"Onun yarısı" Zaur haqqında şok informasiyalar


ATV kanalının aparıcısı Zaur Baxşəliyev döyülüb. Qaynar.info "Mərkəz"ə istinadən xəbər verir ki, aparıcı «Onun yarısı» proqramının iştirakçılarından biri tərəfindən fiziki təzyiqə məruz qalıb. Belə ki, layihəyə qatılan iştirakçı canlı yayımda Zaur tərəfindən verilişdən kənar edilib. Nəticədə gənc iştirakçı yaxın dostlarının köməkliyi ilə qisas məqsədilə Zaur Baxşəliyevi işdən evə gedərkən fiziki təzyiqlərə məruz qoyublar. Vəziyyəti ağır olan aparıcını xəstəxanaya yerləşdiriblər. Bir müddət xəstəxanada müalicə olunan aparıcı dünən evə buraxılıb.

Aparıcı haqqında yayılan digər bir xəbərə görə, ATV kanalında «Onun yarısı» verilişin bağlandıqdan sonra Zaur təxminən 200 min manat civarında pulu mənimsəyərək aradan çıxıb. Deyilənə görə, həmin pul proqramın səhnə tərtibatı və dekorasiyaları üçün xərclənməli imiş. Lakin Zaur Baxşəliyev həmin vəsaitə sahib çıxaraq qonşu İrana səfər edib. Səfərin hansı məqsədlə edildiyi hələ ki, bəlli deyil. Onu da xatırladaq ki, ATV kanalı əməkdaşları mətbuata açıqlama verərək proqramın müvəqqəti dayandırıldığını söyləmişdilər. Onların qeyd etdiklərinə görə, veriliş səhnə dekorasiyalarının təzələnməsi məqsədilə bağlanıb və yaxın günlərdə yenidən yayımlanacaq. Məlumatı dəqiqləşdirmək üçün Z. Baxşəliyevlə əlaqə saxlamaq istədik. Telefonu şəbəkə xaricində olan aparıcının deyəsən özü də elə ölkə xaricində idi. Belə olan halda proqramın digər yaradıcıları ilə əlaqə saxladıq. Verilişin rejissoru ümumiyyətlə, bu barədə bir kəlmə də olsun açıqlama vermək iqtidarında olmadığını söylədi: «Mən proqramın rejissoruyam və üzərimə düşən işi görmüşəm, yəni verilişi çəkib, verilişi tərk etməklə məşğul olmuşam. Mənim proqramın bağlanması, müvəqqəti olaraq dayandırılması, yaxud, hər hansı bir şayiələrin yayılması ilə bağlı heç bir məlumatım yoxdur. Xahiş edirəm bu cür sualları mənə verməyin, proqramın prodüserinə müracət edin, sizi nə maraqlandırırsa, ondan soruşun. Mənim adımdan bir kəlmə də olsun, heç nə yazmayın».
Prodüserlə əlaqə saxlamaq cəhdimiz isə heç cürə alınmadı. Xatırladaq ki, ötən həftədən «Onun yarısı» proqramının efir yayımı dayandırılıb. Proqramın bağlanma səbəbi barədə konkret açıqlama verilmədiyindən bununla bağlı mətbuatda çoxlu sayda versiyalar hallanmaqdadır. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb. Elə buna görə də telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 111947   Tarix: 14 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə - Foto

Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova birlikdə foto yayımlayıb. Axşam.az xəbər verir ki, şəkli Ülviyyə instaqram hesabında yerləşdirib və həyat yoldaşını işarələyib. Həmin fotonu Murad da yayımlayaraq "Çoxdandır şəkil paylaşmırdıq, dedim, sükut

16.05.2024 2275
.

Şəbnəm Tovuzlunun dar səhnə geyimi GÜNDƏM OLDU: QINANDI - VİDEO

Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm olub. xəbər verir ki, müğənninin konsert zamanı geyindiyi geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi geyimin ona yaraşmadığını bildiriblər. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik

18.05.2024 1490
.

"Qadının geyiminə görə mağazadan qovulması qanunsuzdur"

Aparıcı Rövşanə Ağasəfqızı bir müddət əvvəl geyiminə görə mağazadan qovulan qadından danışıb. Axşam.az xəbər verir ki, bu haqda "Günə son" proqramında söz açan aparıcı qadının hüquqlarının pozulduğunu deyib:. "Qıcıqlandım, qovulan xanım geyiminə görə qovulubsa, hüquqi müstəvidə buna yanaşsayd

15.05.2024 705
.

Anar Heybətova ağır itki

Əməkdar artist Anar Heybətova ağır itki üz verib. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmisi oğlunun dünyasını dəyişdiyini bildirib:. "Əmim oğlu Zaur, Allah sənə rəhmət eləsin. Sənin haqda keçmiş zamanda danışmaq hər birimiz üçün uzun müddət çətin olacaq. Hə

19.05.2024 563
.

"Həyat yoldaşımı görmək istəyən bizə gəlsin"

"Həyat yoldaşımı görmək istəyən bizə gəlsin". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi həyat yoldaşı ilə bağlı sualları cavablandırıb:. "Həyat yoldaşım meyxananı, şeiri sevir. Mənə sonuncu dəfə "Nəydi günahım"

17.05.2024 983
.

Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarı

18.05.2024 358
.

"Avroviziya"dan kənarlaşdırılan iştirakçı hakim qarşısına çıxacaq

"Avroviziya" mahnı müsabiqəsində Niderlandı təmsil edən Yost Klyain yarışdan bir ay sonra İsveçdə hakim qarşısına çıxacaq. Müsabiqənin təşkilatçıları operatora qarşı etdiyi hədələyici hərəkət səbəbindən Klyaini yarışda iştirakdan uzaqlaşdırıb. Belə ki, operatorlar səhnəyə çıxmazdan öncə sənətçin

18.05.2024 324
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - FOTOLAR

Xalq artisti Aygün Kazımova paylaşım edib. xəbər verir ki, ifaçı "instagram"da yeni fotolarını paylaşıb. Xalq artisti cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Görüntülərə xeyli sayda tərif gəlib. Onun paylaşımına xoş sözlər yazıblar. Həmin paylaşımı təqdim edirik:

19.05.2024 5826
.

Aygün Kazımovanın qızı İlqarədən ANASI İLƏ BAĞLI PAYLAŞIM - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. BİG.AZ -ə istinadən bildirir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekra

19.05.2024 5515