Bakıda ‘BMW X6’dan tapança ilə atəş açan şəxs tutuldu

Bakıda ‘BMW X6’dan tapança ilə atəş açan şəxs tutulduOndan nömrəsiz "Makarov" markalı tapança götürülüb

Bakıda tapançadan atəş açan şəxs saxlanılıb.

BiG.AZ saytı, Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Nərimanov rayonu ərazisində bir qrup şəxslə birlikdə xuliqanlıq hərəkətləri törədərək, tapançadan atəş açan Füzuli rayon sakini Vüsal Azadov tutulub. Ondan nömrəsiz "Makarov" markalı tapança götürülüb.

Qeyd edək ki, hadisə mayın 30-da Nərimanov rayonu "Çermet" qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş verib. "BMW X6" markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlıq edib. Buna etiraz edən qəsəbə sakinləri ilə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. Dava zamanı havaya tapançadan atəş açılıb. Hadisə yerinə polis əməkdaşlarından ibarət əməliyyat qrupu gəlib.

Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oqtay Muradovu, Nüşabə Hüseynovanı, Şəmistan Əhmədovu, İlqar Əhmədovu və Asif Qəniyevi xuliqanlıq zəminində döymüş Bakı şəhər sakinləri Ülvi Hüseynov, Tural Səfərov, Ağdam rayon sakini Elçin İbrahimov və Gəncə şəhər sakini Məmməd Əsgərov tutulub, digər iştirakçılar - "BMW" markalı avtomobilin sürücüsü Anar Əhmədov, "Mercedes" markalı avtomobilin sürücüsü Samir İsmayılov və sərnişini İlqar Səfərov müəyyən edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1043   Tarix: 03 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşda delimitasiya məsələsini xalqına bir stəkan su ilə izah edib. Bu barədə o, "Dövlət haqqında söhbətlər" adlı videoçarxında danışıb. Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsin

30.04.2024 422
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 223
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

30.04.2024 457
.

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl

30.04.2024 316
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 748
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 720
.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

30.04.2024 160
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

30.04.2024 165
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 346