Mərkəzi Klinik Xəstəxanasında dəhşət: Həkim həkimi öldürdü

Mərkəzi Klinik Xəstəxanasında dəhşət: Həkim həkimi öldürdüRespublika Klinik Xəstəxanasında ölüm hadisəsi baş verib.

BiG.AZ Oxu.Az-a istinadla xəbər verir ki, Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının səhlənkarlığının qurbanı olub.

Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib.

Adıçəkilən xəstəxananın həkimləri Ceyhun Bədəlovun mədəsini yumaq istəyiblər. Lakin C.Bədəlov özü də həkim olduğundan, belə halda mədənin yuyulmağının düzgün olmadığını bildirib.

İradlarına baxmayaraq, Respublika Klinik Xəstəxanasının həkimləri yanlış prosesə davam ediblər və nəticədə Ceyhun Bədəlov dünyasını dəyişib.

Artıq məsələ ilə bağlı açıqlama da gəlib.

Respublika Klinik Xəstəxananın baş həkiminin müavini Mahir Babayev APA-ya açıqlamasında deyib ki, Ceyhun Bədəlov bir neçə gün Respublika Klinik Xəstəxanasında müalicə alıb.

Xəstənin ağır qan xəstəliyindən əziyyət çəkdiyini deyən M.Babayev qeyd edib ki, o, xəstəxanaya qanaxma ilə gətirilib:

"C.Bədəlovun mədəsində problem də ağır xəstəliyindən olub. Həmin xəstə bizdə müalicə alırdı. Lakin sonra ailəsinin istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb. Amma onda ağır qan xəstəliyi var idi. Xəstədə qanaxma da qan xəstəliyi nəticəsində baş verib".

ATU-nun Tədris Terapevtik Klinikasının baş həkimi Ramin Bayramlı isə APA-ya açıqlamasında bildirib ki, C.Bədəlovun klinikada dünyasını dəyişmədiyini söyləyib. Onun sözlərinə görə, xəstə Respublika Klinik Xəstəxanasında müalicə alıb:

"Son bir neçə gün ərzində yaxınları tərəfindən bizə müraciət olunurdu ki, qəbul edək. İrsi və ağır qan xəstəliyindən əziyyət çəkirdi. O da müalicəsi olmayan bir xəstəlikdir. Bu xəstəlik nəticəsində ağırlaşmaları, qanaxmaları baş verirdi.

Bizim mütəxəssislər də Respublika Klinik Xəstəxanasında xəstəyə baxış keçiriblər. Lakin onun xanımı israr etdi ki, bizim klinikada müayinə olunsun. Sonradan xəstə bizim klinikaya gətirildi, 2-3 saat müşahidə altında tutuldu.

Müayinələri icra etdik və nəticəsində xəstənin vəziyyətin daha da pisləşəcəyini gördük. Heç bir müayinə və müalicənin effektiv olmayacağı üçün ailəyə xəstəni evə aparmağı aparmaları məsləhət görülüb.

Bundan sonra xəstəni ailəsi evlərinə aparıb və axşam evdə dünyasını dəyişib. Ailə üzvləri iltizamnamə də yazıblar ki, xəstə ağır vəziyyətdə klinikadan evə götürülüb. Dünən yalnız 4-5 saat xəstə bizim klinikada olub.

Bu vaxta 13-14 gün Respublika Klinik Xəstəxanasında müalicə alıb. Bizim müayinələrdən sonra da məlum oldu ki, xəstəlik çox ağırlaşmış vəziyyətdədir və müalicəsi yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3056   Tarix: 17 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 262
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 337
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 270
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 425
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 633
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1106
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

10:58 450
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 187
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 127