Bakıda uşaqların pulsuz müayinəsi həyata keçirilir

Bakıda uşaqların pulsuz müayinəsi həyata keçirilirHeydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında aztəminatlı ailələrin anadangəlmə ürək qüsuru olan uşaqları üçün pulsuz aksiya keçirilir.

BiG.AZ Movqe.az-a istinaden xəbər verir ki, 1 həftə ərzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar pulsuz müayinə, müalicə və əməliyyat olunub. MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə son illərdə vaxtaşırı "Uşaq həftəsi" proqramları həyata keçirilir.

Onun sözlərinə görə, bu dəfə "Uşaq həftəsi"ndə yerli və xarici mütəxəssislərin iştirakı ilə 20-yə yaxın uşaq üzərində çox mürəkkəb əməliyyat sayıla biləcək anadangəlmə ürək qüsuru əməliyyatı aparılıb: "Əməliyyatlara Azərbaycanda rezidentura təhsili alan gənc həkimlər və gənc mütəxəssislər cəlb olunub. Məqsəd isə onlara dünyadakı tibbi yenilikləri çatdıra bilmək və təcrübələrini artırmaqdır. Həftə ərzində aztəminatlı ailələrlə yanaşı 60-dan çox anadangəlmə mürəkkəb ürək qüsurundan əziyyət çəkən uşaqların da müayinə və müalicələri təşkil olunub".

R.Mahmudov bildirib ki, Azərbaycanda bu əməliyyatlar vaxtaşırı və davamlı şəkildə bir çox mərkəzdə aparılır. Onun sözlərinə görə, aztəminatlı ailələrin uşaqların əməliyyatlarının pulsuz təşkili M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində uzun müddətdir davam edir: "Bizim mərkəzdə də bu işlər həyata keçirilir. Qeyd edim ki, son 6 ay ərzində iki mərkəzdə 150-200-ə yaxın anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar üzərində açıq ürək əməliyyatları həyata keçirilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 544   Tarix: 13 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 403
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 266
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 288
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 363
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 266
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 279
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 787
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 507
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 231