Sirat körpüsü nədir?

Sirat körpüsü nədir?Mənbə: http://zikr.az

      Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur:
"İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik" (Məryəm, 71-72).
Burada Cəhənnəmə varid olacaq deyildikdə, Siratın üstündən keçmək nəzərdə tutulur. Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "...Bundan sonra Körpü gətiriləcək və Cəhənnəmin üzərində qurulacaqdır." Soruşduq: "Yə Rəsulullah! O nə körpüdür elə?" Dedi: "Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən – kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi də ən bərk qaçan cins at və ya adi bir atlı kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Lap axırıncılar isə o Körpünün üstündən sürünə-sürünə keçəcəklər".
Siratı vəsf edən bir çox dəlillər vardır. Onların məzmunu ondan ibarətdir ki, sirat tükdən nazik, qılıncdan iti və həm də sürüşkəndir. Uca Allahın sabitqədəm etdiklərindən başqa heç kəs onun üzərində dura bilməyəcək, zülmətdə insanlara onların imanlarına görə nur saçılacaq və az öncə qeyd etdiyimiz hədisdə göstərildiyi kimi, imanlarına görə onun üzərindən keçəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 6646   Tarix: 22 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701