"20 Yanvar" Faciəsindən Qaranlıq Məqamlar

"20 Yanvar" Faciəsindən Qaranlıq Məqamlar1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlərə Xəzər dəniz Neft Donanmasının dənizçilərinin münasibəti faciənin miqyasını bildirmək və dünyanı bu barədə xəbərdar etmək cəhdi idi. Kapitanı olduğu "Kamsamolun 40 illiyi" gəmisi ilə Xəzər dənizində Bakı buxtasını bağlayan Kərəm Məmmədov həmin vaxt təşəbbüslə çıxış etdiklərini deyir.

Gəmilərin qarşısını almaq üçün Xəzər dəniz Neft Donanma İdarəsinin 100-dən artıq gəmisi Bakı buxtasına toplaşdı. Burada qərara alındı ki, hadisə nizamlı olaraq həyata keçirilsin. Bu məqsədlə də bir kapitanlar şurası yaradıldı. Kapitanların birgə fəaliyyəti öz nəticəsini verdi. Buxtanı mühasirəyə alıb heç bir başqa gəmiyə nə girməyə, nə də çıxmağa imkan verdilər. Mühasirəni yarıb çıxmaq istəyən gəmilərin qarşısı da böyük risklər bahasına da olsun alınıb.

1990-ci ildə gəmi kapitanı Rövşən Dəmirov bildirib ki, həmin vaxt gəminin projektorunu yandırıblar ki, gəmilər dayansın, bu nəticə verməyib: "Bunu gördükdə gəmini qarşıdakı həmin gəminin üstünə göndərdim. İstədim onu vurub saxlayım. Bundan sonra 5 gəmi bizi əhatəyə aldı və gülləbaran etməyə başladılar".

Qəhrəman dənizçilər 20 Yanvar həqiqətlərinin dünyaya çıxarılmasında da əsas rolu oynadılar. SOS siqnallarıyla informasiya blokadasına alınan Bakıdan faciə və sovet ordusunun əməlləri ilə bağlı dünyaya car çəkdilər:
"1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan ərazisinə müdaxilə olub. Bakının küçələrində, meydanlarında minlərlə silahsız dinc insanlar öldürülüb, yaralanıb və tanklar tərəfindən əzilib. İnsan hüquqları tapdalanıb. Azadlığı qiymətləndirən bütün Sivill dövlətlərə! kömək üçün çağırışımıza hay verin. Azərbaycan xalqının tökülən qanı köməyə çağırır. Moskva vaxtıyla 23.00-də Bakı buxtasında reyddə olan hərbi gəmi (bort nömrəsi 469) lövbərdə duran "Çələkən-1" mülki gəmisinə atəş açıb. Qantökmə davam edir".

Artıq yanvarın 20-si bütün dünya Bakıda baş verənlərdən xəbərdar idi. Yanvarın 21-də 7 gəmi kapitanı Ali Sovetə dəvət olunur.

Mətin dənizçilərin iradəsinə təsir edə bilməyəcəyini görən sovet ordusunun Bakıdakı rəhbərliyi onlarla görüşür. Dmitri Yazov, admiral Sidorov, Tiqinyovla və şəhər komendant ilə aparılan danışıqlar bir nəticə verməsə də, artıq nəticə var idi. Hadisələrin üzərindən 21 il keçsə də, həmin gecəni həyacan siqnalı vəziyyətində keçirən və qəhrəmanlıq nümunəsi göstərən dənizçilər onların şücaətlərini qiymətləndirilməməsindən narazdılar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2325   Tarix: 20 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 224
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 149
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 116
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 148
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 155
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 141
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 123
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 150
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 161