M.Ə.Rəsulzadə: "Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!" - VİDEO
"Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"
Bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabından götürülüb.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini "Rus-Müsəlman Məktəbi"ndə, orta təhsilini Bakı Texniki Məktəbində alan Rəsulzadə 1902-1907-ci illərdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır və ədəbi-siyasi fəaliyyətə başlayır.
1908-ci ildə çar təqibləri üzündən Rəsulzadə vətəni tərk edən M.Ə.Rəsulzadə İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür, İranda şah rejiminə qarşı inqilabın əsas rəhbərlərindən biri olur. 1911-ci ildə İrandakı təqiblərə görə Rəsulzadə Türkiyəyə mühacirət edir və "Türk Yurdu " adlı jurnalın fəal yazarlarından olur. 1913-cü ildə vətənə qayıdan Rəsulzadə Azərbaycanın bütün qəzalarında, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Cənubi Azərbaycan, İran və Türkiyədə Müsavat Partiyasının şöbələrini açır. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli Şurasının sədri seçilir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Rəsulzadə və şura üzvləri İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. Bütün ölkələrin radiostansiya və qəzetləri Azərbaycanın müstəqilliyi xəbərini dünyaya yayır.
1920-ci il aprelin 28-də isə Rusiyanın Azərbaycana hücumundan sonra Rəsulzadə Lahıcda həbs olunur. Bundan xəbər tutan Stalin özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdirir. Bununla Stalin 1905-də onu ölümden qurtaran keçmiş inqilabçı dostu Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirir. Stalin Rəsulzadəni Moskvaya aparıb Millətlər Komissarlığında yüksək vəzifəyə təyin edir.
Ancaq 1922-ci ildə Rəsulzadə elmi tədqiqat adı ilə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. Beləliklə, Rəsulzadənin mühacirət dövrü başlayır.1947-ci ildə Rəsulzadə Türkiyəyə (Ankaraya) köçür və ömrünün sonuna qədər orada yaşayır. Rəsulzadənin xalqımızın tarixi ilə bağlı əsərləri və məqalələri müxtəlif dillərdə çap olunur.
Ankara Universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da saat 23:10-da 3 dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək əbədiyyətə qovuşur.
BiG.AZ Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciətinin səs yazısını təqdim edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2802 Tarix: 28 may 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs
10:59 284 Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə
19:00 94 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 245 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
13:58 206 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 207 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:
16:58 254 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 212 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 167 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 65