Mikayıl Cabbarov təbrik etdi

Mikayıl Cabbarov təbrik etdi"Sizi bütün təhsil məkanlarında gözləyirik".

Təhsil Naziri Mikayıl Cabbarov "Son zəng" münasibəti ilə bütün məzunları təbrik edib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, nazir bu barədə "Facebook" səhifəsində status yazıb

"Əziz məzunlar! Bu gün siz illərlə öyrəndiyiniz məktəb həyatından, doğma müəllimlərinizdən ayrılırsınız. "Vətən", "Dostluq", "Müəllim" kimi sözlərin mənasını hər birimiz məktəbdə kəşf edirik. Deməli, hər bir yeni ayrılıq anından, növbəti hədəfə gedən yol başlayır. Məktəb bizi doğmalarımız, ailəmiz və bütövlükdə Vətənimiz üçün faydalı insan edir.

Əziz məzunlar! Biz sizə həm də peşəkar mütəxəssislər, gələcəyimizi quran, yurdumuzu sevən və qoruyan insanlar kimi baxırıq. Dövlətimizin möhkəm inkişaf təməli sizi, bizi və bütövlükdə hamımızı sabaha ümidli, gələcəyə inamlı edir. Bu nöqtədə bizi birləşdirən dəyər dövlətimizin gücü, insan inkişafına verdiyi önəm və sizin vətəndaşlıq, milli-mənəvi dəyərlərə olan sevginizdir. Siz yeni həyatın astanasında həmişə bu dəyərləri özünüzün gələcək yol xəritənizin əsas miqyas ölçüsü etməlisiniz.

Əziz məzunlar! Bizi həyatda bir çox dəyərlər birləşdirir. Bunlar bizi həm də gələcəyə doğru aparır. Sizin həyatınızın yeni üfüqlər astanasında mükəmməl təhsil, peşəkar olmağı öyrənmək, yaradıcı düşüncə sahibi olmaq arzusu həm bizi ruhlandırır, həm də gələcək haqqında təsdiq formasında fikir yürütməyə imkan verir. Biz sabaha sizin addımlarınızla gedirik, sizin baxışlarınızla baxırıq.

Sizi "Son zəng" münasibətilə təbrik edir, yeni həyatda uğurlar arzulayıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 31 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264