Ev almaq üçün nə qədər pul toplamaq lazımdır?

Ev almaq üçün nə qədər pul toplamaq lazımdır?Cari xərclərə görə vətəndaşlar gəlirlərinin yalnız üçdə birini toplayırlar.

Baxmayaraq ki, orta əməkhaqqı ölkədə 436,7 manatdır, müxtəlif kateqoriyalara görə o dəyişir. Bununla əlaqədar mənzil əldə etmək də əhalinin müxtəlif kateqoriyalarında dəyişir.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.

Onun fikrincə mənzil alma imkanı həkim və müəllimlərdə azdır:

"Əgər dayaq nöqtəsi olaraq 170 manat orta məvacibi götürsək, o zaman həkim və müəllimlərin illik gəliri 2 min manat olur. Əgər əhalinin bu kateqoriyasının başqa gəliri olmasa birotaqlı, 60 min manatlıq evi almaq üçün onlar maaşlarını xərcləmədən 30 il yığmalıdırlar. İkiotaqlı 100 min manatlıq mənzil üçün isə bu proses 50 il çəkəcək".

1,5 min manat maaş alan əhali üçün mənzil almaq şansı təbii ki, yüksəkdir, ekspert deyir:

"Məsələn, 60 min manat dəyərində olan evi almaq üçün onlar maaşlarını 3,3 il toplamalıdırlar. Şəhərin mərkəzində yerləşən binalardan ev almaq üçün isə yüksək maaşı olan əhali 12 il pul toplamalı olacaq. Bununla əlaqədar yüksək maaşı olan əhali kateqoriyası ilə müəllim və həkimlərin ev alma şansını müqayisə etdikdə, ikinci təbəqənin ev alma şansının sıfıra bərabər olduğunu görərik", - V.Bayramov sözünü yekunlaşdırıb.

Davamlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev öz növbəsində "Exo" qəzetinə bildirib ki, cari xərclər əhaliyə maaşının yalnız üçdən bir hissəsini toplamağa imkan verir.

Onun sözlərinə görə, əgər birotaqlı mənzilin qiyməti 60 min manatdırsa, o zaman 600 manat gəliri olan adam ayda yalnız 200 manat pul kənara qoya bilər.

"Buna görə də mənzil almaq üçün ona 25 il lazım olacaq, əgər ölkədə böhran olmazsa. 1,5 min manat gəliri olan adam isə 750 manat kənara qoya bilər. Nəzərə almaq lazımdır ki, gəlir nə qədər çox olarsa xərclər də bir o qədər artıq olur.

Çünki gəlir artdıqca insan özünə əvvəllər icazə vermədiklərini icazə verməyə başlayır. Bununla əlaqədar 1,5 min manat maaş alan adam ayda 750 manat ildə isə 9 min manat kənara pul qoya bilər. Deməli, 60 min manat dəyərində olan birotaqlı mənzil üçün 6,66 il lazımdır", - N.Ağayev deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1692   Tarix: 16 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 220
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 196
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 325