Bağçalarda infeksion xəstəlik yayılıb - VİDEO

Bağçalarda infeksion xəstəlik yayılıb - VİDEOÖlkədə uşaq bağçalarında su çiçəyinə yoluxma halları artıb.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq su çiçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunur. Paytaxtın 126 saylı uşaq bağçasında xeyli sayda uşaq bu xəstəliyə yoluxduğundan bağçaya gəlmir. Valideynlərin sözlərinə görə, su çiçəyi rast gəlinən qrup onların şikayətindən sonra bağlanıb.

Baxça rəhbərliyi isə deyilənlərlə razılaşmayaraq müəssisədə heç bir xəstəliyin qeydə alınmadığını deyir.

Analoji vəziyyət paytaxtdakı bir sıra uşaq bağçalarında müşahidə olunur. Faktı Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Afaq Əliyeva da qismən təsdiqləyib. Afaq Əliyeva uşaqlar arasında yaz fəsli girəndən su çiçəyinə yoluxma hallarının artımının müşahidə olunduğunu deyir.

Afaq Əliyeva deyir ki, düzdür, son günlər bu xəstəliyə yoluxma halları qeydə alınır: "Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə su çiçəyinə yoluxma halları artmayıb. Ona görə də, nəinki uşaq bağçalarında, məktəblərdə də profilaktik tədbirlər gücləndirilməlidir. Bu xəstəlik yoluxucu olduğundan, su çiçəyi çıxardan uşaqlar bağçaya buraxılmamalı, həkim nəzarətində saxlanılmalıdırlar".

Ekspert yüngülləşdirici - profilaktik tədbirlər kimi, kütləvi məskunlaşma yerlərində, bağça və orta ümumtəhsil məktəblərində sanitariya qaydalarına düzgün əməl olunmasını vacib sayır. Uşaqlar arasında hansısa virus və bakterial infeksiyaların meydana çıxmasının qarşısı vaxtında aşkar edilərək onlar kollektivdən təcrid olunmalıdır. Afaq Əliyeva su çiçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiyanın olmadığını da söyləyib. Onun sözlərinə görə, dünyada su çiçəyinə qarşı peyvənd işləri aparılsa da, ölkədə peyvənd təqviminə daxil olunmayıb.

Səhiyyə Nazirliyi isə xaricdən daha təhlükəli xəstəliklərə qarşı vaksinlərin gətirilməsini təmin edir. Tədricən su çiçəyi və digər infeksion xəstəliklərə qarşı vaksinlərin alınması nəzərdə tutulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1348   Tarix: 09 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 985
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 637
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 958
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 584
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 645
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 304
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 465
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 930
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1210