Azərbaycanlı müğənnilər harada dincələcəklər? - sorğu

Azərbaycanlı müğənnilər harada dincələcəklər? - sorğuYay fəslinin gəlişi ilə əlaqədar, hər kəs istirahətlə bağlı planlar qurur, bu isti günlərdə harada və necə dincələcəkləri haqda düşünürlər.

BiG.AZ Qafqazinfoya istinadən xəbər verir ki, sənətçilər arasında yay istirahətləri ilə bağlı sorğu keçirilib. İstirahət üçün Azərbaycanı seçən də olub, xaricə üz tutan da. Bəziləri isə yayı iş başında keçirəcəklərini bildiriblər:

Müğənni İradə İbrahimova: "Bodrumda dincələcəm. İstanbulda yaşasaq da, Bodrumda da evimiz var. Qayınanam, qayınatam, həyat yoldaşım və qızımla birlikdə istirahət edəcəyik. Yaxın dostlarla ziyafətlər təşkil etməyi düşünürük. Bodrumun havası gözəldir, orada dincəlmək mənim üçün ən yaxşı istirahətdir".

Əməkdar artist, skripkaçı Səlim Abbasov: "Hələ dəqiq yer seçməmişəm. Yəqin ki, xarici ölkəyə yollanaram. Çünki, Azərbaycanda gəzməli yerlər çox olsa da, qiymətlər bahadır. Burada 5 günə dincəlmək üçün verdiyin pula xaricdə bir həftə dincələ bilərsən. Qiymətləri ucuzlaşdırsalar, bölgələrimizi gəzəcəm. Planımda Kipr və Yunanıstan var. Qardaşım Taylandda yaşayır. Deyir, ora dünyanın cənnətidir, gəl bura. Taylanda da gedə bilərəm".

Rəqqas İlham Kərimli: "Azərbaycanımız çox gözəldir. Bakıda qalmağı düşünürəm. Vaxt tapsam, Xaçmaz və Nabrana gedəcəm. Hindistana getmək istəyirəm , amma hələ dəqiqləşdirməmişəm".

Müğənni Ayan Babakişiyeva: "İstirahət üçün qardaşımla Barselonaya yollanacam. Qızımsız getdiyim üçün tez qayıdacam. Daha sonra ailəmlə birlikdə Azərbaycanın rayonlarını gəzəcəm".

Türkiyədə yaşayan model Günay Musayeva: "İndi işlə bağlı Dubaya gedirəm. Hələ ki, bir planım yoxdur. Bilirsiniz ki, həyat yoldaşım Tolqa Karel "Survivor" yarışmasındadır. Onsuz istirahət etmək niyyətim yoxdur. Gəlsin, inşallah, iyul ayında dincəlmək üçün hansısa ölkəyə üz tutacağıq".

Rəqqasə Fatimə Fətəliyeva: Mənim üçün hələ yay gəlməyib, qışdır. İş başındayam. Görəcəyim işlərim çoxdur, onları yoluna qoyandan sonra istirahət üçün plan quracağam".

Müğənni Günay İbrahimli: "Bir planım yoxdur. Hazırda işlərim var. Yəqin, Orucluqda harasa gedərəm. Xarici ölkədə dincəlmək istəyirəm".

Reper Elşad Xose: "Bütün yayı Bakıda olacam. Dincəlməyəcəm, işlərim çoxdur. Konsert vermək haqda düşünürəm. Lakin hələ ki, dəqiq qərara gəlməmişəm".

Rəqqasə Oksana Rəsulova: "Hələ ki, plan qurmamışam. Hindistana və Türkiyəyə getmək istəyirəm. Hindistan səfərim işlə bağlı olacaq. Hər şey alınsın, bu haqda geniş məlumat verəcəm. İş təqdim etməmiş, danışmaq istəmirəm".

Müğənni Yaşar Cəlilov: "Hələ ki, istirahət haqda düşünməmişəm. Lakin istəyirəm ki, bu yay yaddaşımdan silinməsin, çox gözəl keçsin. Arzum, inşallah, reallaşar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1670   Tarix: 04 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1284
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 898
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 1169
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 751
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 389
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 433
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1794
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1556
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1113