Bakı 2030-cu ilə qədər tamamilə dəyişəcək - VIDEO
Hər ötən gün paytaxtda sıxlıq artır. Yaxın illər ərzində Bakının hansı görünüşdə olması hər birimiz üçün marqlıdır. Baş plan Bakını başdan-ayağa dəyişdirəcək. Uzun müddətdir ki, haqqında danışılan "Böyük Bakının Regional İnkişaf Planı" təsdiqlənəndən sonra, paytaxtda 2030-cu ilədək bir sıra dəyişikliklər gözlənilir. İlk növbədə, qeyri-bərabər sıxlığın aradan qaldırılması üçün əlavə mərkəzlərin yaradılması planlaşdırılır. 282 min hektarlıq ərazini əhatə edəcək paytaxtın 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünməsi təklif olunur. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub sahili rayonları daxildir. Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun sözlərinə görə, nəzərdə tuturlub ki, mərkəzin yükü azaldılacaq: "Ticarət və sənaye obyektləri, əyləncə mərkəzləri, iaşə obyektləri, ətraf ərazilərdə olsun. Ona görə də mərkəzdən bəzi binalar ətrafa köçürüləcək". Paytaxtda əhalinin sayı 2011-ci ilin statistikasına əsasən, 2,6 milyon nəfərdir ki, 2030-cu ildə bu rəqəm 3,850 000 olacaq. Bunun müqabilində 15 ildən sonra mənzillərə də tələbat artacaq ki, indikinə nisbətən 300 mindən artıq yeni mənzilin tikintisi planlaşdırılır. Statistikanın dəyişilməsi özünü məktəbəqədər təhsil müəssisələri, orta məktəblər, xəstəxanaların sayının artmasında da özünü göstərəcək. Yeni Baş plana əsasən, "Xutor", "Kubinka", şəhərin mərkəzindəki "Beşmərtəbə" adlanan zona və "20-ci sahə"də pərakəndə tikililərin olduğu ərazilər böyük söküntüyə məruz qalacaq. Söküntü işləri hələlik "Sovetski" adlanan ərazidə aparılır. Burada şəhərin yaşıl ağ ciyərləri sayılacaq, əsl təbii park salınması nəzərdə tutulur. Park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkün olacaq. "Sovetski"də heç bir hündürmərtəbəli bina inşa edilməyəcək. Layihənin strategiyasında ərazidə mövcüd olan tarixi tikililər qorunub saxlanılacaq. Həmçinin, Təzəpir məscidini, hətta uzaqdan belə, görmək mümkün olacaq. "Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, "Qara şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur. Bununla yanaşı, "Bakı Ağ şəhər" bulvarının salınması istiqamətində də işlər aparılır. "Bakı Ağ şəhər" ölçülərinə görə Monakodan böyük və "İçərişəhər"in ərazisindən 11 dəfə artıq olan 221 hektar ərazini əhatə edəcək və bu məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcək. İlin sonuna qədər o, istiqamətdə əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaq. Bulvarın uzunluğu "Ağ şəhər"dən Bibiheybətə qədər uzanacaq. Şəhərin yükünün azaldılması məqsədilə ali təhsil müəssisələrinin mərkəzdən kənara köçürülməsi, magistral yol xətlərinin salınması və yolların genişləndirilməsilə bağlı tədbirlər həyata keçiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5424 Tarix: 21 may 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"
16:06 134 Vəkil açıqladı: Təhqir və böhtan zamanı hüquqi addımlar
"İnsanlara qarşı təhqir və böhtan hallarını tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri mövcuddur". Bunu -a açıqlamasında vəkil Ruslan Mustafayev bildirib. O qeyd edib ki, bu maddələrə əsasən, təhqir və ya böhtana məruz qalan şəxs xüsusi ittiham qaydasınd
12:58 154 İqlim könüllüləri istintaqa cəlb edildi
Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini
11:24 351 Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d
12:49 388 Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı
Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail
12:16 306 Yaşar Nurinin xanımı qızının vəfatından danışdı
Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb. Axşam.az xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:. "Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır
10:42 538 Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"
Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas
16:37 129 Mərakeşin Safi əyalətində baş verən daşqınlar nəticəsində 40 nəfər ölüb
Mərakeş hakimiyyəti bildirib ki, Mərakeşin Atlantik sahilindəki Safi əyalətində leysan yağışlarının yaratdığı daşqınlarda 40 nəfər ölüb. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökümət rəsmilərinin bildirdiyinə görə, reanimasiyada olan iki nəfər də daxil olmaqla, on dörd nəfər hələ də tibbi yardı
15:48 114 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi
14.12.2025 517