Azərbaycanda özəl pensiya fondları ilə bağlı – AÇIQLAMA

Azərbaycanda özəl pensiya fondları ilə bağlı – AÇIQLAMABaşlıca şərt bazar risklərindən qorunmaqdır.

Ölkəmizdə özəl pensiya fondlarının yaradılmasına 2015-ci ildən başlana bilər.

BiG.AZ Movqe.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Avropa Birliyi ilə birgə həyata keçirilən layihə 2014-cü ilin noyabrında yekunlaşacaq. Layihə hökumətə təqdim edildikdən sonra prosesə başlanacaq.

"Özəl pensiya fondlarının fəaliyyətinin təşkili üçün ilk növbədə onları tənzimləyəcək qanunvericilik bazasının olması əsas şərtdir. Çünki bu fondlar vətəndaşların könüllülük əsasında ödədikləri sosial sığorta haqlarının xüsusi hesablarda formalaşdırılması, sonradan maliyyə bazarında yerləşdirilərək gəlir əldə olunması və vətəndaşlar pensiyaya çıxdıqda bu vəsaitlər hesabına qeyri-dövlət pensiyalarının təmin edilməsini nəzərdə tutur", - o deyib.

E.Mehdiyev bildirib ki, burada başlıca şərt işləyərək sosial sığorta ödəyən şəxsin gələcəkdə pensiyaya çıxdıqda kapital formalaşdırması, həmin kapitalı uzun illər ərzində maliyyə təsirləri və bazar risklərindən qorumaqdır:

"Özəl pensiya fondlarının formalaşması üçün könüllülük əsasında sosial pensiyaların toplanmasının qaydaları, vəsaitlərin fərdi hesablarda formalaşdırılması üçün maliyyə bazarında yerləşdirilməsinə nəzarət mexanizmləri, toplanacaq vəsaitlər əsasında təyin ediləcək qeyri-dövlət pensiyalarının konkret formulası müəyyənləşdirilməlidir.

Bunlar dövlət tərəfindən sırf tənzimləmə və nəzarət mexanizmlərinin yaradılmasını tələb edir. Çünki, bunlar qeyri-dövlət sturukturları tərəfindən yaradılsa da, dövlət təşviq məsuliyyəti daşıyır. Bu baxımdan artıq beynəlxalq təcrübə öyrənilib.

Avropa Birliyi ilə birgə layihə çərçivəsində özəl pensiya fondları ilə bağlı qanunvericiliyin yaradılmasına start verilib. Qanunvericilik formalaşdırıldıqdan sonra bu prosesə başlanacaq və özəl pensiya fondları barədə dövlət tərəfindən əhalinin təşviqi həyata keçiriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 28 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 596
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

15:13 0
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 205
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 498
.

Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında prezident Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinin uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişl

11:59 82
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 128
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

13:26 155
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 560
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269