21-ci əsrdə alicənabların 24 qaydası

21-ci əsrdə alicənabların 24 qaydasıBiG.AZ publika.az-a əsasən bildirir ki, alicənab kişilər üçün ünsiyyət qaydaları ilk dəfə 1875-ci ildə dərc olunub. Lakin müasir dövrdə bütün davranış qaydaları tətbiq edilmir. Gəlin özümüzü mədəni və tərbiyəli aparaq.

1. Mədəniyyətsizlik ilk növbədə söhbət zamanı saata baxmaq, telefonu "qurdalamaq" və qeyd dəftərinə nəzər salmaq sayılır. Hətta əgər siz qarşı tərəfin dialoqundan yorulmusunuzsa və bezmisinizsə bunu biruzə verməyin.

2. Danışanın sözünü heç vaxt kəsməyin. Hətta sizdən soruşulmayıbsa, yanlış deyilmiş ayın tarixinin düzəldilməsi kobud çıxa bilər. Artıq bildiyiniz bir hadisə və lətifəni sona qədər dinləyin.

3. Haqlı olduğunuzu səsinizin tonunu yüksəltmək, müştəbehlik və alçaldıcı xitab forması ilə sübut etməyə çalışmayın. Lütfkar və səmimi olun, diktatorluqdan uzaq durun.

4. Əgər sizdən soruşmayıblarsa şəxsi biznesiniz və ixtisasınız barədə danışmayın. Ümumiyyətlə, başqalarının yanında özünüzün şəxsiyyətinə az diqqət ayırın.

5. İntellekt və yüksək mədəniyyət sahibi olan kişi, bir qayda olaraq, ciddidir. O, intellekt cəhətdən özündən aşağı olan "qara" kütlənin arasında olsa belə öz üstünlüyünü açıq-aşkar göstərməməlidir. Əsl alicənab adam həmsöhbətinin anlayışı olmadığı mövzuda danışmamalıdır.

6. Yaxşı danışmağı bacaran centlmen dinləməyi də bacarmalıdır. Bu xüsusiyyət insanı maraqlı həmsöhbətə çevirir və onun kübar təbəqədən olduğunu göstərir.

7. İki nəfərin arasında gedən və sizə heç bir aidiyyatı olmayan söhbətə qulaq asmayın. Əgər həmin iki nəfərin yanındasınızsa və onların danışığını aydın eşitmirsizsə sakitcə başqa yerə keçin.

8. İmkan daxilində qısa və məzmunlu danışmağa çalışın. Mətləbdən uzaqlaşmayın.

9. Əgər yaltaqlığı normal qarşılayırsınızsa, o zaman özünüzü sadəlövh və lovğa göstərməyiniz normaldır.

10. Opponentin haqsız olduğuna əminsinizsə diskussiyanı sakitcə davam etdirin, şəxsi məsələlərə keçməmək şərtilə arqumentinizi və sübutlarınızı deyin. Əgər həmsöhbətiniz inadkardırsa mövzunu yavaş-yavaş dəyişin. Elə edin ki, həmin adam utanmasın, sizin əsəbiliyiniz hiss olunmasın.

11. Müəyyən siyası baxışlarınız var. Amma hər vəziyyətdə siyasi mövqeyinizi ifadə etməyin və bunu başqalarına "sırımayın". Digərlərinin da mövqeyini dinləyin və qızğın mübahisə aparmayın. Həmsöhbətiniz sizi pis siyasətçi kimi qəbul etsin, amma imkan verməyin ki, o, sizin alicənab olmadığınızı düşünsün.

12. Dostlarınız barədə danışarkən bir-biri ilə müqayisə etməyin. Onların ləyaqəti haqqında danışın, amma hansısa dostunuzu digərini alçaltmaqla tərifləməyin.

13. Ətrafdakıları qıcıqlandıran söhbətlərdən uzaq olun. Centlemenlər heç vaxt qeybət etməməlidir.

14. Hətta ən ağıllı insan belə kollektivin diqqətini özünə cəlb edəndə yorucu olur.

15. Sitat və mütəfəkkirlərin fikirlərini çox istifadə etməyin. Yeməyə əlavə olunan ədviyyat kimi sitat söhbətə rəng qata bilər, ancaq ifrat dərəcədə istifadə isə yeməyi korlayacaq.

16. Xırdaçılıqdan uzaq olun. Bu, intellektin yox, axmaqlığın əlamətidir.

17. Kimsə nitqində səhvə yol veribsə, ona irad tutmayın. Həmsöhbətin söz və digər yanlış hərəkətlərinə diqqət yetirmək qanacaqsızlıq əlamətidir.

18. Kollektivdə çox zarafat etməyin, əks təqdirdə hamı sizə "məzə" kimi baxacaq. Bu cür imic centlemen üçün yolverilməzdir. Çalışın ki, həmsöhbətiniz sizinlə bərabər gülsün, sizə gülməsin.

19. Tərifdən qaçın. Pul, əlaqələr və digər imkanlar barədə ağız dolusu danışmaq yaxşı əlamət deyil. Yeri gəlsə belə məşhur insanlarla yaxın münasibətlərinizdən fəxrlə danışmayın.

20. Özünüzü göydən aparmayın. Yığıncağdakılara uyğun hərəkət edin, əgər onların davranışı alicənablığın digər qaydalarına zidd deyilsə.

21. Danışıqda xarici dildə sitat və terminlər işlətmək səfehlikdir.

22. Əgər söhbətdən əsəbləşirsinizsə, başqa mövzuya keçin və ya susun. Yoxsa elə bir söz ağzınızdan çıxar ki, sakitləşdikdən sonra peşman ola bilərsiz.

23. Səyahət centlmenin zəka və dünyagörüşünü artırsa da "mən Parisdə olanda...", "İtaliyada belə geyinmirlər..." kimi ifadələri işlədərək xarici ölkədə olduğunuzu nümayiş etdirməyin.

24. Dedi-qodudan uzaq durun. Qeybət edən qadınlar ikrah doğurur, kişilər üçün isə bu, bağışlanmaz haldır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1504   Tarix: 12 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 777
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 214
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 260
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 181
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 789
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 305
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 267
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 326
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 704