"20 Yanvar" Faciəsi Şahid`lərin Dili İlə

"20 yanvar" hadisəsinin şahidi, həmin günlərdə fotoçəkilişlər aparan fotoqraf Tahir Cəfərov:

"Əslində 20 yanvar günü 1990-cı il 19 yanvardan başlayıb. Baxmayaraq ki, Bakıda komendat saatı elan olunmuşdu, mən fotokamera ilə küçələrdə çəkilişlər aparırdım. Şəhərdə patrullar gəzirdilər. Çalışırdım ki, onlar kameranı görməsinlər. Mən rus əsgərlərindən biri ilə söhbət etməyə çalışdım, lakin bu elə də asan məsələ deyildi. Onlar əlisilahlı, üzü tüklə örtülmüş, insanlıqdan kənar şəxslər idi. 19 yanvar idi, hələ axşam düşməmişdi. Avtomatlılardan birilə birtəhər danışa bildim. Onlar xüsusi hazırlanmış desantlar idi, Krasnodar tərəfdən idilər. Artıq 19-dan 20-nə keçən zaman atəş səsləri eşidilməyə başladı.
Bakıda ən dəhşətli mənzərələrdən biri indiki "20 yanvar" metrosu yaxınlığında baş verdi. Orada meyitləri çəkəndə keçirdiyim hissləri heç sözlə demək olmaz. Çəkiliş apardığım zaman güllələr yanımdan vıyıldayıb keçirdi. O zaman qorxu hiss keçirtmirdim.
Orada bir şəkil çəkmişdim, bu heç vaxt yadımdan çıxmayacaq. Əvvəlcə iki insan meyiti sandığım cənazələrin sonradan bir neçə insana məxsus olduğunu anladım. Bədənlər tanınmaz vəziyyətdə idi. Tankın altında əzilən cəsədlərdən 4 əl deyil, 6-7 əl görünürdü.
Mənimlə birgə bir çox çəkiliş aparanlar vardı. Vaxtı ilə"KVN" iştirakçısı olmuş Ənvər Mansurov da kamera ilə çəkiliş aparırdı. Onun atası məndən xahiş etdi ki, Ənvəri oradan çıxarım. Gördüm gəlmir, axırda Ənvərə dedim ki, atanı yaralayıblar. O inandı və məcbur olub evə qayıtdı.
Artıq 20 yanvarın səhəri əhali "Təzə pir" məscidinə şəhidlərini gətirirdi. Səhər tezdən təxminən 50-yə yaxın adamın meyitini tapdıq. Onların ailə üzvləri gəldi, lakin elə meyitlər vardı ki, sahibsiz qalmışdı".


Hadisə şahidi, II dərəcəli "20 yanvar" əlili, "20 yanvar" Cəmiyyətinin sədri Soltan Əzimzadə:

"Bir neçə gün öncədən qoşunların Bakıya gəlməsi haqqında məlumatlar vardı. Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı "İskra" zavodunun qarşısında piket qurulmuşdu. Qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdik. 4 gün növbəlilik əsasında piketlər davam etdi. 19-dan 20-nə keçən gecə qoşunların axşam saatlarında şəhərə girməsi gözlənilirdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi. Bir tank indiki 20 yanvar (Suvorov) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. İnsanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı. 5-6 dəqiqəlik mübahisədən sonra tankdan başımızın üstündən qarşıdakı binaya atəş açdılar.
Hərbçilər adi əsgərlər deyildi. Çoxu Stavropol vilayətindən gəlmişdi. Camaat tankların qarşısında oturdu. Onlar bizə qaz bombaları (şaşkaları) atdılar. Ətrafı tüstü bürüdü. Qazdan boğulduğumuza görə, yerimizdən qalxıb dağılışmaq istədik. Lakin hərbçilər bizə arxadan atəş açdı. Tbilisi prospektinə kimi silahsız onların qarşısını bir neçə dəfə alsaq da, artıq mənim kimi çoxu güllə ilə yaralanmış, bəziləri isə həlak olmuşdu. Mən qarın nahiyəsindən yaralandım. 21 ildir, güllələrdən biri hələ də bədənimdədir. Mən yaralanana qədər artıq bir neçə nəfərin öldüyünü gördüm. Sonra isə huşum özümdə olmadı".


