Rəqqasə Fatimə məhkəməyə verilir – "Milçək" sözünə görə

Rəqqasə Fatimə məhkəməyə verilir – "Milçək" sözünə görəRəqqasə Fatimə Fətəliyeva teleqraf.com-a müsahibəsində beynəlxalq müsabiqələr laureatı Şəhriyar Cəfərovu təhqir edib. O, Beynəlxalq Müsabiqələr Laureati Ş.Cəfərovu bu dəfə milçəyə bənzədib: "Mən onlara vızıldayan milçək deyirəm. Şəhriyar balet oynayandır, getsin baletini oynasın. Ayağını qaldırsın göylərə, balet oynasın. Onun heç milli rəqslərdən başı çıxmır. Şəhriyar yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından qovmazdılar".

Beynəlxalq müsabiqələr laureatı Şəhriyar Cəfərov isə həmkarına AzNews.az vasitəsilə cavab verib: "Fatimə deyir ki, Şəhriyar gedib ayağını qaldırsın. Bu onun göstəricisidir ki, o, bu sənətdə qeyri-peşəkardır. Ümumiyyətlə, balet və xoreoqrafiya sənətindən anlayışı olmayan insan balet sənətinin çətinliyini bilmədiyinə görə, onu ancaq bu sözlə ifadə edə bilər: "getsin ayağını qaldırsın". Bu, onun balet sənətindən anlayışının olmamasının sübutudur. İkincisi, o, mənim sənətimə qiymət vermək üçün gərək bu həyatı 5 dəfə yaşasın. Kimdir ki, o, mənim sənətimə qiymət versin? Mənim sənətimə qiyməti beynəlxalq müsabiqələrdə beynəlxalq münsiflər verib. Qaldı ki, onun guya, məni İncəsənət Gimnaziyasından qovublar ifadəsinə, mənim əlimdə fakt və sübut var. Mən oradan özüm uzaqlaşmışam. Çünki mən Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına qəbul olunduğuma görə, gimnaziyadan çıxdım. Əmr var, baxa bilərlər. Mən Azərbaycan əsgərinin alqışını alıramsa, bu mənim üçün ən böyük sənətdir. Mən o ansamblda milli rəqsləri oynayıram. Bu onun göstəricisidir ki, ümumiyyətlə, onun mənim sənətimdən xəbəri yoxdur".

Ş.Cəfərov əlavə edib ki, "mən onlara milçək vızıltısı deyirəm" ifadəsi Fatiməyə baha başa gələcək: "Bir neçə il bundan əvvəl onun bir müsahibəsi vardi. Demişdi ki, "İt hürər karvan keçər". Məqalə belə getmişdi - "Fatimə şəhriyar Cəfərovaya it dedi". Mən o zaman dedim ki, Fatimənin ünvanıma işlətdiyi təhqir ifadəsinə görə bu dəfə onu keçirəm. Amma gələn dəfə bu hal bir də təkrarlansa, bunu Fatiməyə bağışlamayacam. Mənim şərəf və ləyaqətimə ləkə gətirəcək ifadə işlətsə, mən onu məhkəməyə verəcəm. O, məni milçəyə, itə bənzədir, artıq bu, təhqirdir. Mən buna görə Fatiməni məhkəməyə verəcəm. Güman edirəm ki, yaxın günlərdə biz onunla məhkəmədə görüşəcəyik. Mən rəqs sənəti ilə məşğul olanda Fatimə bu sənətdə yox idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1786   Tarix: 13 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 525
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4264
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 697
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4147
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 735
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1685
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1605
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1268
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 173