20 yanvar faciəsi haqqında 20 il bundan əvvəl yazılmış şeir
Bakıdakı 147 saylı texniki-humanitar liseyin müəlliməsi Gülsüm xanım 20 il əvvəl - 1990-cı il fevralın 9-da yazdığı, Qanlı Yanvar faciəsinə həsr olunmuş şeirini təqdim edib. 20 Yanvar faciəsinin 20-ci ildönümündə Qanlı Yanvara 20 il əvvəl həsr edilmiş şeiri oxucuların diqqətinə çatdırır. Şeir ilk dəfədir çap olunur.
Bir qalanın sirri kimi
Sirli oldu qanlı gecə.
"Humanist" "Qızıl ordu"nu
Ürəklərdən sildi necə...
Quduz canavarlar kimi
Qıcıdaraq dişlərini,
Yeridi şəhər üstünə,
Yeridi insan üstünə.
Silahları sağa-sola,
Yerə-göyə fırlatdılar.
Qarşısına çıxanlara -
Qoca, cavan, körpə uşaq,
Canlı-cansız demədilər,
Gördüklərin məhv etdilər,
Ərşə qalxdı nalə səsi,
Ana!" səsi, "Kömək!" səsi...
"Bala!" - deyib ayaqyalın
Küçələrə qaçana bax!
"Bakı yanır!" harayıyla
Tez özünü yola atan
Ataya bax, oğula bax.
Vətən, gəldim!" harayıyla
Evdən çıxan o ərə bax!
Arxasınca nalə çəkən,
Həyatını məhv eyləyən
Sədaqətli gəlinə bax!
"Aman Allah!" deyə-deyə
Küçələrdə qaçana bax!
Arxasınca açılacaq
"Alabəzək" güllələrdən
Xəbərdardır bu qaçanlar,
"Ordumuzu", vəhşiliyi
Görüb qaçdı, bu qaçanlar,
Hər tərəfdən güllələrlə
Qarşılaşdı bu qaçanlar.
Küçələrdə izi qaldı,
Səkilərdə izi qaldı,
Ürəklərdə közü qaldı
qaçanların.
Neçə-neçə oğlu qaldı,
Neçə-neçə qızı qaldı
Əliyalın qaçanların.
Adı Azərbaycan ilə
Birgə qaldı qaçanların.
Eyvanlarda duranlara,
Evlərində gəzənlərə,
Güllə atan tanklara bax,
Yolda durub sinəsini
Quduzların tanklarına
Sipər edən igidlərə,
ərlərə bax!
Yaxşı baxın, bir də baxın!
Koroğlular, Cavanşirlər
Yetişdirən yurda bax!
Azğınlaşmış "Qızıl ordu"
Bir cəhənnəm yaratdı, bax.
Qandan göllər yaratdı, bax!
Bakımızın ürəyində
Qanlar axdı igidlərdən.
Sanki Bakı cana gəldi,
Sinəsindən damar-damar
axan qandan.
Azərbaycan ürəyindən
axan qandan.
Ona baxın, yaxşı baxın!
İgid cırıb yaxasını
Durur tankın qarşısında,
"Yol vermərəm
tapdayasan torpağımı!"
Tankı sürən bir an durur,
Gözlərindən qəzəb yağır.
"Oğlandakı hünərə bax,
cürətə bax?"
Göz qırpmadan
qıcıdıb dişlərini
İrəliyə hücum çəkir.
"Vətən!", "Anam Azərbaycan!"
Son sözlərin deyən oldu.
Bu igidim, bu eloğlum.
Xırçım-xırçım xırçımladı,
Sızım-sızım sızıldadı,
Gizil-gizil gizildədi,
Tırtılların arasında
İgidimin sümükləri.
Axdı isti qızıl qanı
Soyuq asfalt üzərinə.
O, məhv oldu, həlak oldu
Deməyin siz bu igidə.
Bir göyərçin olub uçdu
Azərbaycan göylərinə.
Bir idisə, min-min olub
Girdi yanar ürəklərə.
Şəhid kimi, qardaş kimi,
Sirdaş kimi, oğul kimi
Yaşayacaq böyüklərin,
Kiçiklərin dillərində.
Yetişəcək, böyüyəcək
Anaların o bətnində.
Doğulacaq igidlərim.
Bir körpənin qədəmində,
Bir göyərçin uçuşunda,
Qərənfilin ləçəyində
Yaşayacaq igidlərim,
Şəhidlərim, şəhidlərim!
GÜLSÜM
09.02.1990
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 114535 Tarix: 20 yanvar 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi
Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə
18:45 112 Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB
Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind
20:00 54 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 231 Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı
Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
18:15 136 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 173 Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk
Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu
16:35 217 Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir
Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli
10:33 226 Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə
19:00 94 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 177