Hadisə şahidi, "20 yanvar" əlili Akif Nəsirov :

"Həmin ərəfədə biz küçələrdə otururduq. İnanırdıq ki, canla-başla xidmət etdiyimiz XXI Qızıl Ordu bizə silah çəkməz. Lakin yanıldıq. Düzdür, əvvəlcə onlar şəhərə daxil olmaq üçün camaatla danışıqlar apardılar. Amma xoşluqla buna nail ola bilməyəcəklərini görüb, havaya atəş açdılar. Daha sonra Azərbaycan xalqının əzmini qırmaq üçün əliyalın insanları gülləyə tutdular. İnsanların çoxu indiki "20 yanvar" metrosuna tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər. Yanımda iki nəfər qətlə yetirildi. Məni də yaraladılar. Yaralıları tankların altından çıxartmaq istəyən zaman qarnımda nəyinsə yandığını hiss etdim. Ağrıya baxmayaraq bir nəfəri yolun ortasından çıxartdım. Lakin sonradan huşumu itirdim. Ayılan zaman özümü qanlı xərəkdə uzanan, yanımda isə ağxalatlıların çalışdığını gördüm. Kiçik otaq idi. Mənim yanımda isə iki meyit də vardı".


20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı, hadisə şahidi Elxan Allahverdiyev:

"20 yanvar 1988-ci ildə xalq hərəkatının, müstəqillik uğrunda başlamış savaşın kluminasiya nöqtəsi idi. Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz II Alatavada idi. 19 yanvarda hava çox soyuq idi. Camaat küçədə növbə çəkirdi. Biz Sovet ordusunda xidmət etmişdik deyə beynizimdə şanlı Sovet ordusu kimi ifadələr qalmışdı. Mən heç vaxt inanmazdım ki, qulluğunda durduğum Sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirər. Amma yanılmışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfdən 20 yanvar istiqamətinə iki tank gəldi. Göyə 2 fişəng buraxdılar. Daha sonra 2 güllə atdılar. Yanımda oğlan dayanmışdı.
Gördük ki, tanklar maşınları əzib keçdilər. Yanımda dayanan Vaqif adlı oğlanın qanı axır. Oradakı cavanlar başladılar hərbçilərə daş atmağa. Onlar da başladılar gülləborana. İlham əvvəl yanımda olsa da, sonradan onu tapmadım. Mənə dedilər ki, Salyanski kazarma yaxınlığında tanklar camaatı yarıb keçib. Ora kömək lazımdır. Ona görə də İlham və yanındakı adamlar ora gedib. Sonradan dedilər ki, əliyalın camaatla birgə İlham keçmiş XXI Qızıl Ordu meydanında tanklarla qarşılaşıb. İlham əllərini qaldıraraq tankların üstünə gedib və deyib: "Soldatı ne vstrlyayte, lyudi bez orujii". Amma onlar İlhamı vurublar. Bir güllə onun ciyərinə dəyib və ciyərini parçalamışdı.
Mən o zaman əsgərlərə yaxınlaşıb dedim ki atmayın. Oradakı desantlardan biri mənə dedi ki, "U nas prikaz". Gözümün qabağımda, indiki Alov zavodunun yanında 4 tank bir "VAZ 2106" markalı maşını qovdu və ona çataraq əzdilər. Daha sonra həmin tanklar bizə tərəf atəş açdılar. Orada hündür binanın üstündən bir oğlan yanan butulkaları tankların üstünə atırdı. Oranı gülləboran etdilər.
Yanvarın 20-si səhər küçədə İlhamı və digər uşaqları gözləyirdim. Yerdə oturmuşdum və demə mürgüləmişəm. Birdən qulağıma İlhamın səsi gəldi. Tez durdum, İlhamı soruşdum. Dedilər İlham yoxdur. Sonradan öyrəndim ki, İlham o anda xəstəxanada can verirmiş. Anamla birgə xəstəxanaya getdik. Qapının ağzında, stolun üstündə İlhamın şərfini gördük. Həkim məni otağa çağırdı və İlhamın həlak olduğunu dedi. Sonra mən anamı evə qoydum və getdim morqa. Otağa girən kimi ölü uzatmışdılar. Mən tez onu qucaqladım. Amma gördüm ki, onun bığı yoxdur. Diqqət yetirdim, gördüm ki, o deyil. Həmin insanın bud nahiyəsi yox idi. Sonra digər otağa girdim və İlhamı gördüm. (ağlayır). Qarnı kəsilmiş, bağırsaqları sallanırdı. Damcı-damcı qan sızırdı ...
Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etdik. Sonradan onu Şəhidlər Xiyabanına köçürtdülər. İndi onun Xırdalandakı boş qalmış qəbrinin yerində oğlum Əjdər dəfn edilib. İlham Əjdəri çox istəyirdi. Ona görə də o öləndə onu orada basdırdıq".


