Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına mayın 25-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb.
BiG.AZ TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən xəbər verir ki, bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər. 2014-cü ildə magistratura səviyyəsinə qəbul 59 proqram üzrə aparılır və 6565 plan yeri ayrılıb.
İmtahanda iştirak etmək hüququ olan 10160 bakalavrdan 350 nəfəri imtahana gəlməyib. İmtahan larını pozduğu üçün 1 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak edən 9809 bakalavrdan 7504 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 141 bal olub.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 29-dan iyunun 1-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da mayın 29-da və 30-da Apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 27 may 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 207 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 57 Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş
Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib
11:58 274 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
12:52 246 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
15:03 347 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 176 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 231 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 182 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 314