Telefonunuzu açıq saxlayın, polis sizə yazacaq

Telefonunuzu açıq saxlayın, polis sizə yazacaqBakı şəhərində sürücülərin qorxusuna son qoyulacaq.

Bakı şəhərində sürücülərin qorxusuna son qoyulacaq. Maşınlarını saxladıqları yerdə tapmayıb həyəcan keçirən sürücülərə cəmi bir neçə ay gözləmək qalır

Artıq qonşu ölkədə çoxdan gözlənilən addım atılıb. Rusiyada sürücülər avtomobillərinin evakuatorla aparılması barədə SMS-lə məlumat alacaqlar. Daha doğrusu, onların maşınları aparılmazdan əvvəl telefonlarına SMS gələcək. Müəyyən müddət ərzində sürücü avtomobilini park etdiyi yerdən tərpətməsə, evakuatorla aparılacaq.

Bakı şəhərində də avtomobillərin evakuatorla aparılması "dəb"dir.

Maraqlısı isə odur ki, sürücülərə avtomobili aparan zaman heç bir xəbərdarlıq edilmir və maşınını yerində görməyən sürücü onun oğurlandığını düşünür. Bəzi sürücülər isə hərtta Daxili işlər Nazirliyinin 102 xidmətinə də zəng edərək avtomobilinin oğurlandığını deyirlər.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda da belə bir qayda hazırlanır. Tək evakuatorla aparılan maşınlarla bağlı yox, inzibati protokol tərtib olunan bütün sürücülərə, həmçinin xüsusi ölçü cihazları vasitəsilə qayda pozuntusu aşkar olunan kimi həmin şəxsin mobil telefonuna SMS məlumat gedəcək.

Şöbə rəisinin sözlərinə görə, bununla bağlı ölkə prezidentinin fərmanı var. Fərmanda deyilir ki, foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların qəflətən bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sistemi 3 ay müddətinə Daxili İşlər, Nəqliyyat nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə yaradılması təmin edilsin.

K.Əliyev qeyd etdi ki, yolların bağlanması və aşkar edilmiş inzibati xəta ilə bağl sürücülərə SMS məlumat veriməsi ilə bağlı işlər gedir: "Ancaq SMS göndəriləndən sonra yol polisi maşını cərimə meydançasına aparmaq üçün sürücünü 10-15 dəqiqə gözləməyəcək. Qanunda belə bir hal yoxdur. Qanunvericilikdə yazılıb ki, nəqliyyat vasitəsini idarə edən şəxs həmin nəqliyyat vasitəsinin yanında deyilsə, evakuasiya olunur. SMS məlumatlandırma sürücünün narahat olmaması üçündür. Sürücülər əziyyət çəkib maşını düzgün saxlasın. SMS vasitəsilə sürücülərə avtomobilin hansı dayanacağa aparılması barədə xəbər veriləcək. "Dayanmaq qadağandır" nişanı sərnişinin minib-düşməsi üçün nəzərdə tutulmuş vaxtdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1155   Tarix: 27 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544