Elmdə inqilab, yoxsa fırıldaq və saxtakarlıq?

Elmdə inqilab, yoxsa fırıldaq və saxtakarlıq?Misirli hərbçilər iddia edirlər ki, QİÇS/HİV ilə yanaşı, xərçəng, hepatit C və s. kimi ağır xəstəlikləri, habelə virusları tam müalicə etməyə malik metod kəşf ediblər.

Fevral ayında "müalicə tapançası" adlı vasitəni nümayiş etdirən misirli hərbçilər bu metodu "Complete Curing Device" (CCD) adlandırırlar.

BiG.AZ saytı, Əl Misri əl Yəum-a istinadən bildirir ki, metod barədə müfəssəl məlumatlar bu gün axşam keçiriləcək mətbuat konfrasında açıqlanacaq. Elə həmin konfransda CCD-nin ilkin sınaqlarının sonuclarından da bəhs olunacaq.

"Bu vasitə işləyir və nəticələr də pis deyil. Lakin effektiv sonuclar almağımız üçün sınaqlar hələ yarım il də davam etməlidir", - Misir ordusunun Səhiyyə Xidmətinin rəisi, general-mayor Qamel əl Sərafi Qahirədəki Mərkəzi Hərbi Hospitalda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, misirli hərbçi həkimlərin kəşfi barədə ilk dəfə fevralın 25-də açıqlama verilmiş və o vaxtdan bəri "inqilabi metodologiya ilə bağlı" araşdırmalar intensiv şəkildə davam edir.

"Bu metod analiz üçün qan nümunələri götürmədən, ağrılı və çətin müalicə prosesinə ehtiyac duymadan QİÇS/HİV, hepatit C viruslarını və bir sıra digər ağır xəstəlikləri müalicə etməyə imkan verir. Bundan başqa, sözügedən xəstəliklərdən əziyyət çəkən insanların qanlarını təmizləmək mümkündür", - əl Sərafi söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, 86 milyon əhalisi olan Misirdə vətəndaşların təxminən 10 faizi hepatit C virusunun daşıyıcılarıdır.
General-mayor əl Sərafinin sözlərinə görə, "Complete Curing Device" (CCD) qurğusunun ilkin sınaqları zamanı hepatit C xəstəsi olan pasiyentlərin 80 faizi sağalıb.

Bu "elmi kəşf"lə bağlı böyük qalmaqal yaşanır.

The İndependent bildirir ki, misirli hərbçilərin "Complete Curing Device" (CCD) adlandırdıqları, hər hansı terapiya və müalicə olmadan insan orqanizmindəki QİÇS/HİV virusu ilə yanaşı, hepatit C virusunu da "tam müalicə və yox etməyə imkan" verdiyi iddia olunan metod fırıldaqdır.

Al Arabiya-nın əldə etdikləri məlumata görə, bu "elmi kəşf" Qahirədəki "Ümumdünya Elm, Mühəndislik və Texnologiya Akademiyası" (World Academy of Science, Engineering and Technology, WASET) tərəfindən qeydə alınıb.

Həmin "akademiya" gurultulu adına rəğmən, dünyanın aparıcı elmi mərkəzlərinin araşdırma məqalələrinin yenidən dərc olunması və saxta "elmi konfrans"ların keçirilməsi ilə məşğul olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1573   Tarix: 02 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877