Yerevan zibilə düşüb (Foto)

Ermənistanda vəziyyətin nə yerdə olduğu barədə artıq erməni mətbuatı özü də yazır - İrəvan hakimiyyətinin ölkəni idarə edə bilməməsi və hadisələrə nəzarəti əldən verməsi nəticə etibarı ilə ölkəni geri dönüşü olmayan bir fəlakətə sürükləməkdədir. Qeyd edək ki, Ermənistanda siyasi və iqtisadi böhranla yanaşı, ekoloji problemlər də ciddi şəkildə özünü göstərməkdədir. Bununla bağlı Ermənistan hakimiyyətinin rəhbəri Serj Sarkisyan ekologiya nazirini dəfələrlə danlasa da, hər dəfə onun sözləri qulaqardına vurulub. Hətta bir müddət bundan əvvəl nazirin işdən çıxarılacağı ilə bağlı məlumat belə yayılmışdı. Amma yekunda bu deyilənlər təsdiqini tapmadı.

Göyçə gölünü məhv edirlər
Hərçənd bu istefanın baş verməməsi ona dəlalət etmir ki, Ermənistanda ekoloji vəziyyət normaldır. Əksinə, bu gün vəziyyət o həddədir ki, artıq yerli QHT-lər belə həyəcan təbili çalmağa başlayıblar. Məsələn, Göyçə gölünə axıdılan sənaye tullantılarının həddindən artıq çox olması bu göldəki qiymətli balıqların məhvinə səbəb olub. Bundan başqa, Azərbaycanla sərhəd rayonu olan Tavuşda meşə massivlərinin kütləvi şəkildə qırıldığı da faktlarla təsdiqlənib. Bütün bunların qarşısında cınqırını çıxara bilməyən erməni rəsmiləri tədbir görəcəklərini deməklə kifayətləniblər. Çünki meşələrin qırılmasından tutmuş, tarixi Azərbaycan torpaqlarındakı Göyçə gölünün zəhərlənməsi prosesi də məhz məmurların iradəsi və istəkləri fonunda baş verib. Daha doğrusu, gölə zəhər nazirlərdən birinə məxsus zavoddan axıdılıb. Meşələrin qırılmasını isə məmurlardan birinin qohumu həyata keçirib.

Sifətin nədir, mədəniyyətin də odur
Nəzərinizə çatdıraq ki, Ermənistanda hakimiyyət və ermənilər ağızdolusu İrəvanın ölkənin sifəti olduğunu deyirlər. Əslində, hər bir ölkənin paytaxtı onun həqiqətən də sinası hesab olunur. Çünki paytaxt təkcə siyasi və iqtisadi mərkəz deyil, həmçinin hər bir dövlət və millətin mədəniyyətinin, tarixinin nümunəsi olaraq qəbul edilir. Ermənilərin İrəvan haqqında dedikləri də həqiqət olaraq qəbul edilməlidir. Ancaq İrəvanın küçələri, hətta mərkəzi küçələrinin vəziyyətinə baxıldığında Ermənistanın sifətinin nə gündə olduğu aydın şəkildə görünür. Eyni zamanda, zibilə düşmüş İrəvan Ermənistan hakimiyyəti ilə yanaşı, erməni xalqının da nə gündə, hansı mədəniyyətə sahib olduğunu ortaya qoyur. Qeyd edək ki, İrəvanın mərkəzi küçələri sözün həqiqi mənasında it günündədir. İllərdən bəri heç bir təmir-bərpa işləri aparılmayan bu şəhərin ən böyük problemlərindən biri də mərkəzi küçələrdə qalaq-qalaq yığılmış zibillərin daşınmamasıdır. Bununla bağlı yayılmış fotoşəkillərdən də aydın şəkildə görünür ki, Ermənistan hakimiyyəti və İrəvan meriyası üçün şəhərin nə vəziyyətdə olması elə də mühüm əhəmiyyət kəsb eləmir. Daha doğrusu, ermənilərin sifəti hamıya bəlli olduğundan o, elə layiq olduğu vəziyyətə düşüb.

