Əhalisi 820 dildə danışan ölkə - Maraqlı

Əhalisi 820 dildə danışan ölkə - MaraqlıƏn çox meşəyə sahib olan, ərazisində bir dənə də ağacı olmayan, həbsxanalarında ən çox məhbus yatan, vətəndaşlarının böyük hissəsini uşaqlar təşkil edən, əhalisi 820 dildə danışan ölkələri tanımaq sizin üçün də maraqlı olar.

BiG.AZ dünya ölkələrinin maraqlı cəhətləri barədə silsilə yazını oxuculara təqdim edir.

1. Ən çox tanka sahib ölkə - Rusiya

Rusiya dünya üzrə ən çox tanka sahib olan ölkədir. Tankların sayı nə az, nə çox, düz 21.000 ədəddir. Ancaq bunlardan çoxu köhnə olduğu üçün ən son texnologiyalara malik 16.000 tanka sahib ABŞ bu baxımdan Rusiyanı geridə qoyur.

2. Ərazisində heç çay olmayan ölkə - Səudiyyə Ərəbistanı

Qəribə səslənir, elə deyilmi? Ancaq Səudiyyə Ərəbistanı kimi geniş torpaqları olan bir ölkədə axar su tapmaq mümkün deyil. İçməli suyu dəniz suyunun təmizlənməsindən və yeraltı qaynaqlardan əldə edirlər.

3. Əhalisi ən gənc olan ölkə - Nigeriya

Ümumiyyətlə, dünyanın ən gənc ölkələri yaşı 15-dən aşağı olan insanlarının sayı hesablanaraq müəyyən edilir. İndiki zamana bu hesablama Afrikanın Nigeriya ölkəsi üçün daha çox uyğun gəlir. Nigeriyada demək olar ki, əhalinin tam yarısını 15 yaşından aşağı olan uşaqlar təşkil edir. Orada əhalinin 49 faizi yetkinlik yaşındadır.

4. Ölkə vətəndaşlarının sayı ən tez azalan ölkə - Ukrayna

Əhali arasında illik təbii azalma 0,8 faiz olan Ukraynada vəziyyət belə davam edərsə, 2050-ci ildə əhalisinin 30 faiz azalacağı gözlənilir.

5. Əhalisinin böyük hissəsi xaricdə yaşayan ölkə - Malta

Sərt iqtisadi böhran üzündən Malta əhalisinin böyük hissəsi köç edərək ölkədən gedib. Bu səbəblə bu gün çox sayda maltalı həyatını ölkəsindən kənarda davam etdirməkdədir.

6. Ən sıx meşələrə sahib olan ölkə - Surinam

Torpaqlarının 91 faizi hələ də balta səsi eşitməmiş meşələrlə örtülüdür. Bu səbəbdən əhlinin böyük hissəsi sahil zolaqlarında yaşamaqdadır. Əhalinin cəmi 5 faizi sıx meşələrdə ömür sürür.

7. Heç ağacı olmayan ölkə - Haiti

Surinamın əksinə, Haitidə bir dənə də ağac yoxdur. Burada meşələri elə vəhşiliklə məhv ediblər ki, ölkəyə peykdən baxdığınızda Haitinin başqa ölkələrlə olan sərhədini aydın görmək olur. Ətraf ölkələrin hamısı ağaclarla zəngin olduğu halda arada heç bir ağac olmayan ölkəni müəyyən etmək elə də çətin deyil.

8. Ən çox dil müxtəlifliyinə sahib ölkə - Papua Yeni Qvineya

Burada ingilis dili rəsmi dil olsa da, əhalinin yalnız 1% bu dildə danışır. Buradakı əhali ümumilikdə 820 dildə ünsiyyət saxlayır. Bu da dünya dillərinin 12 faizini təşkil edir.

9. İnsanları ən təhsilli olan ölkə - Kanada

Burada əhalinin 50 fazidən çoxu tam təhsilli və savadlıdır. Ondan sonra əhalisinin 45 faizi tam təhsilli olan İsrail gəlir. 3-cü yerdə isə Yaponiya gəlir ki, onun da əhalisinin 44 faizi tam təhsillidir.

10. Səhralar ölkəsi - Liviya

Ölkənin 99 faizi çöldən-səhradan ibarədir. Liviya dünyanın ən quraqlıq ölkəsidir. Bura on illərlə yağış yağmır.

11. Sülhə həsrət qalan ölkə - Somali

Hər nə qədər son üç ildə sülhə möhtac qalan ölkə adını İraq alsa da, Qlobal Sülh indeksinə görə, Somali dünyanın ən çox müharibə şəraitində yaşayan ölkəsidir ki, illərdir sülhə möhtac qalıb.

12. Dünyanın ağ ciyəri hesab olunan ölkə - Rusiya

Dünyadakı meşələrin təxminən 25 faizini Sibirdəki ağacar təşkil edir. Bu meşələr Rusiyanı dünyanın ən böyük oksigen istehsal edən ölkəsinə çevirib.

13. Dünyanın ən böyük tiryək istehsalçısı - Əfqanıstan

Dünyadakı tiryək istehsalının 95 faizi bu ölkənin payına düşür. Amerikanın 10 ildir buna qarşı apardığı mübarizə isə heç bir nəticə vermir.

14. Həbsxanalarında ən çox məhbusu olan ölkə - ABŞ

Amerika Birləşmiş Ştatları həbsdəki insan sayına görə birinciyili illərdir əldən vermir. ABŞ həbsxanalarında 2,2 milyon adam yatır. Bu da dünya əhalisinin 0,4 faizini, bütün dünya üzrə həbsxanada yatan insan sayının 25 faizini təşkil edir. 1.5 milyonluq məhbus sayına görə Çin ikinci, 870.000 məhbus sayına görə isə Rusiya üçüncü yerdədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2859   Tarix: 13 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164