"20 yanvar" şəhidi İlham Allahverdiyevin anası, hadisə şahidi Ofeliya İbrahimova:

"Qızım Rəsmiyə gəldi ki, evimiz yıxılıb, İlham həlak olub. O anı xatırlamıram. Özümdən getmişəm. Ayılanda gördüm meyiti gətiriblər. Həmin anlar ən pis hisləri Fərizə keçirirdi. Fərizə biləndə ki, İlham həlak olub, ağlamadı.
İlhamın məclisi idi, dedilər ki, Fərizə özünü yandırmaq istəyir. Üstünə neft töküb. Elxan ona yalvardı ki, özünü yandırma. Fərizənin atası, anası, bütün qohumlar ona yalvarmağa başladıq. Bizə dedi ki, mən bu evə cüt gəlmişdim, cüt də gedəcəyəm. Yanvarın 22-i gecə idi. Mən hələ də özümdə deyildim. Bir də gördüm ki, evdən qışqırtı səsi gəlir. Ayağa qalxdıq, gördük Fərizə sirkə turşusu içib. Semaşko xəstəxanasına çatanda artıq canını tapşırmışdı".


"20 yanvar" şəhidi Eldar Məmmədovun anası, hadisə şahidi Bacıxanım Məmmədova:
"19 yanvardan 20 yanvara keçən gecə saat 1-ə işləmiş Eldar evdən çıxıb getdi. Gedəndə dedi ki, "səhər görüşərik". Gecə saat 3 idi. Qapı döyüldü. Gördüm ki, atasının dayısı arvadı və bacım idi. Bacımın üzü cırılmışdı. Anam xəstə idi. Fikirləşdim ki, yəqin o ölüb. Amam bacım dedi ki, Eldarın qulağı cırılıb. Eldar İdman İnstitutuna girmək üçün pul yığırdı, bankada pulları vardı. Uşağın pul yığdığı bankanı sındırdım və pulları götürdüm. Fikirləşdim ki, Eldarın qulağını tikdirməyə pul lazım olar. Apardılar məni anam yaşayan evə. Mənə dedilər ki, bacımın oğlunu vurublar. Eldarı soruşdum, cavab verən olmadı. Hamı mənə birtəhər baxırdı. Səhərə qədər Eldardan xəbərsiz qaldım. Səhər 9 olanda qaynımın maşınına mindim, getdik köhnə Çəmbərəkənddəki təcili yardım stansiyasına. Mən maşında oturdum, qaynım girdi içəri. Birdə gördüm ki, qaynım başına döyə-döyə gəlir. Dili də tutulmuşdu. Mən içəri girdim, Eldarı gördüm ...
Eldar evdən çıxandan sonra demə gedib nənəsinin evinə. Orada hamama girib çimib. Təmiz paltarlar geyinərək oradan çıxıb. Çıxanda da son sözü bu olub: "Adam meydana təmiz gedər". Onun son sözləri bu olub. Onun bu sözləri mənə yadigar qaldı. Eldar 1966-cı ildə doğulmuşdu, ölən zaman 23 yaşı vardı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6680   Tarix: 20 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

23:00 50
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

17:30 288
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 197
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 167
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

22:20 91
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

14:30 158
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

21:30 134
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 302
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

21:20 122