Ermənilərdən Putinə etiraz - FOTO

Ermənilərdən Putinə etiraz - FOTO
Ermənilərdən Putinə etiraz - FOTO

İrəvanın Azadlıq meydanından Rusiya səfirliyinə qədər yürüş keçirilib

Moskvanın siyasətinə etiraz edən ermənilər Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin persona non grata elan olunmasını tələb edərək nümayiş keçiriblər.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, erməniləri narazı salan səbəb Kremlin Ermənistanı Gömrük İttifaqına birləşməyə məcbur etməsidir və Ivan Volınkinin Ermənistan Respublikasının suverenliyinə hörmətsizlik göstərməsidir.

Bu məqsədlə etiraz aksiyası keçirən Ermənistan vətəndaşları İrəvanın Azadlıq meydanından Rusiya səfirliyinin qarşısına qədər davam edən yürüş ediblər. Etirazçıların əsas şüarları “Putinizmə Yox!”, “Azad, müstəqil Ermənistan” olub. Nümayiş iştirakçıları əllərində Ermənistan, Avropa İttifaqı bayraqlarını, siyasi məhbus hesab etdikləri Volodya Avetisyanın və Şant Harutyunyanın şəkillərini tutub və Rusiyanın işğalçılıq siyasətini pisləyərək “Eşq olsun Ukraynaya!” şüarları səsləndiriblər.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Rusiyada dərc olunan “Noyev kovçeq” qəzetinə müsahibəsində Rusiyanın Ermənistan informasiya məkanında daha fəal iştirak etməsinin labüdlüyünü bildirərək, iki ölkə arasında münasibətləri korlamaq istəyən QHT-lərin neytrallaşdırılması yönündə iş aparmağa çağırmışdı. Səfirin məhz bu fikirləri Ermənistanın bir çox ictimai təşkilatları tərəfindən Ermənistanın daxili işlərinə müdaxilə və suverenliyinə hörmətsizlik kimi qəbul edilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1641 Tarix: 22.05.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
lolita12
lolita12 23.05.2014
guya indi azadliq isdeyirler. ne vaxt azad olublar ki indi de durub hele azadliq isteyirler.
MELEKKK
MELEKKK 22.05.2014
rusiya herzaman ermenilerin arxasında durur indi görsün ermenilerin iç üzünü dara düşen kimi rusları satıb ukranıyaya teref çıxırlar hamısı bir birinden beterdi


 
yalnizadam
yalnizadam 22.05.2014
Ermeniler adamdan sayilmirlar o da qala ki etiraz etsinler.


 
alone666
alone666 22.05.2014
ermeniler ADAMDI BEYEM ETIRAZDA ETSINLER


 
davinci
davinci 22.05.2014
rusiya bunlarin dersini verseydi ela olardi... Xeber yazan elleriniz derd görmesin
Everything is good... Never feel the bad