunun vitse-prezidenti kimi Sizin bu qədim şəhərə göstərdiyiniz qayğıya görə daim minnətdardırlar.

Həştərxanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunan əhəmiyyətli obyektlər Xəzərin paytaxtının görkəmini dəyişmiş və sosial gərginliyi aradan qaldırmışdır.

Həmçinin Sizə Rusiya və bizim tarixi Vətənimiz – Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin inkişafında, dostluq dənizinin sahillərində yaşayan insanların bir-birini daha yaxşı tanımasında göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik.

Səmimi qəlbdən Sizə cansağlığı, bütün işlərinizdə tükənməz enerji, ən cəsur planlarınızın həyata keçməsini arzulayırıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2566   Tarix: 04 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 496
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 271
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 423
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 900
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 302
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 411
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 399
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 676
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 131