"Gör, nə gündəyik ki, Elnarə jüridir"

"Gör, nə gündəyik ki, Elnarə jüridir"BiG.AZ axar.az-a istinadla bildirir ki,Axar.az-ın növbəti qonağı "Faytonçu" mahnısı ilə tanınan Nazim Faytonçudur.

Teymur Mustafayev özü-özünə əmi deyir

- Nazim bəy, necə oldu özünüzə bu ləqəbi götürdünüz?

- Açığı, özüm-özümə bu ləqəbi verməmişəm, sadəcə "Faytonçu" mahnısı işıq üzü görəndən sonra, yetərincə rəğbət qazandığı üçün, insanlar məni elə tanıdı. İnsanlar o mahnını, klipi çox sevdilər və Nazim deyəndə, deyirdilər hansı Nazim? Faytonçu? Yəni yaddaşlara mən o mahnı ilə həkk olundum. Biri var, özüm-özümə ləqəb verim ki, mən əjdahayam, mən nəyəm, biri də var, xalq sənə desin. Məsələn, hamı Əlibaba Məmmədova "əmi" deyirdi, amma Teymur Mustafayev özü-özünə "əmi" deyir. Əmi ləqəbini bir Xan Şuşinskiyə deyiblər, bir də Əlibaba Məmmədova.

- Özünə ad verənlərə münasibətiniz yaxşı deyil deyəsən…

- Vallah, bunlar hamısı boş şeylərdir. Əsas odur ki, insanlar səni sevsin, xalqın sevimlisi olasan. Ay mən əjdahayam, ay mən kralam, mən padşaham… - bunlar hamısı mənasız söhbətlərdir. İnsan dünyaya gələndə ona adı ata-anası, ailəsi verir, bu halda isə adı xalq verməlidir.

- Bu sahədə tutduğunuz mövqedən razısınızmı?

- Bəli. Bu gün toy bazarında çox lazımlı biriyəm, bu arenada 3-4 müğənni varsa, onlardan biri mənəm. Amma konsert məsələsində bunu deyə bilmərəm.

Dəqiq məbləğ yoxdur

- Toya hansı məbləğə gedirsiniz?

- Bilirsiniz, dəqiq qiymət yoxdur. Elə ailələr var ki, mən onların bütün toylarını idarə edirəm və artıq biz yaxın olmuşuq. Bu o demək deyil ki, mən yeddi min manata toya gedirəmsə, hər dəfə onların toyunda o qiymətə oxuyuram. Yəni elə toy var yeddi minə gedirəm, elə toy var, beş minə, eləsi də var üç minə. Hətta pulsuz getdiklərim də olur.

- Toy bazarında özünüzə rəqib kimi görürsünüz?

Çox cılız oxuyurlar

- Özümə rəqib görmürəm. Səbəbini isə belə açıqlayım ki, toya gedən müğənnilərin bəziləri çox kasaddır. O qədər cılız oxuyrlar ki!

- Nazim bəy, xeyriyyə kosertlərində iştirak edirsiniz?

- Təbii ki. Kimsəsiz uşaqlara, qocalar evinə əlimdən gələn yardımı əsigəmirəm. Yəni, etdiyim hər hansı bir yaxşılığı reklam etmirəm, çünki bunlar təmənnasızdır.
Bu gün əgər mən beş manat qazanıramsa, niyə onun iki manatını onlara xərcləməyim ki? Bu imkanı olan hər kəsə aiddir.

Qızıl mağazasının fotosessiyası üçün dəvət

- İsraildən təklif almağınız barədə xəbər var. Bir az geniş açıqlama verərsiz?

- İyulun 2-də İsrailə gedirəm, orda "Eldarado" adlı qızıl, zinət əşyaları mağazası var, həmin maqazinin fotosessiyasını mənə həvalə ediblər. "Eldarado" adlı mağazanın siması mən olacam.

- İllər öncə Nadir Qafarzadə də Rusiya şou-biznesinə qatıldı, adını da dəyişib Eldar qoydu. Amma çox az bir vaxt keçəndən sonra geri qayıtdı…

- Yox, mən İsrail şou-biznesinə qoşulmaq üçün getmirəm, bunlar ayrı-ayrı məsələlərdir. Rusiya şou-biznesi əsl şou-biznes məkanıdır. Əgər ora kəllə vurdunsa, gərək onlardan biri olasan. Nadir çox narahat adamdır, o, orada bir qərar tutamazdı. Onlara sakit, mülayim biri lazımdır. Amma Nadir çox emosionaldır. Burda görmürsünüz necədir? Hamının yerinə danışır. Dəfələcə ona demişəm ki, danışıqlarına sərhəd qoy. Bir dəfə hətta onun sözünü canlı yayımda kəsmişəm. Dedi ki, "hamı plastik əməliyyat elətdirir". Əksəriyyət, bəziləri demək olar, "hamı" demək olmaz axı. Elə o sözü işlədəndə, efirdə onun sözünü kəsdim. Onun elə olmağı oxumağına da təsir edir.

Gör biz nə gündəyik

- Telekanalların birində "Azərbaycanın səsi" layihəsinə start verilib. Oradakı jüri üzvlərindən razısınız?

- Elnarə, yoxsa Natəvan seçəcək "Azərbaycanın səsi"ni?! Çox gülməlidir, inanın. Elnarə əgər "Azərbaycanın səsi"ni seçəcəksə, gör biz nə gündəyik. Orada əyləşən jürilərin özlərinə jüri lazımdır. Vallah ayıbdır, elə Namiq özü olsun, onun səsi var ki, Azərbaycanın səsini də seçsin?! Meyxana deyən Azərbaycanın səsini seçir. Namiqin şəxsiyyətinə toxunmaq istəmirəm, əsla, sadəcə, işi münasibətə qatmaq olmaz. Natəvan elə özü olsun: Natəvan hələ bir Azərbaycan mahnısını oxusun, görüm oxuya biləcək?! O nə vaxt canlı oxuyub? "Azərbaycanın səsi"ni belə təqdim etmək biabırçılıqdır.

Gərək, müğənni özü də yerini bilsin. Bu yaxınlarda Xəzər televiziyasında yayımlanan lahiyələrdən birinə jüri olmağı təklif etdilər. İnanın, qəbul etmədim, dedim, mənə lazım deyil, qınaq obyektinə çevrilmək istəmərəm. Mən hələ sözümü deməmişəm bu sənətdə, nə vaxtsa sözümü desəm, bəlkə o zaman qəbul edərəm.

Yəni jüri olmaq təklifi gələndə, müğənni özü layiqli qərar verməlidir…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3545   Tarix: 02 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877