Gübrə ilə yetişdirilən məhsullar orqanizmimizdə hansı fəsadlara yol açır?

Gübrə ilə yetişdirilən məhsullar orqanizmimizdə hansı fəsadlara yol açır?Yay fəsli gəldisə, deməli, əksər meyvə-tərəvəz məhsullarının da yetişmə vaxtıgəldi. Qida rasionumuzu meyvə-tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Amma diqqətli olmaq vacib şərtdir. BiG.AZ bildirir ki, gübrə ilə yetişdirilən məhsullardan istifadə zəhərlənmə ilə nəticələnə bilər.

Qidalanma insan orqanizminin əsas fizioloji tələbatlarından biridir. Bu tələbatın ödənilməsində meyvə-tərəvəz balansı önəmli rol oynayır. Lakin bəzən orqanizmimizi vitaminlə təmin etmək istərkən, tam əksi baş verə bilər.

Əhmədova Şirin – həkim: "Gübrəli meyvələrdən qida zəhərlənmələri baş verir. Xəstələr əsasən yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması, qusma, ishal halları ilə gəlirlər. Analiz nəticəsində bəlli olur ki, onlar gübrəli meyvə yeyiblər. Azot qalıqları orqanizmə toksiki təsir göstərir. Məhsulun daha tez yetişib artımlı olması üçün verilən gübrələr insanlarda zəhərlənmə hallarına gətirib çıxarır".

Mövsümlə əlaqədar ən çox zəhərlənmə halları qarpız və yemişdə olur. Hazırda bazarda alıcılara təklif olunan qarpız və yemiş məhsullarının hər biri gübrə ilə yetişdirildiyi bildirilir. Çünki iyun ayında bu məhsulların gübrəsiz yetişməsi onların geninə uyğun deyil.

Əhmədova Şirin: "Yaxşı olar ki, hər şey vaxtında istifadə olunsun. Qarpız və yemişin qəbulu iyul-avqust aylarında təhlükəsizdir. Yəni gübrəsiz özləri yetişə bilərlər. Həmin vaxtı onların yeyilməsi məsləhətdir".

Gübrəli meyvə-tərəvəzlərin əksəriyyəti xarici məhsullar olur. Onlarda isə kimyəvi elementlərin disbalansı yaranır.

Bazarda alıcılar üçün həm yerli, həm də xarici məhsullar təklif olunur. Xarici meyvə- tərəvəz görünüşcə cəlbedici olsa da, yerli məhsullarımız daha dadlı və daha sərfəlidir.

Satıcılar alıcıların daha çox xarici və gübrəli məhsullara üstünlük verdiyini desələr də, yerli meyvə - tərəvəz məhsullarını üstün tutan alıcılarımız da az deyil.

Satıcı: "Bizim alıcıların tələbatı əsasən xarici meyvələrdir. Düşünməlidirlər ki, hansı torpağın havasını udurlarsa, o torpağın məhsulunu yeməlidirlər. Xəstəliyimizin 70%-ni elə xaricdən gələn məhsullar təşkil edir".

Alıcı: "Çalışırıq ki, mövsümə uyğun gübrə verilməyən meyvələrdən alaq. Uşaqların sağlamlığına görə, öz sağlamlığımıza görə".

Həkimlər və mütəxəssislər vaxtından tez yetişən məhsullardan dadıb fəsadını görməmək üçün nəfsimizə hakim kəsilməyi məsləhət görür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1222   Tarix: 24 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222