Məmurlar da zibilin içində yaşayır?
İrəvanın zibillə qalaqlandığını küçələri sırasında mərkəzi bulvar olaraq tanınan Mşatoçsa və Saryan küçələri də var. Bu həmin küçələrdir ki, erməni oliqarxları ən çox oralara diqqət yetirirlər. Üstəlik, bu küçələrdə bir sıra yeni tikililərin inşası həyata keçirilib. Son məlumatlara görə, Mşatoçsa və Saryan küçələrində əsasən erməni məmurları yaşayırlar. Dünya maliyyə böhranına kimi erməniləri «iqtisadi inkişaf» yalanı ilə yedizdirən Ermənistan hakimiyyəti İrəvanda tikinti işləriylə bunu istbat etməyə çalışırdılar. Amma maliyyə böhranı başladıqdan sonra vəziyyət dəyişdi və yalanın forması və məzmunu da yeniləndi. İndi də erməni məmurları deyirlər ki, bəs, iqtisadi böhran olduğundan vəziyyət belədir. Bildirək ki, fotoşəkillərdən açıq şəkildə vəziyyətin nə yerdə olduğu görünür. Mərkəzi küçələrin və parkların başdan-başa məişət tullantıları ilə dolu olduğu aydın şəkildə diqqəti çəkir. Mərkəzi küçələrin neçə müddətdir bu vəziyyətdə olmasına baxmayaraq, İrəvan meriyası onları təmizləmək üçün heç bir tədbir görmür. Şəhər sakinlərinin şikayətlərinə isə baxan belə yoxdur. Ermənilərin bununla bağlı dedikləri isə belədir ki, Ermənistan hakimiyyətinin apardığı siyasət elə zibilə bərabərdir və buna görə də, İrəvanın mərkəzi küçələrinin bu şəkildə olmasında qeyri-adi nəsə axtarmaq lazım deyil.

Pinti hakimiyyət siyasi çirkablıqdan baş açsaydı...
Ermənistan paytaxtının bu vəziyyətə düşməsi isə səbəbsiz deyil. Məsələ burasındadır ki, Sarkisyan hakimiyyəti bütün ekoloji və təmizlik problemlərini bir kənara qoyaraq, daha çox siyasi intriqalar və öz hakimiyyətini qorumaqla məşğuldur. Bu çəkişmələrin biri də hələ ötən ilin sonlarında İrəvanda baş verdi. Şəhərin meri Qaqik Beqlaryanın prezidentin protokol xidmətinin rəhbərini döydükdən sonra istefa verməli oldu. Ardından da «ArmRosqazprom» şirkətinin rəhbəri Karen Karapetyan mer vəzifəsinə gətirildi. Bu dəyişikliyin heç nəyi dəyişməyəcəyini isə ermənilər özləri də yaxşı bilirlər. Onların təbiri ilə desək, Ermənistan hakimiyyəti İrəvanın merini dəyişir, amma zibilliklər və zibillər yerində qalır. Qabağda isə Ermənistana daha ağır və fəlakətli günlər gözləyir.Həqiqətən də İrəvan zibilə düşüb. Ancaq zibilə düşən təkcə yazıq İrəvan şəhəri deyil, bütün Ermənistandır. Çünki erməni hakimiyyəti elə bir mövqe tutub, elə bir siyasət həyata keçirir ki, nəticəsi onların özlərinin məhvinə gətirib çıxaracaq. Bunu təkcə biz yox, elə erməni siyasətçilər də açıq şəkildə etiraf etməkdədirlər. Onlar aydın şəkildə ifadə edirlər ki, bu şəkildə davam edərsə, Ermənistan adlı dövlət xəritədən silinəcək.

Zibilə layiq zibillər
Qaldı, Ermənistanın sifəti olan İrəvanın hazırkı durumuna, hər şey özünə layiq olanını əldə edir. Ermənilərin sifətinin nəyə layiq olduğunu deməyə gərək yoxdur. Zatən, onların şəhərləri də özləri kimi, zibildir və zibilin içində də olmalıdır. Yəqin xaricdən gələnlər də İrəvanın mərkəzi küçələrinin bu gündə olduğunu görərək, ermənilərin hansı mədəniyyətə və əxlaqa malik olduğuna lazım olan qiyməti verirlər. Hər halda ermənilərə bundan artıq deməyə də adamın dili gəlməz. Çünki başqa dövlətin torpağını işğal edib, qonşu dövlətlərin ərazilərinə iddia etməklə yetinməyib, üstəlik, onun insanlarını kütləvi şəkildə məhv etməyi qarşısına məqsəd qoymuş bir toplumun sifəti və həyatı elə zibil günündə olmalıdır.

Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)Yerevan zibilə düşüb (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7693   Tarix: 10 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 491
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 538
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 260
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 283
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 340
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 416
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 31
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 535
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 0